Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5987/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:TofiqSəmədoğluSəmədovunsədrliyivəməruzəsilə İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi, İddiaçının nümayəndəsi X3iştirakıilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonunculardan borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-340/2018 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Fərid Əliyev şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-340/2018 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və işin baxışa təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin tarixi barədə bildiriş onlara daxil olmamış, digər üsullarla məlumat verilməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iş üzrə cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalı, qərardad ləğv edilməklə iş mahiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edərək işin baxılmamış saxlanılmasını qərara alınmışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki işin materiallarından görünür ki, tərəflərə hazırkı iş üzrə xx xxxxxx 2018-ci il tarixə təyin olunmuş məhkəmə iclasının keçirilməsi barədə bildirişlərin iş üzrə tərəflərə göndərilməsi və çatdırılması barədə iş materialarında məlumat aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 185-ci maddəsinin, 188, 259.0.6 və 259.0.7-ci maddələri ilə müqayisəli təhlili göstərir ki, tərəflərin və ya (xüsusən də) iddiaçının məhkəmə iclasına gəlməməsi əsasına görə ərizənin baxılmamış saxlanılması o halda ola bilər ki, işə baxan məhkəmə iddiaçının həmin işə hər hansı səbəbdən daha marağının qalmadığını, başqa sözlə ərizəsi ilə bağlı məhkəmə mübahisəsini davam etdirmək istəyi və niyyətinin olmadığını və ya qəsdən icraatı yubandırdığını müəyyən etmiş olsun. Məhkəmə kollegiyasının mövqeyinə görə, tərəflərin, xüsusən də iddiaçının baxılmasında əhəmiyyətli marağının aşkar olduğu iddiaçının hər hansı səbəbdən fiziki baxımdan (cismani olaraq) mülki işə baxılması ilə bağlı keçirilən hər hansı bir məhkəmə iclasına gəlməməsi və yaxud da təyin olunmuş məhkəmə iclasına gecikməsi, özözlüyündə Mülki Prosessual Məcəllənin 259.0.6 və ya 259.0.7-ci maddələrə istinadən ərizənin baxılmamış saxlanması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edərək, iddia ərizəsini baxılmamış saxlamaqla səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5987/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5987/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver