Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6034/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1268/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 09 saylı, 25 sentyabr 2007-ci il tarixli Protokoldan çıxarışdan və “Torpaqların alqı-satqısına dair” 25 sentyabr 2007-ci il tarixli aktdan aydın olur ki, qeyd edilən evin yerləşdiyi 200 m2 torpaq sahəsi Cavabdeh adına ayrılmışdır.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 2732/2018 nömrəli qətnaməsi ilə tərəflərin yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün X10 Cavabdeh xeyrinə cəmi 308 manat alimentin tutulması qət edilmişdir.
3. X25 ilə Cavabdeh faktiki ailə münasibətləri dövründə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində özbaşına tikili inşa edilmişdir.
4. Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsinin və üzərindəki 80 m2 tikintidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) 2017-ci ildən Cavabdeh övladları X26 və İddiaçı ilə birlikdə yaşayırlar; Cavabdeh bələdiyyədə 2017-ci ildən X1 Sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
5. İşdə olan kommunal bildirişlər; sayğacların quraşdırılma protokolları, qaz sayğaıcının istismara qəbulu haqqında Aktdan aydın olur ki, cavabeh Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsində inşa edilmiş 80 m2 özbaşına tikilidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) yaşayır, qaz, işıq və s. kommunal xidmətlər onun adınadır və o, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
6. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) 170 m2 torpaq sahəsinin üzərindəki 80 m2 özbaşına tikilinin tikintisinə 2017-ci il üçün nə qədər vəsait sərf etdiyini müəyyən etmək üçün əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli hesabatına əsasən tikiliyə çəkilmiş vəsait 19,060,38 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47,500 manat məbləğində borc pulun, eləcə də 240 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gürcüstan Respublikasının vətəndaşı olaraq onlar (o, həyat yoldaşı və iki oğlu ilǝ birlikdə) 2001-ci ildə Azərbaycan Respblikasına köçdülər və burada əvvəla müxtəlif yerlərdə kirayadədə yaşadılar. Sonra, 2004-cü ildə o ailəsi üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Yeri Yaşayış massivində 5 otaqlı fərdi yaşayış evi tikmişdi. xx.xx.2012-ci il tarixdə oğlu X25 cavabdeh (xalası qızı) Cavabdeh Sadiq qızı ilə nigahsız ailə qurdu və onun tikdiyi həmin fərdi yaşayış evində, onlarla və qardaşı X31, eləcə də, onun ailəsi ilə birlikdə, yaşamağa başlamışdılar. xx.xx.2013-cü ildə oğlu Zöhrab Poladovun Cavabdeh oğlu Niad Poladov və xx.xx.2015-ci ildə oğlu İddiaçı anadan oldular. Bir müddət keçəndən sonra, Cavabdeh onlarla birgə yaşamaq istəmədi və anası X2 təkidi ilə ayrıca yaşamaq üçün ona ev tikməyi ondan qətiyyətlə tələb etdi. Onun və anası X2 onlara göstərdiyi bu qəti tələbinə görə, o məcbur olub həmin evi 35.000 (otuz beş min) manata satdı. Onlar Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə həmin evin kommunal (işıq, qazı və su) xərcləri bizim adına deyil, Cavabdeh adına olduğuna görə, alqı-satqı müqaviləsi zamanı razılıq vermək üçün, onların hər ikisinin tələbi ilə, o Cavabdeh 17.500 (on yeddi min beş yüz) manat pul (yəni evin yarı məbləğini) verdi. Bundan əlavə, cavabdehǝ ayrıca yaşamaq üçün Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvandan 10.000 (on min) manat nağdı pula təxminən 2 sot torpaq sahəsi əldə etdi və orada, 20.000 (iyirmi min) manat vəsait xərcləyərək, ümumlikdə 90,2 kv.metr sahədən ibarət olan, 1 mərtəbəli fərdi yaşayış evi tikdi və yaşamaq üçün hazır vəziyyətdə olan həmin evə oğlunu və cavabdehi yerləşdirdi. Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə, bu evi də, o öz adıma özəlləşdirə bilməmişdi. Sahiblik hüququ ilə ona məxsus olan həmin evdə, oğlu Zöhrab Poladov və Cavabdeh ilə bir müddət yaşadıqdan sonra, onların münasibətləri pozulmuş və oğlunun Cavabdeh ilə birgə yaşamağı mümkün olmamışdır. Bu səbəbdən oğlu X29 Respublikasına geri qayıtmağa məcbur olmuşdur. Lakin, onun və oğlu Asif Poladov tərəfindən, Zörab Poladovun övladlarına daimi olaraq diqqət yetirilmiş və onların yeməkləri və geyimləri təmin olunmuşdur. Bunlardan başqa, 6 nəfər qonşularının və Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin rəsmi nümayəndələrinin iştirakı ilə, Cavabdeh, onun anası Təbrik Babayeva və onun arasında, oğlunun uşaqlara verəcək aliment əvəzinə, həmin evin Cavabdeh birdəfəlik verilməsinə (əvəz edilməsinə) dair, razılıq əldə edilmiş və bu barədə rəsmi saziş bağlanmışdır. Bildirir ki, bu razılıq (saziş) Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən tərtib və təsdiq, eləcə də, 6 nəfər qonşuların imzası ilə təsdiq olunmuşdur. (Həmin Sazişin surəti əlavə dilir). Lakin, buna baxmayaraq, sonra Cavabdeh Sadiq qızı bizi aldatmış və üzərinə götürdüyü həmin öhdəliyi pozmuşdur. Uşaqların saxlanılması üçün oğlum Zöhrab Poladova qarşı aliment tələbi üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh tərəfindən oğlu Zöhrab Poladova qarşı verdiyi əsassız şikayətlərinə görə, Qaradağ Rayon İcra Şöbəsi tərəfindən oğlu Zöhrab Poladov barəsində heç bir əsas olmadan ədalətsiz xəbərdarlıq edilmiş, hətta, alimentin ödǝdiyi halda barəsində cinayət işi başlamaq üçün qanunsuz olaraq təqdimat da, verilmişdir. Beləliklə, onu aldadan Cavabdeh, ondan əvvəla 17.500 manat pulunu, sonra, 10.000 əldə etdiyi torpağı və orada 20.000 manata tikdiyi evi və ümumillikdə 47.500 manat dəyərində vəsaitimi ələ keçirmişdir. Göründüyü kimi, ondan hər ay aliment üzrə 508 manat pul alan, bundan əlavə, özünün əmək haqqını alan və uşaqlara verilən sosial yardımı əldə edən Cavabdeh, həmin aliment üzrə yaranmış borcun əvəzinə onunla razılaşdığı sazişi və üzərinə ötürdüyü öhdəliyi də ciddi pozmuş və onun tikdiyi həmin evi də ələ keçirtmişdir. O isə, hazırda övladları ilə 7 nəfər olmaqla, kirayədə yaşayır və oğlunun hər ay cavabdehǝ 508 manat alimentini ödəmək üçün, məcbur olub fərdi əmək fəaliyyəti (dülgərlik) ilə məşqul olur. Belə ki, Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən 27 may 2024-cü il tarixdə tərtib olunmuş və 6 nəfər şəxslər tərəfindən imzalanmış aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvanda yerləşən fərdi yaşayış evinin o- idddiaçı İddiaçı tərəfindən tikildiyi göstərilmişdir. Eləcə də, əvvəla tərəfindən oradan torpaq sahəsi əldə edildiyi, sonra orada bünövrə töküldüyü, evin tikildiyi, dam örtüyün qoyulub yaşamaq üçün evin hazır vəziyyətdə gətirildiyi göstərilmişdir. Eyni zamanda, həmin evin yalnız daxili görüntüsünün və torpağın hasarının X6 tərəfindən təmin edilməsi bildirilmişdir. (Həmin aktın sürəti əlavə edilir). Bundan başqa, Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən tərtib olunmuş və 6 nəfər tərəfindən imza edilərək verilmiş digər aktdan da, görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvanda o - İddiaçı tərəfindən əvvəl nəğd pula torpaq sahəsinin edildiyi, sonra həmin fərdi yaşayış evin tərəfimdən tikildiyi və yaşamaq üçün hazırda vəziyyətə gətirilərək, onun Cavabdeh Sadiq qızına verildiyi, eləcə də, sonar həmin evin oğlu Zöhrab Poladovun aliment üzrə yaranmış borcla əvəz edilməsi barədə, onun və Cavabdeh arasında razılığa gəlməsi, göstərilmişdir. (Bu aktın da sürəti əlavə edilir). Bunlardan başqa, iddia ərizəsində qeyd olunmuş tələbini təsdiq edən halların hamısı- 6 nəfər qonşuların (X19, X7, X27, X12, X13, X8) məhkəməyə göndərdiyi yazılı izahatlarında göstərilmiş və öz əksini tapmışdır. (Həmin izahatların sürəti də əlavə edilir). Bundan başqa, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-966/2024 saylı həmin qətnaməsindən görünür ki, cavabdehin anası X6, ona məxsus olan 35000 manata satdığı həmin evdən, 17.500 manat ondan pul aldığını etiraf etmişdir.
9. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsasszdır və təmin edilə bilməz. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.072024-cü il tarixli, 2(002)-966/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.072024-cü il tarixli, 2(002)- 966/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin saylı qətnaməsi dəyişdirilmədən xx.xx.2024-cü il tarixli, 2(002)-966/2024 saxlanılmışdır. Bu məhkəmə aktlar ilə iddiaçının istinad etdiyi dəlllərin əsassızlığı müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəf onun aliment məbləğindən imtina etmədiyinə görə hazırkı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin evin kimin tərəfindən inşa olunması barədə Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsində müvafiq olaraq məlumat olmasa da, 2017-ci ildən həmin fərdi yaşayış evində Cavabdeh, İddiaçı və X17 yaşamaları aşkar edilmiş, qeyd edilən evin qaz sayğacı Cavabdeh adına quraşdırılmış və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmış, bir sözlə, İddiaçı həmin evin tikintisi üçün nə Cavabdeh, nə də X4 öz vəsaiti hesabına pul verməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Bundan başqa, X6 mübahisəli evi özü tikmiş, İddiaçı ona məxsus evi 34.000 manata satmış, pulunu Təbrikə vermişdir. Evi isə 17.000 manata tikilib. Torpaq sahəsi isə ona məxsus olmuşdur. İddiaçı tərəfindən ona hər hansı pul vəsaiti ödənilməmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1268/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim X28).
11. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhər Qaradağ rayonu, Müşfiqabad qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 09 saylı, 25 sentyabr 2007-ci il tarixli Protokoldan çıxarışdan və “Torpaqların alqı-satqısına dair” 25 sentyabr 2007-ci il tarixli aktdan aydın olur ki, qeyd edilən evin yerləşdiyi 200 m2 torpaq sahəsi Cavabdeh adına ayrılmışdır. Belə olan hada, məhkəmə, həmin məbləğin tələb edilməsinin qanuni və ya müqavilə əsasını müəyyən edilməmiş hesab edir. İddiaçının tələbinin 10.000 manatla bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin məbləği cavabdehin hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsinin almaq üçün xərclədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı həmin məbləği Təbrik Babayevaya verdiyini bildirsə də, iddia tələbində onu cavabdeh kimi göstərməmiş, pul tələbini 17,500 manata aid hissədə iddiaya cavab verməli olmayan şəxsdən tələb etmişdir. İddiaçının Cavabdeh hazırda övladları ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) inşasına müəyyən vəsait xərcləməsi sübut olunur. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli ev iddiaçının oğlu Zöhrab Poladov ilə Cavabdeh birgə yaşaması üçün tikilmişdir. Bunu ilk növbədə iddiaçı, iddiaçının vəkili və nümayəndəsi və iddiaçı tərəfindən dəvət edilmiş şahidlər özləri ifadələrində bildirmişlər. Belə ki, iddiaçı tərəf məhkəmədə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini özü üçün deyil, oğlu və gəlinin birgə yaşaması üçün tikdiyini bildirmişdir. Tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının oğlu Zöhrab Poladov və cavabdeh Kəmalə Bababyevanın və onların övladları Ədalət və Niadın birgə yaşamaları üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq, gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənmişdir. İş üzrə tədqiq edilmiş sübutlara əsasən iddiaçının oğlunun gəlini ilə birgə yaşamaları üçün fərdi yaşayış evinin tikintisinə xərclədiyi vəsaitin, o cümlədən aldığı materialın gələcəkdə qaytarmaq şərti ilə tikintiyə sərf etməsi halı sübut edilməmişdir. İddiaçının sonradan oğlu və gəlini arasındakı ailə münasibətlərinin pozulması, cavabdehin iddiaçının aliment tələb etməsi, həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz. İddiaçı hazırkı iş üzrə daşınmaz əmlak və ya həmin əmlaka olan hüquqları hədiyyə etməmiş, müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləməklə, həmin vəsait oğlunun və gəlininin birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclərdir. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməlmişdir, eyni zamanda bağışlamadan imtina indiki iddianın predmeti deyildir. İddia tələbi 20.000 manat pulun cavabdehdən tutulması hissəsində də əsassızdır.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 135.1-ci, 144.1-ci, 666.1-ci, 666.2-ci, 673.1-ci, 673.2-ci, 673.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 14.2-ci, 76.1-ci, 77.1-ci, 88-ci, 106.1-ci,107-ci, 119.1-ci, 217.4cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 3.1-ci, 5.4-cü, 5.5-ci, 5.6-cı, 5.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Qaradağ rayon məhkəməsi iddiaçının Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə, əvvəla 2004-cü ildə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Yeni Yaşayış massivində ailəsi üçün tikdiyi 5 otaqlı fərdi yaşayış evin Müşfiqabad qəsəbə Bələdiyyəsindən öz adına ala bilməməsi, həmin vaxtı nigahsız gəlini olmuş Cavabdeh adına sənəd əldə edilməsini göstərmiş, eləcə də, 2017-ci ildə bu evini satıb əldə etdiyi pula iddiaçı tərəfindən Maşfiqabad qəsəbəsi, 320 nömrəli orta məktəbin yaxınlığında tikdiyi 90,2 kv.metr sahədən ibarət olan həmin evdə kommunal (su,qaz və elektrik enerjisi üzrə) ödəmələrin iddiaçının Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə, öz adına deyil, Cavabdeh adına olmasını əsas götürmüşdür. Bunlardan başqa, məhkəmə bu qətnaməni qəbul edərkən, belə nəticəyə gəlmişdir ki, güya İddiaçı həmin evi oğlu Zöhrab Poladovla nigahsız yaşayan Cavabdeh hədiyə vermişdir. Məhkəmənin göstərdiyi bu hallar həqiqətə uyğun deyildir. Bilə-bilə qanunsuz və ədalətsiz qəbul etdiyi həmin qətnaməni əsaslı göstərməyə çalışan Qaradağ rayon məhkəməsi, bağışlama müqaviləsi haqqında Azərbaycan Respublikası MM-nin 666.1 və 666.2-ci maddələrinə və baxışlamaqdan imtina haqqında MM-nin 673-cü maddəsinə, eləcə də, onların aralarında nigah olmadığı halda, Azərbaycan Respublikaslı Ali Məhkəməsi Plenumunun “Ər-arva-dın ümumi əmlakının bölünməsi ilə bağlımübahisələrdə qanunvericiliyin tətbiqi təcrubəsi haqqında” xx.xx.2024cü il tarix-li Qərarına, daha sonra isə, hazırki mübahisəyə heç bir aidiyyatı olmayan, E.Salmanovanın şikayəti üzrə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddəsinin şərh edilməsinə dair” 28 dekabr 2023-cü il tarixli Qərarına da, əsassız olaraq istinad etmişdir. Bunlardan başqa, obsurd yaradan fakt (hall) odur ki, həmin evin tikilməsindən ötrü iddiaçının xərçlədiyi 47.500 manat iddia tələbini əsassız göstərməyə çalışan Qaradağ rayon məhkəməsi, bu pulun güya iddiaçı təfəfindən cavabdehə hədiyə kimi verdiyini güya iddiaçının, onun vəkilinin və məhkəməyə dəvət olunmuş şahidlərin məhkəmədə bildirdikləri barədə həqiqətə uyğun olmayan (qara yalan) fikirlər də, qətnaməsində bir neçə dəfə göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut növləri kimi təqdim olunmuş 1)12 nəfər şahid (məlumatı olan və evi tikən qonşuların) ifadələrindən, eləcə də, 2) işdə olan Qaradağ rayon Müşfiqabad qəsəbə Bələdiyyəsi və İcra Nümayəndəsinin verdiyi 3 ədəd rəsmi sənədlərdən (aktlardan), habelə, 3) Qaradağ RPİ-nin 10-cu PB-də aparılmış araşdırma materiallarından və 4) digər mötəbər, çoxsaylı sübutlardan) açıq- aşkar görünür ki, iş üzrə mübahisə predmeti olan həmin evi tikmək üçün torpaq sahəsini iddiaçı 10 min manat nağdı puluna əldə etmiş və orada 20 min manat (cəmi 47.500 manat) xərçləyərək məhz onun tərəfindən həmin ev tikilmişdir. Bu faktı təsdiq edən 5 nəfər qonşuların iştirakı ilə (X11, X20, X18, X5, hətta, həmin vaxtı Müşfiqabad qəsəbə Bələdiyyəsində sədr vəzifəsində işləmiş X14 tərtib etdiyi rəsmi aktda, eləcə də, onlar tərəfindən, Bakı Apellyasiya və Ali Məhkəməsinə göndərdiyiu yazılı izahatlarında göstərmişlər ki, Müşfiqabad qəsəbə Bələdiyyəsindən 12 oktyabr 2007-ci il tarixdə verilmiş Müşfiqabad qəsəbə Bələdiyyəsinin 09 sentyabr 2007-ci il tarixli protokolundan edilmiş çıxarış üzrə Cavabdeh adına ayrılmış 200 kv.metr torpaq sahəsi faktiki olaraq onun qaynatası İddiaçı məxsus olmuş və İddiaçı tərəfindən də, həmin torpaq sahəsində 2004-cü ildə ailəsi üçün 5 otaqdan ibarət olan 1 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Daha sonra həmin sənədlərdə göstərilmişdir ki, İddiaçı Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə,həmin torpaq sahəsini o, həmin vaxtı oğlu Zöhrab Poladov ilə nigahsız yaşayan Cavabdeh adına Müşfiqabad qəsəbə Bələdiyyəsinin sədri X9 almış və 256 manat məbləğində dövlət rüsümünü də, Bələdiyəyə onun özü ödəmişdir. Bunlardan başqa, 6 nəfər iddiaçının digər qonşuların və Qaradağ rayon Müşfiqabad qəsəbə Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə, Cavabdeh, onun anası Təbrik Babayeva və İddiaçı arasında, aliment əvəzinə həmin evin birdəfəlik cavabdehə verilməsinə dair, razılıq əldə edilmiş və bu barədə rəsmi saziş bağlanmışdır. Bu razılıq (saziş) Qaradağ rayon Müşfiqabad qəsəbə Bələdiyyəsi tərəfindən tərtib və təsdiq olunmuşdur. (Həmin Sazişin sürəti də, əlavə edilir). Daha sonra, həmin aktda göstərilmişdir ki, “lakin, buna baxmayaraq, Cavabdeh həmin sazişi və üzərinə götürdüyü öhdəlikləri pozmuş, iddiaçının oğlu X23 Respublikasında qaldığından sui-istifadə edərək, uşaqların saxlanılması üçün ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə izahat vermək üçün məhkəməyə gəlmiş, lakin hakim Gülnar Aslanova tərəfindən bilərəkdən izahatları alınmamış, həmin evin cavabdeh tərəfindən deyil, məhz iddiaçı tərəfindən tikilməsini göstərən (təsdiq edən) şahidlər: X12, X7, X3, X15 və X21 25.07. 2025-ci il tarixdə rəsmi qaydada məhkəmənin dəftərxanasına təqdim olunmuş məhkləməyə göndərdikləri yazılı izahatlarını (eləcə də, növbəti məhkəmə iclasında onların məhkəmədə izahatlarının alınması barədə ərizələrini də) məhkəmə tərəfindən işə əlavə edilməmişdir. Məhkəmə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məhkəmə iclasların da iş üzrə iddiaçının iddia tələbini təsdiq edən (yəni iş üzrə mübahisə predmeti olan həmin evin cavabdeh tərəfindən deyil, məhz iddiaçı tərəfindən tikilməsini bildirən) şahidlərə, eləcə də,iddiaçının qanuni nümayəndəsi olan (qardaşı Tofiq Ağacanova) sərbəst çıxış etmək imkanı verməmiş, onların dinləmə hüquqları ciddi pozulmuşdur. Çoxsaylı, möhtəbər sübutlar və dəlillər, iş üzrə mübahisə predmeti olan həmin evin cavabdeh tərəfindən deyil, məhz iddiaçı tərəfindən öz 10 min manat məbləğində nağdı puluna oradan torpaq sahəsi əldə etdiyini və orada 20 min manat nağdı puluna (ümumi 47.500 manat dəyərində xərçlədiyi puluna) həmin evin tikdiyini təsdiq edir. Bu sübutlarıməhkəmə iclaslarında araşdırmaq, tədqiq etmək və onlara düzgün hüquqi qiymət vermək əvəzinə, işə məhkəmə sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) bilərəkdən yayınmış, ədalət mühakiməsinin əsas prinsiplərini və tələblərini təmin etməmiş, yuxarıda göstərdikləri ciddi prosessual qanun pozuntularına yol vermiş, eləcə də, yol verdiyi bu pozuntuları ört-basdır etmək məqsədilə məhkəmə iclas protokollarını açıq-aşkar saxtalaşdırmış və iş üzrə bilə-bilə qanunsuz və ədalətsiz qərardadlar və qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
16. İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Hazırki işin faktiki hallarına əsasən iddiaçının oğlu X25 ilə Cavabdeh 2012-2018ci illər ərzində faktiki nikah münasibətində olublar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 nömrəli qətnaməsi ilə tərəflərin yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün X10 Cavabdeh xeyrinə cəmi 308 manat alimentin tutulması qət edilmişdir. X25 ilə Cavabdeh faktiki ailə münasibətləri dövründə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində özbaşına tikili inşa edilmişdir. Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsinin və üzərindəki 80 m2 tikintidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) 2017-ci ildən Cavabdeh övladları X26 və İddiaçı ilə birlikdə yaşayırlar; Cavabdeh bələdiyyədə 2017-ci ildən X1 Sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İşdə olan kommunal bildirişlər; sayğacların quraşdırılma protokolları, qaz sayğaıcının istismara qəbulu haqqında Aktdan aydın olur ki, cavabeh Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsində inşa edilmiş 80 m2 özbaşına tikilidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) yaşayır, qaz, işıq və s. kommunal xidmətlər onun adınadır və o, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
25. Hazırda iddiaçı cavabdehin onun ümumilikdə 47,500 (17,500+10,000+20,000) manat pulunu ələ keçirdiyinə, ilk olaraq, Müşfiqabad rayonu ərazisində başqa bir evin alqısatqısından əldə edilən pulun yarısının 17.500 manatının cavabdehin anasına verdiyinə, 10.000 manata cavabdehin hazırda yaşadığı evin yerləşdiyi torpağını aldığını və 20.000 manatının isə həmin evin tikintisi üçün xərclədiyinə əsaslanaraq həmin pulları cavabdehdən tələb edir.
26. Cavabdeh isə iddiaya etiraz olaraq bildirir ki, 17.500 manat Müşfiqabad qəsəbəsindən olan, 5 otaqlı evin satışından əldə edilmiş 35.000 manatın yarısıdır. Həmin pulu İddiaçı Cavabdeh deyil, onun anası Təbrik Babayevaya verib (bunu məhkəmə kollegiyasının iclasında da Təbrik Babayeva cavabdehin (anası) nümayənsi kimi qəbul etmişdir. Lakin satılan ev elə cavabdehə məxsus olduğundan həmin pul da ona məxsus olmuşdur. Cavabdehin nümayəndəsi cavabdehin yaşadığı evin torpağına iddiaçı tərəfindən 10.000 manat və evin tikintisinə 20.000 manat xərcləndiyini isə qəbul etmir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 10.000 manatla bağlı hissəsinə dair gəldiyi nəticəylə razılaşır. Belə ki, iddiaçı həmin məbləği cavabdehin hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsini almaq üçün xərclədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları təqdim etməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və iddiaçı bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. İddia tələbinin 17500 manat olan hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin pulu İddiaçı Cavabdeh deyil, onun anası Təbrik Babayevaya verdiyindən iddia tələbində onu cavabdeh kimi göstərməmiş, əksinə pul tələbini 17,500 manata aid hissədə iddiaya cavab verməli olmayan şəxsdən tələb etmişdir.
29. Məhkəmə kollegiyası iddia tələbinin 20.000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin inşasına müəyyən vəsait xərcləməsi sübut olunsa da, iddiaçı həmin vəsaiti cavabdehlə faktiki nikahda olan (faktiki nikahdan iki övladları (iddiaçının nəvələri var) ) oğluna tikib verdiyini bildirmişdir. Yəni, münasibətlərin yaxşı olduğu vaxt həmin tikintiyə qoyduğu vəsaiti oğluna bağışlamaqla faktiki nikah münasibətlərində olan arvadı və nəvələrinin yaşaması üçün etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, nikahın rəsmi qaydada qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmin özbaşına tikilini oğlu və ailəsinin birlikdə yaşaması üçün etdiyini və onların sahibliyinə verdiyi müəyyən edilir. Yəni, rəsmi nikah münasibətlərinin olmamasına əsaslanaraq ailəyə hədiyyyə kimi qəbul edilməsə belə, məhkəmə kollegiyası tikintini, ora qoyulmuş vəsaitin oğluna bağışlamasını hədiyyə kimi qəbul edir. İş üzrə sübutlarla həmin vəsaitin borc, öhdəlik, geri qaytarmaq şərti ilə verilməsi təsdiq edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, həmin qoyulmuş vəsaitə münasibətdə də pulun tələb edilməsi hüququ da hazırki halda iddiaçıya yox oğluna məxsus ola bilər. Qeyd edilənlər nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi əsaslı hesab ediləməməlidir.
30. Qeyd edilənlərdən əlavə kollegiya iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibətdə vurğulayır ki, Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı vəziyyətdə isə iddiaçı həmin ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər hansı səbəbdən təqdim edə bilmədiyini əsaslandıra bilməmiş və irəli sürdüyü səbəblər isə əsaslı olmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə qəbul edilə bilməz.
31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdehdən tutulmaması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş qiymətləndirmə rəyinə görə mütəxəssis xərci kimi 450 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
33. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil2 İddiaçı göstərdiyi hüquqi yardımla bağlı 50 (əlli) saata görə, hər saatı üçün (50 saat X 11 manat) 11 manat hesabı ilə cəmi 550 (beş yüz əlli) manat dövlət büdcəsi hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1268/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinə görə mütəxəssis xərci kimi 450 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (AZ85ACAB********************) ödənilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil2 İddiaçı göstərdiyi hüquqi yardımla bağlı 50 (əlli) saata görə, hər saatı üçün (50 saat X 11 manat) 11 manat hesabı ilə cəmi 550 (beş yüz əlli) manat dövlət büdcəsi hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.