Məhkəmə qərarları › İş №2(103)-6026/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6026/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6026/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 48.600 ABŞ dolları əsas borcun, 4,495.5 ABŞ dolları faiz borcunun, ümumilikdə 53,095,5 ABŞ dolları pul vəsaitinin ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla alınaraq onun xeyrinə ödənilməsi, həmçinin Cavabdeh 10.000 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 10030 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki o, o, uzun illərdir ki, ticarətlə məşğul olur və “Sədərək” ticarət mərkəzində mağaza sahibidir. O, ticarətlə əlaqədar mütəmadi olaraq mal satışından əldə etdiyi pul vəsaitini cəmləyərək mal dövriyyəsində istifadə edir. Cavabdeh ilə uzun illərdir bir-birilərini tanıyırlar, cavabdehlə ailəvi dostluq münasibətləri olmuşdur. xx.xx.2016-cı il tarixədək aralarında heç zaman maddi baxımdan hər hansı mübahisə olmamış, cavabdeh ondan bu vaxtadək heç zaman hər hansı məbləğdə pul istəməmişdir. Lakin 2016-cı il tarixdə Cavabdeh pula ehtiyacı olduğunu və onun mal satışı üçün cəmlədiyi pul vəsaitini borc olaraq ona verməsini xahiş etmişdir. O, uzun illərdir cavabdehlə dostluq münasibətində olduğunu və bu illər ərzində cavabdehin ondan heç vaxt maddi baxımdan bir təmənnasının olmamasını əsas tutaraq ona yardım etmək istəmiş, lakin bunu notarial qaydada etmək istəyini ifadə etmişdir. Belə olan halda, Cavabdeh pulun onun həyat yoldaşı X11 vasitəsi ilə götürülməsini ona təklif etmiş, pulun qaytarılmadığı təqdirdə X9 məxsus müvafiq evin ona veriləcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə cavabdehin həyat yoldaşı X11 ilə onun qızı X7 arasında 12000 ABŞ dollarının xx.xx.2017-ci il tarixinədək qaytarılmalı olması şərti ilə kredit müqaviləsi bağlanmışdır. Lakin müqavilədən 2-3 ay keçməsinə baxmayaraq pul qaytarılmamışdır. Eyni zamanda, X5 məxsus müvafiq evə dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla X4 etibarnamə vermişdir. Bu etibarnamənin verilməsi onda güvən hissi yaratmışdır. Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə pulun qaytarılmağını tələb edən zaman cavabdeh ona yenə pul lazım olduğunu bildirmiş, o, isə müxtəlif tarixlərdə, xx xxxxxxxx 2016-cı il tarixdə cavabdehə əlavə olaraq 10000 ABŞ dolları, xx xxxxxxx 2016-cı il tarixdə 16.000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 6100 və 2500 ABŞ dolları, habelə xx xxxxxx 2016-cı il tarixdə cavabdehə məxsus qızıl-zinət əşyalarının “Atlas” Lombardda olması əsası ilə cavabdehin Lombarda olan borc məbləğinin qaytarılması üçün 14.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh həmin pul məbləğlərini qısa müddət ərzində hissəhissə qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Hazırda, cavabdeh və onun həyat yoldaşı ona 60.600 ABŞ dolları borcu vardır. Bu borcun 12.000 ABŞ dolları məbləğində hissəsi, X11 ilə onun qızı X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə öz əksini tapmışdır. Həmin borcun 48.600 ABŞ dolları məbləğində hissəsi cavabdeh tərəfindən öz xətti ilə rus dilində yazılmış və imzalanmış “raspiska” adlanan sənəddə öz əksini tapmışdır. Həmin sənədə əsasən xx.xx.2017-ci il tarixədək borcun qaytarılmalı olması göstərilsə də, həmin borc məbləği hal-hazıradək qaytarılmamışdır. Ona məxsus pul vəsaitinin uzun müddətdir ki, qanunsuz olaraq cavabdehin sahibliyində qalması onun biznes fəaliyyətini iflic vəziyyətinə gətirmişdir. O, dəfələrlə şifahi qaydada pulun qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən pulun qaytarılması istiqamətində hər hansı tədbir görülməmiş, əksinə onun ünvanına nalayiq sözlər işlətmişdir. Buna görə də, o, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 48600 (qırx səkkiz min altı yüz) ABŞ dolları əsas borc və borcun illik beş faizi, yəni 4495.5 (dörd min dörd yüz doxsan beş dollar əlli sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 53095, 5 ( əlli üç min doxsan beş dollar əlli sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 127 ( bir yüz iyirmi yeddi ) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bürün faktiki hallar araşdırılmadığından və təqdim etdiyi sübutlara düzgün qiymət verilmədiyindən, məhkəmənin gəldiyi nəticələr işdə olan sübutlara söykənmədiyindən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 şikayətin əsassız olduğunu bildirərək təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, X1 Xətai RPİ-nin 37-ci PŞ-nə daxil olmuş ərizəsinə baxılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından X2 izahatı alınmadan müraciət müəllifinə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmaqla rəsmi cavab verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış “raspiska” adlanan sənəddən görünür ki, Cavabdeh İddiaçı biznes məqsədi ilə xx xxxxxxxx 2016-cı il tarixdə 10000 ABŞ dolları, xx xxxxxxx 2016-cı il tarixdə 16.000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 6100 və 2500 ABŞ dolları, habelə xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh məxsus qızıl-zinət əşyalarının “Atlas” lombardda olması əsası ilə ona lombarda olan borc məbləğinin qaytarılması üçün 14.000 ABŞ dolları məbləğində pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20384 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 40-cı vərəqəsində olan x xxxxxx 2017-ci il tarixli Raspiska adlı sənəd üzərində “Расписка. Я Магалдадзе Нина В. Вместе в доме у Мусаевой Назакет взяла для бизнеса в 10/İX-2016 ....” sözləri ilə başlayıb “ , V. Vmeste v dome uMusaevoy Nazaket vzəla dlə biznasa v 10/İX-2016 q” sözləri ilə başlayıb, “ Баку.Баилова.К.Аббасова 38 кв 25 в ее пользование до 1.İİ.2017 г. Магалдадзе Н.В” sözləri ilə bitən yazılar, “Магалдадзе Н.В” yazılarının qarşısındakı imza və həmin Raspiskada “$” ABŞ valyutasını əks etdirən işarələr - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavil ə əsası olmur. Hüquqi əsasolmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansıhərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verənməhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı uzun illərdir ki, ticarətlə məşğul olur və mütəmadi olaraq mal satışından əldə etdiyi pul vəsaitini cəmləyərək mal dövriyyəsində istifadə edir. İddiaçı cavabdehlə uzun illərdir bir-birilərini tanıyırlar, cavabdehlə ailəvi dostluq münasibətləri olmuşdur. Lakin 2016-cı il tarixdə cavabdeh X10 pula ehtiyacı olduğunu iddiaçıya bildirmiş, ijddiaçı da cavabdehi uzun illərdir tanıdığından və cavabdehlə dostluq münasibətində olduğundan xx.xx.2016-cı il tarixdə cavabdehin həyat yoldaşı X11 ilə iddiaçının qızı X7 arasında 12000 (on iki min) ABŞ dollarının xx.xx.2017-ci il tarixinədək qaytarılmalı olması şərti ilə kredit müqaviləsi bağlanmışdır. Lakin müqavilədən 2-3 ay keçməsinə baxmayaraq pul qaytarılmamışdır. Lakin X11 iddiaçıya məxsus müvafiq evə dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla iddiaçının qızı X4 etibarnamə vermişdir. Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə pulun qaytarılmağını tələb edən zaman cavabdeh ona yenə pul lazım olduğunu bildirmiş, iddiaçı isə müxtəlif tarixlərdə, xx xxxxxxxx 2016-cı il tarixdə cavabdehə əlavə olaraq 10000 ABŞ dolları, xx xxxxxxx 2016-cı il tarixdə 16.000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə 6100 və 2500 ABŞ dolları, habelə xx xxxxxx 2016-cı il tarixdə cavabdehə məxsus qızıl-zinət əşyalarının “Atlas” Lombardda olması əsası ilə cavabdehin lombarda olan borc məbləğinin qaytarılması üçün 14.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh həmin pul məbləğlərini qısa müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Hazırda, cavabdeh və onun həyat yoldaşı iddiaçıya olan 60.600 ABŞ dolları borcundan 12.000 ABŞ dolları məbləğində hissəsini qaytarmışdır. Həmin borcun 48.600 ABŞ dolları məbləğində hissəsi cavabdeh tərəfindən öz xətti ilə rus dilində yazılmış və imzalanmış “raspiska” adlanan sənəddə öz əksini tapmışdır. Həmin sənədə əsasən xx.xx.2017-ci il tarixədək borcun qaytarılmalı olması göstərilsə də, həmin borc məbləği hal-hazıradək qaytarılmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki,mülki qanunvericiliyin tələbləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı pul vəsaitini qaytarılmalı olduğu halda, öhdəliyi tam icra etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 48.600 ABŞ dolları məbləğində pul tutulmalıdır. Belə ki, Cavabdeh İddiaçı xeyrinə 48.600 ABŞ dolları məbləğində borcun tutulması hissəsinə münasibətdə bildirir ki, həmin borc məbləgi məhkəmə araşdırmasında öz təsdiqini tapmış, belə ki, həmin borcla əlaqədar cavabdeh əlyazmaların onun tərəfindən yazılmasını, ekspert rəyi ilə də, təsdiq etmişdir. Həmçinin məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyi üçün Cavabdeh İddiaçı xeyrinə borcun illik beş faizi, 4495.5 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Cavabdeh İddiaçı 48.600 ABŞ dolları məbləğində borcunun olması məhkəmə araşdırmasında öz təsdiqini tapmış, belə ki, həmin borcla əlaqədar cavabdeh əlyazmaların onun tərəfindən yazılmasını, ekspert rəyi ilə də, təsdiq etmişdir. Cavabdeh borcun olmadığını irəli sürsə də, bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar