Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6018/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 vurulmuş zərər olan 19.030 (on doqquz min otuz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 147 (yüz qırx yeddi) manat, cəmi 19.177 (on doqquz min yüz yetmiş yeddi) manat məbləğində pulun tutularaq ona, yəni İddiaçı ödənilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunan Suraxanı Rayon Məhkəməsinin 2(010)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 19000 (on doqquz min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iddia tələbinin mahiyyətindən aydın olur ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi əsasında X2 İddiaçı xeyrinə 19030 manat məbləğində pul tutulmuş, lakin cavabdeh vəfat etdiyindən hazırda iddiaçı eyni borc məbləğinin yenidən məhkəmə qaydasında həmin iş üzrə cavabdeh olmuş X3 vərəsələri qismində qeyd etdiyi cavabdehlərdən - Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında qaydasında baxılmamalıdır. Belə ki, artıq tələb olunan borc məbləğinin daha əvvəl məhkəmə qaydasında işə baxılmaqla həmin iş üzrə cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması qət edilməklə artıq həmin mübahisə həll edilmişdir. Bu səbəbdən hazırda eyni borc tələbinin həmin iş üzrə cavabdeh şəxsin hazırki iş üzrə vərəsələri qismində qeyd etdiyi şəxslərdən tutulması məsələsinə baxılması yol verilməzdir. Belə ki, iddiaçı həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi üzrə verilən icra sənədinin icraatı çərçivəsində icra məmuruna müraciət edərək müvafiq icra hərəkətlərinin (əgər vərəsəlik işi açılmışdırsa müəyyən edilmiş vərəsələrdən miras passivi qismində borc məbləğinin tutulması və s.) həyata keçirilməsini tələb etməli, narazı qaldıqda isə bununla bağlı müvafiq olaraq icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) məhkəmə qərarlarının icrası qaydasında şikayət verə bilər.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Hazırda İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş edir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırmasını aparmamış, yalnız formal əsaslandırma aparmaqla iş üzrə icraata xitam vermişdir. Həmçinin borcun X2 tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması həmin borcun onun vərəsələrindən tutulması tələbinin irəli sürülməsi işə təkrar baxılması kimi qiymətləndirilə bilməz. Çünki hazırki mübahisənin mahiyyətini borcun mövcudluğu deyil, həmin borcun vərəsələrdən tutulması təşkil edir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsması, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 19000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün icra şöbəsinə göndərilmişdir.
13. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X2 məhkəmənin qətnaməsinə əsasən tutulan pul məbləğinin onun vərəsələri olan X7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X2 pulun tutulması ilə bağlı məhkəmənin qəbul etdiyi qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. X5 vəfat etdiyindən icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir.
15. “İcra haqqında” Azərbaycan Respublikasnın Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.
16. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov