Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6015/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Əbdülhəmid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbdülhəmid qızı ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AB12365-2019 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqısı müqaviləsi üzrə 1697 (min altı yüz doxsan yeddi) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1727 (min yeddi yüz iyirmi yeddi) manat cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxx” MMC ilə Cavabdeh Əbdülhəmid qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AB12365-2019 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqısı müqaviləsinə əsasən, iddiaçı 1980 manat dəyərində “X1” adlı kosmetik malı cavabdehə aylıq 282 manat olmaqla 8 ay müddətində hissə-hissə ödəmək şərtilə satmışdır. İddiaçı malı “Təhvil-Təslim” Aktına əsasən, cavabdehə verməklə öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh aylıq ödənişləri etməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəlikləri icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh ödəniş cədvəli üzrə hər ay 262 manat ödəniş etməli olduğu halda 20 manat məbləğində ilkin ödəniş etdikdən sonra növbəti hər ay 282 manat ödəməli olduğu halda yalnız 1 ay (283 manat) ödəniş etmişdir. Növbəti aylar ərzində heç bir ödəniş etmədiyindən hazırda onun iddiaçıya 1697 (min altı yüz doxsan yeddi) manat məbləğində borcu yaranmışdır, məbləğində borcu yaranmışdır. Müqavilənin 3.1.5-ci maddəsinə əsasən, malın “Alıcı” tərəfindən qəbul edilməsinə dair “tərəflər” arasında Təhvil-Təslim Aktı təsdiq edildiyi andan etibarən “Satıcı” öz öhdəliklərini icra etmiş hesab olunur. Müqavilənin 3.2.6-cı bəndinə əsasən “Alıcı” qəbul etdiyi malın dəyərini bu müqavilənin 2-ci bəndində göstərilən şərtlərlə, həmçinin bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlinə əsasən ödəməlidir. Həmçinin cavabdehə məhkəmədən kənar pretenziya məktubu göndərilərək ona müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyi xahiş olunsa da, Cavabdeh Əbdülhəmid qızı buna əhəmiyyət verməyərək icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Əbdülhəmid qızından 1697 (min altı yüz doxsan yeddi) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1727 (min yeddi yüz iyirmi yeddi) manatın İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Əbdülhəmid qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Belə ki, müqavilənin onda olan nüsxəsindən göründüyü kimi, iddiaçı ona “oxudum, tanış oldum” qeydi etdirmiş, o isə latın qrafikası ilə yazıb-oxuya bilmədiyindən, kiril qrafikası ilə qeyd aparmışdır. Bu ondan irəli gəlir ki, şirkət tələm-tələsik müqaviləyə qol çəkdirmiş, ona müqaviləni oxumağa imkan verməmişlər. Bundan əlavə qeyd edilməlidir ki, müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun gəlməyərək, zidd tərtib edilmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh Əbdülhəmid qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh Əbdülhəmid qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh Əbdülhəmid qızı arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, AB12365-2019 nömrəli müqaviləyə əsasən ona hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqısı müqaviləsinə əsasən, iddiaçı 1980 manat dəyərində “X1” adlı kosmetik malı cavabdehə aylıq 282 manat olmaqla 8 ay müddətində hissə-hissə ödəmək şərtilə satmış, nəticədə MMC qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Tərəflər ərasında bağlanmış müqavilənin 3.1.5-ci maddəsinə əsasən, malın “Alıcı” tərəfindən qəbul edilməsinə dair “tərəflər” arasında Təhvil-Təslim Aktı təsdiq edildiyi andan etibarən “Satıcı” öz öhdəliklərini icra etmiş hesab olunur. Həmin müqavilənin 3.2.6cı bəndinə əsasən “Alıcı” qəbul etdiyi malın dəyərini bu müqavilənin 2-ci bəndində göstərilən şərtlərlə, həmçinin bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlinə əsasən ödəməlidir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6015/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6015/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver