Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-603/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, onun vəkili Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(010)-1445/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: xx.xx.2009-cu il tarixli (02L000004640 saylı) kredit müqaviləsi ilə İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış uzunmüddətli kredit müqaviləsinə əsasən Bank borcluya 120 ay müddətə 20 000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli (002R********** saylı) kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılaşmasına əsasən Bank borcluya 24 ay müddətinə 2.3333% olmaqla 42650 manat məbləğində kredit vermişdir. xx.xx.2017-ci il tarixli 002R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. xx.xx.2017-ci il tarixli 002R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. xx.xx.2018-ci il tarixli 002R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit Müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdürlər. Zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2013-cü il tarixdə sazişdən müəyyən olunur ki, Cavabdeh2 ilə bank arasında saziş imzalanmış və kredit xətti müqaviləsindən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədə olması şərtləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili İddiaçı QSC-nin xeyrinə girovla yüklü edilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 002R********** saylı, xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə 34907.06 manat məbləğində kredit borcu, 43544.59 manat məbləğində faiz borcu və 41879.71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 120331.36 manat borcu yaranmışdır. İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış Xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh1 mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin MKTD Suxaranı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Forma-2 arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin xx.xx.2021-ci il tarixli LF 20 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 60000 manat, likvid dəyəri 51000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3312 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Cavabdeh1 əsas borc üzrə 30482.32 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızına, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızına və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 42407.06 manat məbləğində kredit borcu, 38581.84 manat məbləğində faiz borcu və 35499.02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 116487,92 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 116487,92 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Cavabdeh2, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı, Cavabdeh3, Məmmədova (Rəhimova) Firuzə Mövcud qızının həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009ci il tarixli 02L000004640 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli 4640 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 170 (yüz yetmiş) ay, məbləği 100000 (yüz min) ABŞ Dolları müəyyənləşdirilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42650 (qırx iki min altı yüz əlli) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 002R**********S saylı, xx.xx.2017-ci il tarixli 002R**********SA saylı, xx.xx.2018-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 242.94 manat ödəmiş, onun 42407.06 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfındən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 700 gün üçün hesablanmış faiz borcu 38581.84 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 700 gün üçün hesablanmış cərimə 35499.02 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafıq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2010-ci il tarixli 02M000000858 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 480 nömrəli reyestr kitabının 44349 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya MA ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 17 nömrəli evin 34 saylı mənzili Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli 858 saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilmiş, kredit xətt müqaviləsinin müddəti və məbləği barədə bəndlər ipoteka müqaviləsində də öz əksini tapmışdır. İpotekanın əlavə qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfındən 480 nömrəli reyestr kitabınm 44349 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Seriya RX ******* №-li Çıxarış verilmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh- ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafıq Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(010)- 1445/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2016-cı il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 30482.32 (otuz min dörd yüz səksən iki manat, otuz iki qəpik) manat məbləğində əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və bank xidmət xərcinin İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinin likvid dəyəri 51000 (əlli bir min) manatın müəyyən olunması, tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilinə yönəldilmiş və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Budaqova (Rəhimova) Esmira Mövcud qızı, Məmmədova (Rəhimova) Kəmalə Mövcud qızı və Məmmədova (Rəhimova) Firuzə Mövcud qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsi xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 317.1, 317.2, 319.1, 385.1, 433.1, 448.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 41.1, 59.1, 59.3, 59.4-cü maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 02L000004640 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 002R********** saylı, xx.xx.2016-cı il tarixli kredit razılaşmasına əsasən Bank borcluya 24 ay müddətə 42650 manat məbləğində kredit vermişdir. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 002R**********S saylı, xx.xx.2017ci il tarixli 002R**********SA saylı, xx.xx.2018-ci il tarixli və 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bunun nəticəsində Cavabdeh1 İddiaçı QSC-yə 002R********** saylı xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə 30482.32 manat məbləğində borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində onun kredit borcundan cəmi 242,94 manat ödədiyini, 4407 manat kredit borcu qaldığını iddia etmişdir. Halbuki, o kredit müqaviləsi üzrə 31019,71 manat ümumi ödəniş etmişdir. Bunlardan 21840,02 manat əsas borc, 9179,69 manat isə faiz borcu olaraq hesablanmışdır. Onun cavabdehə qeyd edilən qədər borcu qalmamışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də, ekspertin rəyi ilə razı deyi, hesab edir ki, təkrar ekspertiza keçirilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17 saylı evin 34 saylı mənzilin likvid dəyəri 51000 manat təşkil edir. Sözügedən mənzilin dəyəri düzgün qiymətləndirilməmişdir.Belə ki, həmin ərazidə oxşar təmirli mənzillərin bazar dəyəri 65- 70000 manat arası təşkil edir. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə ətraflı araşdırma aparılmadn qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun vəkili Nümayəndə və digər Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni borcun və ipoteka məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: - 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. - 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə əlavə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/8683 nömrəli, 04 aprel 2022-ci il tarixli ekspertiza rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 006R********** saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli 002R**********S saylı, xx.xx.2017-ci il tarixli 002R**********SA saylı və xx.xx.2018-ci il tarixli 002R**********SB saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən edilir o cümlədən; xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə - 37982.32 ABŞ dolları, faiz borcu üzrə - 0.00 ABŞ dolları, xx.xx.2021-ci il tarixə ((maliyyə arayışı verilən tarixə) əsas borc üzrə - 30482.32 ABŞ dolları, faiz borcu üzrə - 0.00 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (qətnamə qəbul edilən tarix) əsas borc üzrə - 30482.32 ABŞ dolları, faiz borcu üzrə - 0.00 ABŞ dolları. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 01.11,2016-cı il tarixli 002R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit dövrü ərzində kredit ödənişinin gecikdirilməsinə görə bank tərəfindən Cavabdeh1 müqavilə üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəbdən hazırki tədqiqatla xx.xx.2016-cı il tarixli 002R********** saylı kredit razılaşması üzrə cərimə hesablanmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 9/5297 nömrəli, 15 avqust 2022-ci il tarixli ekspertiza rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 006R********** saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli 002R**********S saylı, xx.xx.2017-ci il tarixli 002R**********SA saylı və xx.xx.2018-ci il tarixli 002R**********SB saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən edilir o cümlədən; xx.xx.2019-cu il tarixə əsas borc üzrə - 37982.32 manat, faiz borcu üzrə - 0.00 manat, xx.xx.2021-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə - 30482.32 manat, faiz borcu üzrə - 0.00 manat, xx.xx.2021-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə - 30482.32 manat, faiz borcu üzrə - 0.00 manat. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 01.11,2016-cı il tarixli 002R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit dövrü ərzində kredit ödənişinin gecikdirilməsinə görə bank tərəfindən Cavabdeh1 müqavilə üzrə cərimə hesablanmamışdır. Göstərilən səbəbdən hazırki tədqiqatla xx.xx.2016-cı il tarixli 002R********** saylı kredit razılaşması üzrə cərimə hesablanmadı. Bundan başqa bildirilir ki, iş üzrə verilmiş sonuncu, xx.xx.2022-ci il tarixdə ekspert rəyində cavabdehin “manat” məzənnəsi ilə olan borcu texniki səhv nəticəsində “ABŞ dolları” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında xx.xx.2016-cı il kredit müqaviləsi və Sazişlər üzrə borcun həcminin müəyyən edilməsinə dair bir neçə sübut vardır. Bu sübutlardan biri, iddiaçı tərəfindən verilmiş maliyyə arayışı, digər sübutlar isə borcun hesablanması ilə bağlı 3 ədəd ekspertiza rəyidir. Məhkəmə kollegiyası sübutları iş materialları ilə birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan kredit müqaviləsi üzrə borcunun məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı borc məbləğinin düzgün hesablanmadığını, borcunun məbləğinin 10000 manat təşkil etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş və iş üzrə tədqiq edilmiş ekspert rəylərinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator şikayətində qətnamənin ləğv edilməли олмасынын digər səbəbi kimi “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin rəyi ilə razılaşmamasıdır. Apellyator həmin ərazidə oxşar təmirli mənzillərin bazar dəyəri 65-70000 manat arası təşkil etməsini göstərsə də, buna dair hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli mənzilin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı təyin etdiyi ekspertiza əsasında alınmış rəyin şübhə altına alınması üçün əsas yoxdur. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 400 (200+200) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(010)- 1445/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın dəyərini təşkil edən 400 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-603/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-603/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver