Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-602/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2020-il tarixli, 2(001)-56/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh “B.X2 Zavodu” TASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “B.X2 Zavodu” TASC-a qarşı “əmək xəsarəti ilə bağlı ödənilməli olan pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, B.X2 Zavodundan 02.07.1987-ci il tarixdə iş zamanı istehsalatda əmək xəsarəti alaraq əmək fəaliyyətinin 20%-ni itirmiş və həmin tarixdən də əmək haqqının 20%-nin ona ödənilməsi təyin edilmişdir. Həmin məbləğ 2006-cı il tarixədək ödənilmiş, lakin sonra heç bir ödəniş edilməmişdir. Cavabdeh şifahi və yazılı şəkildə müraciətlər olunsa da, heç bir nəticə verməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, “B.X2 Zavodu” TASC-da onun ixtisası üzrə əmək haqqı 600 manat təşkil edir. Bu səbəbdən də cavabdeh ödənilməyən 140 ayın əmək haqqının 20%-nin ona ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, ödənilməyən ayların sayı 140 ay deyil, 173 ay təşkil edir. Ona görə də, hesab edir ki, cavabdeh 2006-cı ildən 01 iyun 2020-ci il tarixədək iddiaçıya ödəməli olan pul vəsaitini ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Ödənilməyən aylar sayı 173 ay təşkil etdiyindən, iddiaçıya ödənilməli olan pul məbləği 20760 manatdır. (173x600x20%=20760) Buna görə də, cavabdeh “B.X2 Zavodu” TASC-dən 20760 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2020-il tarixli, 2(001)-56/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “B.X2 Zavodu” TASC-dan 9.757,20 (doqquz min yeddi yüz əlli yeddi manat 20 qəpik) manat pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh “B.X2 Zavodu” TASC-dan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2020-il tarixli, 2(001)-56/2020 saylı qətnaməsinin qismən, iş üzrə iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddiamın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “B.X2 Zavodunda 02.07.1987-ci il tarixdə iş zamanı istehsalatda əmək xəsarəti alaraq əmək fəaliyyətimin 20 %-ni itirmişəm və həmin tarixdən də əmək haqqımın 20 %-nin mənə ödənilməsi təyin edilmişdir. Həmin məbləğ 2006-cı il tarixədək ödənilmiş, lakin həmin tarixdən indiyədək mənə heç bir ödəniş edilməmişdir. Cavabdehə bir neçə dəfə şifahi qaydada müraciət edərək ona ödənilməli olan məbləğin qanuna müvafiq hesablanaraq ödənilməsini xahiş etsə də, cavabdeh buna heç bir əhəmiyyət verməmişdir. Hətta 25.05.2017-ci il tarixdə yazılı şəkildə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Qeyd edir ki, “B.X2 Zavodu” TASC-də onun ixtisası üzrə işləyənlərin maaşı halhazırda 600 manat təşkil edir. Hesab edir ki, “B.X2 Zavodu” TASC-də onun ixtisası üzrə işləyənlərin maaşının hal-hazırda 600 manat təşkil etməsi nəzərə alınmaqla və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Ümümi müddəalarının 3.5 bəndinin tələbinə uyğun olaraq ona ödənilməli olan məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə, cavabdeh 2006-cı ildən ona ödənilməli olan pul vəsaitini ona ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Ödənilməyən aylar 140 ay təşkil etdiyindən və zavodda onun ixtisası üzrə işləyənlərin maaşı halhazırda 600 manat təşkil etdiyindən ona ödənilməli olan məbləğ 16800 manatdır (140 *600*20%=16800). Bundan sonra iddia tələbini dəqiqləşdirərək qeyd etmişdir ki, “əmək xəsarəti ilə bağlı ödənilməli olan pul vəsaiti iddia ərizəsi məhkəməyə verilən tarixədək tələb edilmişdir. Hazırda isə ödənilməyən ayların sayı 140 ay deyil, 173 ay təşkil edir. Ona görə də hesab edir ki, cavabdeh 2006-cı ildən - 01 iyun 2020-ci il tarixədək iddiaçıya ödəməli olan pul vəsaitini ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Qətnamədən cavabdeh “B.X2 Zavodu” TASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(001)-56/2020 saylı qətnaməsinin qismən təmin edilmiş hissədə ləğv edilib, iddanın qismən təmin edilərək cavabdeh “B.X2 Zavodu” TASC-dən 1222.62 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, tərəflərindən verilmiş və iş materiallarında olan arayışa əsasən, 01.01.2017-ci il tarixədək Cəmiyyətin iddiaçıya aylıq 6,73 manat olmaqla hesablanmış 1222,62 manat istehsalat zədəsi üzrə ödənc borcu qalmışdır və iddiaçı 2017-ci ildən etibarən bu günədək Cəmiyyətə yaşayış yerindən arayışı təqdim etmədiyi üçün həmin dövr üzrə hesablamalar aparılmamışdır. Halbuki, iddiaçı 2017-ci ilədək hər il belə bir arayışı Cəmiyyətə təqdim etmiş və 01.04.2001-ci il tarixdən etibarən Cəmiyyətdə kütləvi əmək haqqı artımı aparılmadığı üçün 2017-ci ilədək ona 01.04.2001-ci il tarixdən müəyyən edilmiş aylıq 6,73 manat olmaqla istehsalat zədəsi üzrə ödənc hesablanmışdır. Həmin arayışların tələb olunmasında məqsəd həmin şəxsin sağ olmasının (vəfat etməməsinin) müəyyən edilməsidir ki, həmin arayışlar da istehsalat zədəsi üzrə ödəncin hesablanmasının davam etdirilməsi üçün Cəmiyyətin mühasibatlığında yeganə rəsmi sənəd kimi çıxış edir. Beləliklə, iddiaçı 01.01.2017-ci il tarixdən etibarən bu günədək Cəmiyyətə yaşayış yerindən arayışı təqdim etmədiyi və Cəmiyyətdə 01.04.2001-ci il tarixdən etibarən kütləvi əmək haqqı artımı aparılmadığı üçün Cəmiyyətin iddiaçıya olan istehsalat zədəsi üzrə ödənc borcu 01.01.2017-ci il tarixədək aylıq 6,73 manat olmaqla hesablanmış 1222,62 manat təşkil edir və iddia qismən təmin edilərək 1222,62 manat məbləğində pul vəsaitinin Cəmiyyətdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil qarşı tərəfin apellyasiya şikayətini rədd edərək, öz apellyasiya şikayətlərini müdafiə etdi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz şikayətlərinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh “B.X2 Zavodu” TASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, ş materiallarına əlavə edilmiş 15.07.1987-ci il tarixli 8 nömrəli aktdan və TSEK-in qərarında görünür ki, 14.07.1987-ci il tarixdə bədbəxt hadisə nəticəsində İddiaçı 1 il müddətinə əmək qabiliyyətinin 25%-ni itirilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC “B.X2 Zavodu” TASCin 03.04.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 1987-ci ildə aylıq əmək haqqı 284 rubl 35 qəpik olmuşdur. Sonuncu dəfə hesablanma 01.04.2001-ci il tarixdə aparılmış və o dövrdəki pul vahidi ilə 33.680 AZM (hazırkı pul vahidi ilə 6.73 manat) istehsalat zədəsi üzrə ödənc hesablanmışdır. 01.01.2000-ci il tarixədək İddiaçı ödənişlər edilmiş, 01.01.2000-ci il tarixdə 01.01.2017-ci il tarixədək 1.222,62 manat ödənc borcu qalmışdır. 2017 və 2018-ci illərdə İddiaçı yaşayış yerindın arayış gətirmədiyi üçün 2017-ci il və 2018-ci ilin ilk 3 ayı üzrə hesablamalar aparılmamışdır. Həmçinin arayışda qeyd edilmişdir ki, cəmiyyətdə nəqliyyatla yük nəql edici peşəsi mövcud olmadığından həmin peşə üzrə əmək haqqının miqdarı barədə məlumat vermək mümkün olmamışdır. Məhkəmənin 10.04.2018-ci il tarixli iclasında ərizə təqdim edən iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 2006-cı il tarixdən ödəniş olunmadığını qeyd etsə də, yanlışlığın olduğu və həmin tarixin 2000-ci ildən ödənilməməsi kimi qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş arayışlardan məlum olur ki, cəmiyyətdə nəqliyyatla yüknəqledici peşəsi mövcud olmadığından həmin peşəyə uyğun fəhlə peşəsi sayılır və 2018-ci tarixə fəhlə ştatının aylıq əmək haqqı 282 manat təşkil etmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.03.2020-ci il tarixli, 1562 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində qeyd edilən aylar 140 ay təşkil etdiyindən və zavodda həmin ixtisas üzrə işləyənlərin maaşı 600 manat təşkil etməsi məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə yekunda iddia tələbinə görə İddiaçı ödənilməli olan məbləğin 16.800 manat müəyyən edilə biləcəyi qeyd edilmişdir. Məhkəmənin 01.06.2020-ci il tarixli iclasında ərizə təqdim edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, əmək xəsarətinə görə ödənilməyən ayların 140 ay deyil, 173 ay təşkil etdiyini qeyd edərək cavabdeh “B.X2 Zavodu” TASC-dan 20.760 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3502 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd edilənləri nəzərə alaraq, hazırkı ekspertiza tədqiqatı ilə İddiaçı “B.X2 Zavodu” ASC-də işləmiş yüknəqledici peşəsi üzrə əmək qabiliyyətinin 20%-ni itirməsi nəzərə alınmaqla 2006-cı ildən 01 iyun 2020-ci il tarixədək əmək xəsarətilə bağlı ödənilməli olan pul vəsaitinin məbləğini müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi məktubuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyində təqsirli olan işəgötürən həm işçiyə xəsarət yetirməsi və ya peşə xəstəliyində təqsirli olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzi bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir və həmin ödənilməli ödənclərin verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 09.01.2003-cü il tarixli 03 saylı qaydalarla müəyyən edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərər görə verilən ödənclərin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. AR Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Qeyd olunmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilir. Həmin Qərarın 3.5-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı “B.X2 Zavodu” TASC-da fəhlə maaşının 600 manat olduğunu qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdeh tərəfindən verilmiş arayışı nəzərə alaraq, hesab etmişdir ki, cavabdeh “B.X2 Zavodu” TASC-dan 173 ay üçün aylıq əmək haqqı 282 manat (fəhlə peşəsinə görə əmək haqqı) hesablanmaqla (173 x 282 x 20%), ümumilikdə 9.757,20 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəf fəhlə maaşının 600 manat olduğunu qeyd etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cəmiyyətin iddiaçıya olan istehsalat zədəsi üzrə ödənc borcu 01.01.2017-ci il tarixədək aylıq 6,73 manat olmaqla, hesablanmış 1222,62 manat pul ilə bağlı qeyd olunanlar əsaslı hesab oluna bilməz. Belə ki, cavabdehin özünün də qeyd etdiyi kimi, 2000-ci ildən ödənclər ödənilmədiyi üçün, iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, 173 ay üçün aylıq əmək haqqı 282 manat (fəhlə peşəsinə görə əmək haqqı) hesablanmaqla (173 x 282 x 20%), ümumilikdə 9.757,20 manat pul vəsait cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı, qanunvericiliyin tələblərinə uyğundur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 20 manat ekspertiza xərci cavabdeh “B.X2 Zavodu” TASC-dan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Nəci oğlu və cavabdeh “B.X2 Zavodu” TASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(001)- 56/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 20 (iyirmi) manat ekspertiza xərci cavabdeh “B.X2 Zavodu” TASC-dan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev