Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5984/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.2016-cı il tarixində özünə məxsus “Mersedes-Benz" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Hənifə Ələsgərova küçələrinin kəsişməsində hərəkətdə olarkən X5 idarə etdiyi “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almış, İddiaçı “Daewoo Gentra” markalı avtomobilə dəymiş ziyana görə Cavabdeh qarşılıqlı razılaşma əsasında 2500 manat ödəmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbi qismən təmin olunmuş, "xxxx" ASC və X9 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli AL-2302 nömrəli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, X2 17 noyabr 2014-cü il tarixli AL-2302 nömrəli “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etməsinə görə 08 yanvar 2016-cı il tarixinə 192,25 (bir yüz doxsan iki manat iyirmi beş qəpik) manat əsas, 180,23 (bir yüz səksən manat iyirmi üç qəpik) manat mükafat və həmin günə hesablanmış 72,76 (yetmiş iki manat yetmiş altı qəpik) manat dəbbə pulu, 3206 (üç min iki yüz altı) manat dəymiş zərər olmaqla ümumilikdə 3651,24 (üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə lizinq obyektinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv olunmuş, iddia tələbi həmin hissədə rədd edilmiş, Cavabdeh 17 noyabr 2014-cü il tarixli AL-2302 nömrəli “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 08 yanvar 2016-cı il tarixə 192,25 manat (yüz doxsan iki manat iyirmi beş qəpik) əsas, 180,23 manat (yüz səksən manat iyirmi üç qəpik) mükafat və həmin günə hesablanmış 72,76 manat (yetmiş iki manat yetmiş altı qəpik) dəbbə pulu borcu olmaqla ümumilikdə 445,24 manatın (dörd yüz qırx beş manat iyirmi dörd qəpik) alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli saylı qətnaməsi ilə “Union Lizinq" MMC-nin İddiaçı qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbi təmin edilmiş, İddiaçı 3206 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun, yəni cəmi 3236 manatln alınaraq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh pretenziya ünvanlayaraq, 2500 manatı 5 gün müddətində geri qaytarmasını xahiş etmiş, əks halda ödənilmiş pulların geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldıracağı barədə xəbərdarlıq etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Mirzəyev X4 Anar Nurməmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə məxsus “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq cavabdehin ondan almış olduğu 2500 manatın və rüsum olaraq ödədiyi 30 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində saat 00:50-də Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Hənifə Ələsgərova küçələrinin kəsişməsində ona məxsus “Mersedes-Benz” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşınla X5 idarə etdiyi “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almış, təhqiqat orqanı tərəfindən avtomobillərə baxış keçirilmiş, protokollar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Toplanmış material üzrə Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul olunmuş, qərar icra edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan sonra “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 ilə razılığa gəlmiş, avtomobilə dəyən ziyanı 2500 (iki min beş yüz) manat dəyərləndirmişlər. İmkanı olmadığından həmin pulu dərhal ödəməmiş, dost və qohumlardan borc olaraq almış olduğu 2500 (iki min beş yüz) manatı tanışları Əjdər və Ülvinin yanında, onların iştirakı ilə ya xx.xx.2016-cı il tarixində, ya da xx.xx.2016-cı il tarixində Anar Şıxməmmədova ödəmişdir. 2020-ci ilin sonlarında ünvanına gəlmiş məhkəmə bildirişindən ona məlum olmuşdur ki, “Union Lizinq" ASC-nin ona qarşı “Union Lizinq" ASC-yə məxsus “Daewoo Gentra" markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulması”na dair iddia tələbi üzrə 2(003)-3670/2020 saylı mülki iş Xəzər Rayon Məhkəməsinin hakimi Sabit Bəhrəmzadənin icraatındadır. 17 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-nin iddia tələbinə etiraz yazaraq Xəzər Rayon Məhkəməsinə təqdim etmiş, yuxarıda qeyd etdiyi xüsusatlarla yanaşı məhkəməyə bildirmişdir ki, "xxxx" ASCnin ona qarşı iddia qaldırması onun üçün gözlənilməz olmuşdur. Yəni sözügedən zərər, tərəfindən avtomobili qanuni əsaslarla, müvafiq qanuni sənədlərlə idarə edən, yolnəqliyyat hadisəsinin iştirakçısı olan X6 ödənilmişdir. Bundan sonra məhkəmə iclasında iştirak etmiş, "xxxx" ASC-nin nümayəndəsinin deməsindən və təqdim etdiyi sənədlərdən ona məlum olmuşdur ki, “Union Lizinq" ASC, X8 qarşı “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulması”na dair iddia qaldırmış, iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin “avtomobilə dəymiş 3206 manat maddi zərərin tutulması” tələbi təmin edilməmişdir. Belə ki, məhkəmənin qənaətinə görə **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3206 manat maddi zərər onun tərəfindən ödənilmişdir. "xxxx" ASC-nin nümayəndəsinin deməsinə görə, X9 məhkəmə iclasında onun 2016-cı ilin yanvar ayında Anar Şıxməmmədova 2500 manat ödədiyini bildirmişdir. Həmin məhkəmədə **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3206 manat olması ilə bağlı etirazını bildirmiş və 2016-cı ilin əvvəllərində Anarla bir neçə yerdə, ustaların, mütəxəssislərin yanında olub dəymiş zərəri hesablatdırdıqlarını qeyd etmişdir. Dəymiş zərər 2500 manat civarında olmuş, odur ki, Anar Şıxməmmədov ondan 2500 manat pul almışdır. Xəzər Rayon Məhkəməsi 2(003)-3670/2020 saylı mülki iş üzrə zərərin hesablanması ilə bağlı ekspertiza təyin etmişdir. X7 yazılı olaraq müraciət etmiş və 2500 manatı ona qaytarmasını xahiş etmiş, lakin cavabdeh ondan almış olduğu 2500 manatı ona qaytarmamışdır.
8. Cavabdeh bildirmişdir ki, “Daewoo Gentra” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil özünün istifadəsində olmuş, yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərə zərər dəymiş, buna görə də İddiaçı tərəfindən ona 2500 manat pul ödənilmişdir. İddia tələbini qəbul etmir, pulun qaytarılması ilə razı deyil.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
10. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli saylı qətnaməsi ilə “Daewoo Gentra” markalı ** AX *** dövlət qeydiyyatlı avtomobilin sahibinin "xxxx" MMC olması, İddiaçı xx.xx.2016-cı il tarixində saat 00:00-da “Mercedes Benz C220 CDİ” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi və 40 manat miqdarında cərimə edildiyi, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı ** AX *** dövlət qeydiyyatlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3425 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ...İddiaçı dəymiş zərər olaraq qanuni qüvvəyyə minmiş qətnamə ilə 3206 manat tutulması olduğu halda, eyni zamanda onun 2500 manatı X7 ödəməsi ədalətli deyil. Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus 2500 manat pulu özündə saxlanılmışdır və bu, onun tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. İddiaçının tələbi nəzərə alınmaqla cavabdeh əldə etdiyi həmin məbləği iddiaçıya qaytarmalıdır.
11. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 139.2ci, 194-cü, 650-ci və 1091-ci maddələrinə istinad etmişdir.
12. Həmin qətnamədən Anar Şıxməmmədov apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının ona pulu avtomobilə dəymiş ziyana görə deyil, səhhətinə vurulmuş ziyana görə ödədiyini, eləcə də iddiaçının iddia müddətini ötürmüş olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Anar Şıxəmmədovun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
28. Apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2022 saylı iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov