Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6030/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan sayğacdankənar istifadə nəticəsində vurulmuş zərərin əvəzinin və təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)- 2209/2025 nömrəli qətnaməsindən İddiaçı İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mülki işin materiallarında olan sənədlərdə iki abonent kodu qeyd olunub: **********00590 və **********00040 nömrəli kodlar. Abonentin saldolarından görünür ki, **********00590 nömrəli kod cavabdeh Pistəxanım Babayevaya aiddir, həmin kod Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən evə təyin olunub. **********00040 nömrəli digər kod isə başqa şəxsə - Rahib Babayevə aiddir, həmin kod ünvan 1-ə təyin olunub. 2.Təbii qazdan sayğacdankənar istifadə barədəİddiaçı İB-nin aktları Rahib Babayevə aid olan **********00040 nömrəli kod üzrə ünvan 1-ə münasibətdə tərtib edilib. Həmin aktlar və hesablanmış zərər, yəni itirilmiş qazın dəyəri aşağıdakı kimidir: 1) xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 885,6 manat; 2) xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 504 manat; 3) xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; 4) xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; 5) xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2.008,80 manat; 6) xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2.427,84 manat; 7) xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1.088,64 manat; 8) xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; 9) xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; 10) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; 11) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; 12) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; 13) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; 14) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat; 15) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat; 16) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 181,44 manat; 17) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 246,24 manat; 18) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 274,32 manat; 19) xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; 20) xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; 21) xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 488,16 manat; 22) xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 181,44 manat; 23) xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 274,10 manat. 3.Aktlar üzrə ümumi məbləğ 16.271,78 manat təşkil edir. 4.Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyi Bakı filialı rəisinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN №1276586 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında sayğacdankənar qaz paylayıcı şəbəkəyə qoşulmaqla 274,1 manat məbləğində təbii qazı taladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilib. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, **********00040 nömrəli abonent kodu üzrə ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 16.271,78 manat, həmin ünvanda təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borc kimi 277,69 manat Cavabdeh tutularaq İddiaçı İB-nə verilsin. 6.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 8.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Təbii qazdan sayğacdankənar istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 16.271,78 manat tutulması barədə tələbə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təbii qazdan sayğacdankənar istifadəyə görə İddiaçı İB-nin tərtib etdiyi aktların hamısı başqa şəxsin - Rahib Babayevin barəsində tərtib edilib, həmin aktlarda istehlakçı kimi Rahib Babayev göstərilib, habelə aktlarda göstərilən **********00040 nömrəli abonent kodu Rahib Babayevin adına qeydə alınıb. Bundan başqa, hazırkı işdə ünvan 1-də qazdan sayğacdankənar istifadəyə görə pul tələb olunur. Püxtəxanım Babayevanın adına qeyd alınmış **********00590 nömrəli abonent kodu başqa ünvana - Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən evə aiddir (iş v. 28). Göründüyü kimi, başqa şəxsin adına tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ (itirilmiş qazın dəyəri) Cavabdeh tələb olunur. İddiaçı İB iddia ərizəsində və apellyasiya şikayətində bunun səbəbini açıqlamayıb, o cümlədən İddiaçı İB-nin nümayəndəsi birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə iclaslarına gəlməyib, başqa şəxsin adına tərtib edilmiş aktlar əsasında Cavabdeh pul tələb edilməsinin səbəbi barədə məhkəməyə izahat verməyib. Cavabdeh sayğacdankənar qazpaylayıcı şəbəkəyə qoşulmaqla təbii qazın talanmasına görə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar isə iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Cavabdeh başqa şəxsin barəsində tərtib edilmiş akta əsasən inzibati məsuliyyətə cəlb edilib. Həmin qərarın məzmunundan görünür ki, qərar xx.xx.2024-cü il tarixdə aşkar olunmuş talama faktına əsaslanır (iş v. 191). İddiaçı İB-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, həmin akt Cavabdeh deyil, Rahib Babayevin barəsində tərtib olunub (iş v. 193). Göründüyü kimi, Cavabdeh təbii qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut təqdim edilməyib. 10.Təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borc kimi 277,69 manat tutulması barədə tələbə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirib ki, həmin borc 2021-ci ildən sonra sayğac üzrə sərfiyyatdır və bu məbləğin tərkibinə göstərilənlər aiddir: 20,10 manat + 83,70 manat + 21,20 manat + 15 manat + 137,69 manat = 277,69 manat. İş materiallarından görünür ki, qeyd edilən borcun əks olunduğu abonentin saldosu Rahib Babayevin adınadır (iş v. 177). 11.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-2209/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6030/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6030/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver