Məhkəmə qərarları › İş №2(103)-5983/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5983/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5983/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(001)-5095/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2444 manat maddi ziyanın, hüquqi yardımla əlaqədar ödədiyi 100 manatın, dövlət rüsumunun əvəzi kimi 46 manatın, ümumilikdə 2590 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(001)- 5095/2023 nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsini ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə verməsini MPM-in 40.2-ci maddəsi ilə əsaslandırmışdır. Lakin, iddia ərizəsinə qoşma edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə mübahisənin Binəqədi Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəaya rast gəlinməmişdir. Belə olan halda, cavabdehin yaşayış yeri Gəncə şəhəri olduğundan, bu iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndində göstərilmişdir ki, tərəflər onlar arasında yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlirlər. İcarəyə verən İddiaçı ünvanı ünvan 1duğundan, sonuncu haqlı olaraq müqavilənin qeyd olunan şərtinə müvafiq olaraq hazırki iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmadan iddia ərizəsi geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(001)-5095/2023 nömrəli qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar