Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5976/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 vəkili X2 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 256/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 27226,55 ABŞ dolları əsas, 5311,13 ABŞ dolları faiz, 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49518,22 ABŞ dolları məbləğində borc, 014R********** saylı kredit razılaşması üzrə 35378,88 ABŞ dolları əsas, 6691,58 ABŞ dolları faiz, 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64393,99 ABŞ dolları məbləğində borc olmaqla, iki kredit razılaşması üzrə ümumilikdə 113912,21 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, cəmi 113912,21 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 01.10.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmış, 05.10.2015-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 60000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 28.03.2017-ci il tarixli, 18.05.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 02.12.2016-cı il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 60000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 18.05.2017-ci il tarixli, 14.11.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.10.2015-ci il tarixli, 3M-350 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdeh1 kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2020 saylı iş üzrə qəbul etdiyi 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 05.10.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83 ABŞ dolları, 02.12.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42(otuz dörd min dörd yüz otuz iki abş dolları qırx iki sent) ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xərcin 17 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsinin İddiaçı QSC-dən, 300 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddiada hər iki kredit razılaşması üzrə tələb olunan əsas, faiz borcunun təmin olunmamış cərimə borcunun azaldılmış, iddia tələbinin Cavabdeh2 zaminliyi ilə bağlı ona dair təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, şikayət birinci instansiya məhkəməsinin borc məbləğlərini düzgün hesablamaması, faiz və cərimə borcunu əsassız olaraq azaltması və iş üzrə təkrar ekspertiza təyin etməməsi arqumentləri ilə əsaslandırılmışdır. Həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin zamin – Cavabdeh2 münasibətdə təmin edilməməsini Mülki Məcəllənin 477.0.1-ci maddəsi və Kontitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il qərarı əsaslandırmış və mübahisəyə əsassız olaraq onları tətbiq etməmişdir, halbuki hər iki kredit razılaşmasına sonradan bağlanmış sazişlərlə dəyişikliklər edilmiş, həmin dəyişiklər kredit xətt müqaviləsinin məbləği və müddəti çərçivəsində olmuş, kredit razılaşmalarının aylıq faiz dərəcəsi isə dəyişdirilməmişdir. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ipoteka predmetinin ilkin satış qiymətinin 600000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı əmlakın qiymətləndirilməsi keçirilərkən, qiymətləndirici tərəfindən əmlaka baxış keçirilməmiş, əmlakın təmiri mövcud vəziyyəti öyrənilmədən real bazar dəyəri 600000 manat olan əmlaka 3 dəfə aşağı qiymət qoyulmuşdur. Hesab edir ki, iş üzrə yenidən qiymətləndirmə keçirilməli və onun nəticəsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X4 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfdən qətnamə - hər iki kredit razılaşması üzrə tələb olunan əsas, faiz borcunun təmin olunmamış cərimə borcunun azaldılmış, iddia tələbinin Cavabdeh2 zaminliyi ilə bağlı ona dair təmin edilməmiş hissələrində mübahisələndirilmiş, Cavabdeh1 isə qətnaməni qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin - hər iki kredit razılaşması üzrə tələb olunan əsas, faiz borcunun təmin olunmamış cərimə borcunun azaldılmış, iddia tələbinin Cavabdeh2 zaminliyi ilə bağlı ona dair təmin edilməmiş hissələri eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissəsi təşkil edir. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 28 mart 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən 05 oktyabr 2015-ci il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, yeni ödəniş planına əsasən kredit müqaviləsi 15 dekabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 18 may 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1.4167 % müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi 15 dekabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 30 aprel 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SC nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 % müəyyən edilmiş, yeni ödəniş planına əsasən kredit müqaviləsi 04 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2015ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 02 dekabr 2017-ci il tarixdən isə aylıq 1,4167%olmaqla 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Kreditin müdəti 02 dekabr 2019-cu ilədəkdir. İş materiallarında olan 18 may 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********S nömrəli sazişə əsasən 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 % müəyyən edilmişdir. İş materiallarında olan 14 noyabr 2017-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SA nömrəli sazişə əsasən 02 dekabr 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,4167 % müəyyən edilmişdir. İş materiallarında olan 30 aprel 2018-ci il kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 014R**********SB nömrəli sazişə əsasən 02 dekabr 2016-cı il tarixli, 014R********** saylı kredit razılaşmasına dəyişiklik edilmişdir, dəyişikliyə əsasən faiz dərəcəsi aylıq 1,25 % müəyyən edilmişdir. İş materiallarında olan 22.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06.05.2019-cu il tarixə banka 014R********** saylı kredit razılaşması üzrə 29226,55 ABŞ dolları kredit borcu, 5311,13 ABŞ dolları faiz borcu və 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51518,22 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 22.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06.05.2019-cu tarixə banka 014R********** saylı kredit razılaşması üzrə 36378,88 ABŞ dolları kredit borcu, 6691,58 ABŞ dolları faiz borcu və 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65393,99 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanan 06 fevral 2019-cu il tarixli, 0092 saylı, 05 mart 2019-cu il tarixli, 144 saylı, 05 mart 2019-cu il tarixli,146 saylı,xəbərdarlıq məktublarının surətindən görünür ki, borclulara 28 fevral 2019cu il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmaları, qaytarılmadığı təqdirdə həmin məbləğlərin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “xxxx” QSC ilə borclu Cavabdeh1 və zamin X3 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin X3 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxx” QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış 01 dekabr 2016-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 01 oktyabr 2015-ci il tarixli 014L**********19 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağına dair bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 37A saylı bağ evini və 0.12 ha torpaq sahəsini 01 oktyabr 2015-ci il tarixli 014L**********19 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23524 saylı, 29.11.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 06.05.2019cu il tarixə 27554,36 ABŞ dolları kredit borcu, 401,83 ABŞ dolları faiz borcu, 31.07.2019cu il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 1369,47 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 06.05.2019cu il tarixə 34387,94 ABŞ dolları kredit borcu, 243,58 ABŞ dolları faiz borcu, 27.05.2019cu il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 544,48 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 245 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4946 saylı, 03.03.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 05.10.2015-ci il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 03.03.2020-ci il tarixə 25454,36 ABŞ dolları kredit borcu, 3628,54 ABŞ dolları faiz borcu vardır. Cavabdeh1 02.12.2016-cı il tarixli, 014R********** saylı kredit razılaşması üzrə 03.03.2020-ci il tarixə 33187,94 ABŞ dolları kredit borcu, 4361,09 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarında olan 01.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 01.10.2015-ci il tarixli, 014L**********19 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini məqsədi ilə Cavabdeh1 oğlunun mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 156000 ABŞ dolları 163566 manat ekvivalentində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 09.10.2019-cu il tarixli ərizəyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyan Cavabdeh1 03.10.2019-cu il tarixdə göndərildiyi bildirilmiş və bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Həmin ərizə 09.10.2019-cu il tarixdə qeydə alınmışdır; İş materiallarında olan 01 oktyabr 2015-ci il tarixdə X7 tərəfindən yazılan və notarial qaydada təsdiq edilən ərizənin surətindən görünür ki, oəri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 37 a saylı bağ evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-ə və ya hər hansı bir flialına ipoteka qoyulmasına razılıq vermiş, ipoteka qoyulmuş bağ evinə və 0.12 ha torpağa tutma yönəldikdə və o satıldıqda evi qeyri-şərtsiz tərk edəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan müraciətlərin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin elektron xidmətlər portalından çıxarışdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 15.05.2020-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hər iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlillərini əsassız sayaraq qeyd edir ki, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. İddiaçının apellyasiya şikayətinin faiz borcu barədə arqumentinə dair kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Kredit razılaşmaları üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi haqı olaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması iddia tələbi həddi ilə bağlı olduğundan birinci ekspert rəyi əsas götürülməlidir. Belə ki, ikinci ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən faiz borcları müqavilə müddəti bitmədiyinə görə artıq hesablanmışdır. İddia ərizəsi 06.05.2019-cu il tarixə tərtib edilmiş maliyyə arayışı əsasında verilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişsə də yeni maliyyə arayışı təqdim etməməklə, iddia tələbinin ilkin hesablanması qaydası ilə faktiki olaraq razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 25454,36 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 16980,54 ABŞ dolları cərimə, 33187,94 ABŞ dolları müəyyənləşdirilən əsas borcuna münasibətdə isə 22323,53 ABŞ dolları hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğlərin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 ABŞ dolları və 700 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Kollegiya Cavabdeh1 ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə arqumentini də əsassız hesab edir: Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinin bazar dəyəri 210000 manat müəyyən edilmişdir. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin – zamin Cavabdeh2la bağlı göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zаminliyə xitаm verilir. Zаminlik müqаviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqаvilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranmаsı və əsas öhdəliyin həddi barədə göstərişlər оlmаlı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqаviləsi niyyət razılaşması deyil, müqavilə оlduğundаn, müvаfiq оlаrаq həmin müqаvilədə zаminliklə təmin edilmiş əsаs öhdəliyin bütün mühüm şərtləri, əsаsən də fаiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqаviləsində fаiz dərəcəsi göstərilmədikdə həmin müqаvilə çərçivəsində bаğlаnаn kredit rаzılаşmаsındа faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lаkin, аrtıq qeyd оlunduğu kimi, hər bir zаminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bаğlаnаrаq ümumi məbləğ və müddət göstərilsə də, fаiz dərəcəsi əks оlunmаmışdır. Оnа görə də bаnkа lаzım gəlirdi ki, kredit xətti müqаviləsi çərçivəsində bоrclu ilə kredit rаzılаşmаsı bаğlаyаrkən verilən kreditin fаizi bаrədə zаminin rаzılığını аlsın. İşin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir. Kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarındakı ödəniş qaydasının və faiz məbləğinin dəyişdirilməsi ilə bağlı sazişlər bağlanarkən zamin Cavabdeh2 razılığının alinmaması ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 05 oktyabr 2015-ci il tarixli, 014S**********01 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməli və kredit xətti üzrə bağlanmış kredit razılaşmaları və sazişlər əsasında yaranmış qalıq kredit borcu Cavabdeh1 və eyni zamanda zamin Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “xxxx” QSC-yə ödənilməli, Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-5976/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5976/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver