Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6007/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2093/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadından cavabdeh T.Yusifova (Abdullayeva) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Yusifova (Abdullayeva) Təyminə Şamil qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi nə qarşı “mülkiyyət hüququnun tanınması və mülkiyyətin özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddia təmin tədbiri barədə ərizə verərək, iddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14, də yerləşən 5 otaqlı 12, 13, 14 saylı mənzil (birləşdirilib, bir çıxarış var), Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49da yerləşən 159.78 kv.m sahəli, 4 otaqlı 23 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290.9 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29.6 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41.1 kv.m sahəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379- 8182-ci məhəllədə yerləşən, Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 0003/3 saylı, 03.10.2000-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış qeyriyaşayış sahəsi (Azəristilikenerjiqııraşdırma trestinin ATSC-nin yarımçıq tikilisi) Bakı şəhəri, Nizami rayonu. B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, İqtisadi İnkişaf Nazirliyi X1 Departamenti tərəfindən verilmiş 000100 saylı, 08.04.2002-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m torpaq sahəsi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000376 saylı, 22.03.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili), Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000106 saylı, 30.05.2006-ci il tarixli şəhadətnamə üzrə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış 284.7 kv.m sahəsi olan Su Ambarının yarımçıq tikilisi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 211 kv/m, yaşayış sahəsi 138.8 kv/m, yardımçı sahəsi 72,2 kv/m olan 4 otaqlı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2093/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh T.Yusifovanın həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 05 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayət ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin fikirlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuş, bu səbəbdən də şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2093/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6007/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6007/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver