Məhkəmə qərarları › İş №2(103)-6025/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6025/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6025/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi” dair mülki iş üzrə apellyasiya şikayətinin qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2237 (iki min iki yüz otuz yeddi) ABŞ dolları pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12391 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8089/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı yenidən şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı iləşikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, işdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(009)-715/2019 saylı qətnaməsi iəğv prosesində olan QSC “Bank Standard” KByə göndərilmiş və həmin ünvanda “Boyadova” soyadlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayəti isə xx.xx.2019-cu il tarixdə poçt xidmətinə verilmişdir. Bununla da iddiaçı qanunvericiliklə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində apellyasiya şikayəti vermədiyi və müddəti ötürməsi qanuni qüvvəyə minmş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Ona görə də iddiaçının bu qərardaddan yenidən şikayət verməsi anlaşılan olmamışdır. İddiaçı qətnamədən narazı idisə qeyd olunan müddət ərzində apellyasiya şikayəti verməli idi, lakin verməmiş, eləcə də müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçınınşikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-715/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar