Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6020/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Açar sözlər:(istifadə hüququnun tanınması və evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)-1906/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə cavabdeh X13 27 dekabr 2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158 saylı fərdi yaşayış evinə gəlin köçüb, cehiz əşyalarını həmin evə yerləşdirərək ailə üzvü kimi yaşamaqla birgə təsərrüfat aparmış, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 22 noyabr 2019-cü il tarixdə X10 adlı bir nəfər uşaqları doğulmuş, tərəflər arasında baş vermiş narazılıqlardan sonra iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş və iddiaçı mübahisəli evdən çıxmaraq atasına məxsus evə köçmüşdür. 2.İddiaçı hazırda mübahisəlievə istifadə hüquqnun tanınması və ev köçürülməsini tələb etmiş, tələbini isə mübahisəli mənzil olan Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-də cavabdehə məxsus evdə birgə yaşamaları və birgə təsərrüfat aparmaları nəticəsində yaşayış sahəsində istifadə hüququ əldə etməsi ilə əsaslandırmışdır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X10 adlı bir övladları doğulmuşdur. Belə ki, cavabdehlə birgə nikaha daxil olduqdan sonra, yəni toy günündən sonra Cavabdeh məxsus Bakı şəhəri, ünvan 6-də yerləşən evə gəlin köçmüş və həmin evə müvafiq qeydiyyatda alınmışdır. Həmən evdə yaşamaqla ər-arvad kimi birgə təsərrüfatı idarə etmişdir. Sonradan ailə daxili münasibətləri pozulduğu üçün Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)- 643/2021 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş 22 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda məcbur qalıb validyenlərinə məxsus evə sığınmışdır. Nikahın pozulmasından sonra artıq ailə üzvü sayılmadığı üçün və cavabdehin onu qəbul etmədiyi üçün istifadə hüququnun tanınmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, onun cavabdehdən ayrılıb atasının yanına sığınmağının səbəbi həm aralarındakı anlaşılmazlığın həllinə kömək edəcəyini, həm də azyaşlı uşağının müalicəsi üçün olmuşdur. Lakin cavabdehin ona qarşı münasibətinin pisləşməsi və ona qarşı biganə münasibəti nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Belə ki, atasının onu və azyaşlı övladını uzun müddət himayəsində saxlaya bilməyəcək, çünki atasının yaşadığı mənzil darısqal, üstəlik digər bacılarının da orada yaşamasıdır. Hal-hazırda Bakı şəhərində bacısının kirayə tutduğu mənzildə yaşayır. Cavabdeh onun könüllü olaraq yaşadığı evi tərk etdiyini bildirir, lakin onun bu fikri ilə razı deyildir. Çünki atasının evinə gedəndən sonra uzun müddət nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, hesab etmişdir ki, aralarında olan münasibət normallaşacaqdır. Qeyd olunan mübahisəli yaşayış evi Cavabdeh məxsusdur və həmin yaşayış evi dövlət qeydiyyatına alınmışdır. O cavabdehə məxsus fərdi yaşayış evində yaşamış və hazırda onun başqa yaşayış yeri yoxdur. Evdən gedən zaman özünə məxsus əşyaların götürülməsi atasının yanında bir müddət yaşadığı təqdirdə ona zəruri lazım olan əşyalar olmuşdur. Bununla bağlı Astara Rayon Məhkəməsinə müraciət etmiş və Astara rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 158 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya tələbi təmin olunaraq, Astara rayon Məhkəməsinin 24 yanvar 2022ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddianın təmin olunmaması qət edilmişdir. Daha sonra o, həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-252/2023 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və mülki iş müstəsna aidiyyatı üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən də o məhkəməyə müraciət edərək azyaşlı övladları ilə həmin mənzilə köçmək niyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçının evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ilə onun tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra o, həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 4065/22 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-252/2023 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və mülki iş müstəsna aidiyyatı üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. O iddia tələbini qəbul etmir, belə ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən ev iddiaçı ilə nikaha daxil olmazdan çox əvvəl, yəni xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bu barədə AR ƏMDK DƏDRX-dən çıxarışı mövcuddur. O, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikah münasibətlərinə daxil olduqdan sonra onun razılığı əsasında iddiaçı sözügedən mənzilə qeydiyyata salınmışdır. Lakin onun həmin evdə qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması anlamına gəlməməlidir. Sonradan onun iddiaçı ilə münasibətləri korlanmış, 2020-ci ilin iyun ayında iddiaçı ondan ayrılaraq könüllü olaraq yaşadıqları evi tərk edərək getmişdir və onu evdən heç kim zorla çıxarmamışdır. Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və azyaşlı övladının anasının yanında qalması qət edilmişdi. İddiaçı yaşadıqları evə bir daha qayıtmaq niyyəti olmadan tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və bir daha evə qayıtmamışdır. Yaşadıqları evə qayıtmaq niyyətinin olmadığını o da göstərir ki, evdən çıxan zaman özünə məxsus əşyaları da aparmış, apara bilmədiyi cehiz əşyalarının qaytarılması üçün isə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(018)- 788/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, müxtəlif adda cehiz əşyalarının iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının evi tərk etdiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə evə köçürülmə tələbi ilə müraciət etmişdir. Onun artıq iddiaçı ilə heç bir hüquqi bağlılığı qalmamış, aralarında olan nikah pozulmuş, iddiaçı artıq onun həyat yoldaşı deyildir və keçmiş ailə üzvü hesab edilir. Odur ki, iddia tələbi əsassızdır və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 may 2023-cü il tarixli, 2(010)-1906/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Leyla Talıbova) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 7.İş materiallarında olan Astara rayon MKTTİB MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Halhazırda ünvan 3da yaşayır. 8.İş materiallarında olan ünvan 4 xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində bağlanmış və 249 akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, 22 noyabr 2019-cu il təvəllüdlü X5 anası İddiaçı yanında və himayəsində saxlanılması və Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq 22 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət edilmişdir. 9.İş materiallarında olan xx.xx.2014-cü tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X3 ünvan 5 ünvanında yerləşən, fərdi yaşayış evinin A yaşayış sahəsini oğlu Cavabdeh bağışlamışdır. 10.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi xx.xx.2014-cü il tarixdən Cavabdeh, “V” tikilisi xx.xx.2012-ci il tarixdən X4 və “B” tikilisi xx.xx.2013-cü il tarixdən X6 mülkiyyətindədir. 11.İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 012068 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzili X2 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. 12.İş materiallarında olan Astara rayon Məhkəməsinin 2(018)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 158 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. 13.İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya təmin edilmiş və Astara Rayon Məhkəməsinin 2(018)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir. 14.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. 15.İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunaraq Astara Rayon Məhkəməsinin 2(018)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, və mülki işin müstəsna aidiyyət üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 16.İş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-788/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh İddiaçı məxsus cehiz əşyaları, yəni yataq otağı dəsti, qonaq otağı dəsti, mətbəxt otağı dəsti, uşaq yatağı, servis dəsti, qazan dəsti-3 ədəd, qaşıq-çəngəl-bıçaq dəsti-1 ədəd, qab-qaşıq dəsti (toplu şəkildə qab-qaşıq), tozsoran-1ədəd, saç feni-2 ədəd, ət çəkən maşın- 1ədəd, ütü-1 ədəd, ütü stolu-1 ədəd, xalça-2 ədəd, yorğan döşək dəstlər, çilçiraq-3 ədəd, pərdə(kansella)-2 ədəd, saat 1-ədəd, güldan-1 ədəd, çərpayı dəsti, yataq dəsti, dəsmal dəstləri, stolüstü süfrələr dəsti, təzyiq ölçən aparatı alınaraq İddiaçı verilməsi qət edilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında münasibət 2018-ci ildə yarandığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 18.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Mübahisəli Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2014-cü ildən bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətindədir. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə köçdüyünü bildirmiş və izahatında göstərmişdir ki, 2020-ci ildən həmin mənzildə yaşamır. 19.Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2014-cü ildən Cavabdeh mülkiyyətində olduğundan, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından iddiaçının həmin evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi təmin oluna bilməz. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV bəndinə;“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 89.1, 217.2, 217.4, 107, 119.1, 216-220 və 360-cı maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 21.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində pozulmuş insan və vətəndaş hüquqlarımın bərpası üçün araşdırma aparılmamışdır (aktın qanuniliyi, sübut qismində videoçəkilişin qanuniliyi araşdırılmamış və əlavə sübutlar tələb edilməmişdir.). Bununla da göstərilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Konstitusiyanın 43-cü maddəsində göstərilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Məhkəmə yuxarıdakı normaları pozaraq iddia tələbi üzrə iddianı rədd edərkən, obyektiv məhkəmə araşdırması aparmamış və nəticədə iddiaçının mənzil hüquqlarının pozulmasına gətirib çıxaran qərar qəbul etmişdir. Məhkəmə tərəfindən verilmiş ərizəyə ədalətli və açıq araşdırma hüququ prinsipləri nöqtəyi nəzərindən baxmamış və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün ümumiyyətlə araşdırma aparmamışdır. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq 26.“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2001-ci il tarixli qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 27.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 28.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 29.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 31.Maddə 34.1.nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)-1906/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 37.Belə ki, Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-də qeydiyyatda olmaqla, hazırda Astara şəhəri, S.Vurğun küçəsi ev 42 A, mənzil 14-də yaşayır. 38.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). 39.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). 40.Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). 41.Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 42.Kollegiya qeyd edir ki, İddiaçı bildirir ki, o, cavabdeh X13 27 dekabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə ailə qurduqdan sonra Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158 saylı fərdi yaşayış evinə gəlin köçüb, cehiz əşyalarını həmin evə yerləşdirərək ailə üzvü kimi yaşamaqla birgə təsərrüfat aparmışdır. Sonradan Cavabdehla nikahları pozularaq ayrıldıqdan sonra onu evdən çıxarmışlar. İddiaçı atası evinə köçmüşdür. İddiaçı hazırda mübahisəlievə istifadə hüququnun tanınması və ev köçürülməsini tələb etmiş, tələbini isə mübahisəli mənzil olan Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-də cavabdehə məxsus evdə birgə yaşamaları və birgə təsərrüfat aparmaları nəticəsində yaşayış sahəsində istifadə hüququ əldə etməsi ilə əsaslandırmışdır. Cavbadehin iddia tələbinə etirazından müəyyən olunur ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi ilə, ailə münasibətlərinə xitam verildiyindən, onun mübahisəli evdə istifadə hüququ qalmamış, bu səbəbdən də, İddiaçı həmin evə köçürülməsi üçün hüquqi əsas qalmamışdır. 43.Məhkəmə kollegiyası yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2018-ci ildə yarandığından həmin münasibətlərə yəni istifadə hüququnun əmələ gəlməsi və xitamına xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 45.Məhkəmə kollegiyası tərəflərin izahatını, işin faktiki hallarını yuxarıda göstərilən maddiprosessual hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına uyğun müqayisəli təhlil apararq, müəyyən edir ki, İddiaçı ilə cavabdeh X13 27 dekabr 2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158 saylı fərdi yaşayış evinə gəlin köçüb, cehiz əşyalarını həmin evə yerləşdirərək ailə üzvü kimi yaşamaqla birgə təsərrüfat aparmış, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 22 noyabr 2019-cü il tarixdə X10 adlı bir nəfər uşaqları doğulmuş, tərəflər arasında baş vermiş narazılıqlardan sonra iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş və iddiaçı mübahisəli evdən çıxmaraq atasına məxsus evə köçmüşdür. 46.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mlkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 47.Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev 2014-cü ildən Cavabdeh mülkiyyətində olduğundan, yaşayış sahəsinin mülkiyyətçisi ilə iddiaçının ailə münasibətlərinə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından, iddiaçının həmin evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi təmin oluna bilməz. 48.Beləliklə məhkəmə kollegiyası iş materialları, tərəflərin həm birinci instansiya məhkəməsi həm də apellyasiya icraatı zamanı verdikləri izahahatları və verilmiş apellyasiya şikayətinin etirazın əsasları ilə birlikdə maddi və prosessual hüquq normalarına uyğun müqayisəli təhlil edərək yekun olaraq belə qənatə gəlir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 49.Kollegiya həmçinin iddiaçının istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılması üçün əsas görmür. Belə ki, İddiaçı nikahın pozulmasından və ailə münasibətlərinə xitam verilməsindən sonra 2 ildən artıq müddətdə valideynlərinə məxsus evdə yaşamışdır. 50.Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). 51.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 55.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 56.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)-1906/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6020/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6020/2023
25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver