Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6031/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9966/2014 saylı işi üzrə 04 dekabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9966/2014 saylı işi üzrə 04 dekabr 2014-cü il tarixli qətnaməsi 24.12.2014-cü il tarixində tərəfə göndərilmiş (səh.57), məktub Cavabdeh3 apellyasiya şikayətində qeyd olunmuş ünvanına göndərilməsinə baxmayaraq, evdə yoxdur qeydi ilə geri qayıtmış (səh.56,57,59), qanuni qüvvəsini almış və 07.01.2015-ci il tarixində icraya yönəldilmiş (səh.60-67), 05.05.2021-ci tarixdə aldığı qətnamədən (müddətin bərpasına dair ərizə vermədən) 06.05.2021-ci il tarixində şikayət vermişdir (səh 72-73). Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi korrespondensiyanın göndərilməsi üzrə vəzifələrini yerinə yetirmiş və qətnaməni cavabdehin müraciətlərində qeyd etdiyi ünvana göndərmişdir. Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddətin ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, icraya yönəlmiş (qanuni qüvvəsini almış) icra sənədindən şikayət verilərkən iş üzrə belə müraciət mövcud olmamışdır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9966/2014 saylı işi üzrə 04 dekabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6031/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6031/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver