Məhkəmə qərarları › İş №2(103)-6002/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6002/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6002/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 4249/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/026N11A00930822 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 24 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12 faiz olmaqla 3.000 manat kredit verib. 2.İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozub, kredit müddətinin bitməsinə baxmayaraq ödənişləri tam həcmdə və vaxtında yerinə yetirməyib Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib, xx.xx.2024-cü ildə iddianın dəyişdirilməsi barədə ərizə verilib. 4.İddiada tələb olunub ki, 2.042,99 manat əsas borc, 468,79 manat kredit müddətinin sonuna (xx.xx.2024-cü ilə) qədər hesablanmış faiz borcu, kredit müddəti bitdikdən (xx.xx.2024-cü ildən) sonra xx.xx.2024-cü ilə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanmış 185,91 manat zərərin (əldən çıxmış faydanın) əvəzi, habelə xx.xx.2024-cü ilə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 5,11 manat penya, cəmi 2.702,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 5.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.042,99 manat əsas borc, 468,79 manat kredit müddətinin sonuna faiz borcu, 5,11 manat cərimə borcu, cəmi 2.516,89 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,59 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi, yəni kredit müddəti bitdikdən (xx.xx.2024-cü ildən) sonra xx.xx.2024-cü ilə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanmış 185,91 manat zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi barədə tələb təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində, yəni əldən çıxmış faydanın əvəzi kimi 185,91 manat tutulması barədə tələbə aid hissədə ləğv edilsin və həmin tələb təmin olunsun. 7.Apellyasiya şikayətində qətnamənin əldən çıxmış faydanın əvəzi kimi 185,91 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Çingiz Dibirov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin möveyi 10.Qətnamə yoxlanılan hissədə, yəni əldən çıxmış faydanın əvəzi kimi 185,91 manat ödənilməsi barədə tələbə aid hissədə ləğv edilməli və həmin tələb təmin olunmalıdır. 11.İddiaçı əldən çıxmış faydanın hesablanması qaydası barədə arayış təqdim edib (iş v. 52). Arayışdan görünür ki, əldə çıxmış fayda qalıq əsas borca münasibətdə hesablanıb, hesablama xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrü əhatə edib. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Odur ki, iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 13.Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. İddiaçı əldən çıxmış faydanı Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun hesablayıb. 14.Beləliklə, əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə tələb əsaslıdır. Birinci instansiya məhkəməsi həmin tələbin rədd edilməsini qətnamədə ümumiyyətlə əsaslandırmayıb. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və tələb təmin olunmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4249/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - əldən çıxmış faydanın əvəzi kimi 185,91 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv olunsun və həmin tələb təmin olunsun. Kredit müqaviləsi üzrə əsas borc kimi 2.042,99 manat, kredit müddətinin sonuna faiz borcu kimi 468,79 manat, əldən çıxmış faydanın əvəzi kimi 185,91 manat, cərimə kimi 5,11 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,59 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24,30 manat, cəmi 2.775,69 (iki min yeddi yüz yetmiş tam yüzdə altmış doqquz) manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar