Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6037/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-78/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə saziş № 1-dən görünür ki, 10.230,31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir. Əlavə sazişin 1.1.-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restruktizasiya edilmiş kredit) 14.664,37 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 11.072,19 USD əsas, 3592,18 USD faiz borcu təşkil edir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı ödəniş cədvəlinə əsasən, Cavabdeh 11.072,19 ABŞ dolları məbləğində krediti 48 ay müddətində, hər ay 142 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: – cəmi borcu 20.495,41 ABŞ dolları – bundan 10.559,83 ABŞ dolları əsas, 3.169,77 ABŞ dolları faiz, 5.259,06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 1.506,75 ABŞ dolları. LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixinə LPO Banka 10.559,83 ABŞ dolları məbləğində əsas borc, 3.169,77 ABŞ dolları məbləğində faiz borcu, 5259.06 ABŞ dolları məbləğində cərimə borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1.465,59 ABŞ dolları faiz məbləği, ümumilikdə isə 20.454,25 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 20.454,25 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsi ondan tələb olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 20.495,41 (iyirmi min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları – bundan 10.559,83 (on min beş yüz əlli doqquz ABŞ dolları 83 sent) ABŞ dolları əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 5.259,06 (beş min iki yüz əlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194,53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış * * * * * * * * * nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 20.495,41 (iyirmi min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları təşkil edir. Bundan 10.559,83 (on min beş yüz əlli doqquz ABŞ dolları 83 sent) ABŞ dolları əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 5.259,06 (beş min iki yüz əlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbinə əsasən cəmi borc 20.495,41 (iyirm min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları - bundan 10.559,83 (on min beş yüz elli doqquz ABŞ dolları BTsonT) ABŞ dollar əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dollar faiz, 5.259,06 (beş min iki yüz ǝiii doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il) tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194.53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur. Halbuki, iddiaçı iddia müddətlərini ötürmüş, bu azmış kimi borc məbləğini də süni surətdə şişirdərək məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukurturizasiya edilmiş kredit) 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Tərəfindən ödənişlər vaxtında edilsə də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra o, banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Belə ki, dəfələrlə banka getsə də ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. Odur ki, iddiaçının guya ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. 22 dekabr 2017-ci il tarixində bankın ləğvini bilsədə ona verilmiş kredit barədə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nəzərdə tutulan tədbirləri görməməklə kobud pozuntulara yol vermişdir. Buna baxmayaraq, beş il sonra məhkəməyə müraciət edərək iddia müddətini ötürmüş və borc məbləğini süni surətdə, qanunsuz olaraq 5.259,06 (beş min iki yüz ǝlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları şişirtmiş, cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il) tarixli Plenum qərarına əsasən 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dollarını müqavilədə nəzərdə tutulmayan əlavə faiz borcu kimi hesablamışdır. Odur ki, hesab edir sözü gedən faiz və cərimə qanunsuz hesablanmışdır. Bundan başqa iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borc məbləğini də süni sişirtmişdir. Odur ki, hesab edir borc məbləğinin faiz və cərimə də daxil olmaqla düzgünlüyünün yoxlanması üçün müvafiq ekspertiza təyin edilməlidir. Həmçinin hazırkı iddia tələbinə iddia müddətləri tətbiq edilməklə iddia ərizəsi rədd edilməlidir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinə əsasən cəmi borc 20.495,41 (iyirmi min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları – bundan 10.559,83 (on min beş yüz əlli doqquz ABŞ dolları 83 sent) ABŞ dollar əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dollar faiz, 5.259,06 (beş min iki yüz ǝlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il) tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194.53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur. Halbuki, iddiaçı iddia müddətlərini ötürmüş, bu azmış kimi borc məbləğini də süni surətdə şişirdərək məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehǝ şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalıği (bundan sonra restrukturizasiya edilmiş kredit) 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Tərəfindən ödənişlər vaxtında edilsə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra o, banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Belə ki, dəfələrlə banka getsə də ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. Odur ki, iddiaçının guya ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. Buna baxmayaraq, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 22 dekabr 2017-ci il tarixdə bankın ləğvini bilsədə ona verilmiş kredit barədə qanunda nəzərdə tutulan tədbirləri görməməklə iddia müddətini ötürmüş və yalnız beş il sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-78/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10.415,88 ABŞ dolları əsas, 2.685,37 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.413,38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14.714,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul vəsaitinin və 165.04 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin ödənilmiş tələblərə uyğun, 30 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 70 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik olmaqla, onlar arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının öhdəliklərin icrası ilə bağlı iddia irəli sürmək barədə subyektiv hüququnun mövcud olması aşkardır. İşin mübahisəsiz hallarına görə, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı əlavə saziş № 1 ilə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10.230.31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. İddia tələbi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən 3 illik iddia müddəti (xx.xx.2021xx.xx.2024-ci il) ötürülməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən o, kreditor qarşısında məsuliyyət daşıyır. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışnda cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimi göstərilmişdir: - cəmi borcu 20495.41 ABŞ dolları- bundan 10559.83 ABŞ dolları əsas, 3169.77 ABŞ dolları faiz, 5259.06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 1.506.75 ABŞ dolları. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8119 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlar və tərəflər arasında bağlanmış 21 iyul 2017-ci il tarixli, 2 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitdiyi tarixə yəni xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 10.415.88 ABŞ dollar, faiz borcu üzrə 2.685.37 ABŞ dolları. Pretenziya məktubunun göndərildiyi tarixə yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10.415.88 ABŞ dolları, faiz borcu üzrə 2.685.37 ABŞ dolları, faiz borcu 5% ilə 1.413.38 ABŞ dolları. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10.415.88 ABŞ dolları, faiz borcu üzrə 2.685.37 ABŞ dolları, faiz borcu 5 faiz ilə 1.445.21 ABŞ dolları. Belə olan halda məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd etmişdir ki, iddia tələbi əsas borc 10.415.88 ABŞ dolları, faiz borcu 2.685.37 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5 %) 1.413.38 ABŞ dolları hesab edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə (5259.06 ABŞ dolları) ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmışdır. Lakin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə hesab etmişdir ki, cərimə borcunun məbləği (5259.06 ABŞ dolları) ədalətli olmamaqla iddia tələbi cərimə borcunun tutulması hissəsində 200 ABŞ dolları həddində olmaqla qismən təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni həll edən məhkəmə iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq ödənilmiş 194.53 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 165.04 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə isə iddiaçıya aid edilməsi, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin apardığı, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat hissəsinin iddiaçıdan, 70 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 424.2, 424.3, 432.4, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448, 462.1, 465.2, 467-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan 739.1, 739.2, 741, 743.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 106.1, 107, 115.0, 115.0.1, 119.1, 119.2, 217.2, 217.3, 217.4, 218.3, 222.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-78/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissələrdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilməklə Cavabdeh 10.415,88 ABŞ dolları əsas, 2.685,37 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.413,38 ABŞ dolları faiz borc olmaqla, cəmi 14.714,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul vəsaiti və 165.04 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Aşağıdakılara əsasən, cavabdeh həmin qətnaməni qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, işə səthi yanaşmaqla, şəxsi mülahizələrinə əsasən qətnamə qəbul etməklə işi sadəcə iddiaçının xeyrinə həll etmişdir. Məhkəmə yalnız iddiaçının gətirdiyi dəlillərə əsaslanmaqla cavabdehin dəlillərinə, işə əlavə olunmuş müqavilə və digər sübutların üzərindən keçmişdir. Belə ki, məhkəmə cəmi 14,714.63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) ödənilməsini qət edərkən səhvə yol vermişdir. Belə ki, borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə deyil, tərəflərin kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin 1.1-ci bəndiə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyihin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 14.664,37 USD olmaqla 1 ABŞ dollarının 1,4 AZN olmaqla hesablanacağı razılaşdırlmışdır. Məhkəmə isə buna məhəl qoymayaraq, üzərindən keçmiş və borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə (hazırda 1.7 AZN) ödənilməli olduğunu qət etmişdir ki, bu da qanunsuz və əsassızdır. Qətnamənin təsviri hissəsində işə aidiyyatı olmayan şəxslərin adlarını qeyd etməklə guya cavabdehin nümayəndəsinin məhkəmədə iştirak etmədiyini göstərməklə işə nə qədər səthi yanaşdığını aşkar biruzə vermişdir. Belə ki, məhkəmə qətnamənin 15-ci bəndində cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, bank bağlandıqdan sonra oğlunun işsiz qaldığını, 2020-2023-cü illərdə ödəniş edildiyini və hissə-hissə ödəniş ediləcəyini bildirmişdir. Cavabdeh X2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir”. Halbuki, cavabdehin vəkili məhkəmədə iştiak etmiş vəsatət və ərizələr vermişdir. Göründüyü kimi məhkəmənin işə formal yanaşması və qətnaməni yoxlamadan imzaladığı müəyyən olunur ki, bu da yolverilməzdir. Məhkəmə Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5%) 1.413,38 ABŞ dollarının cavabdehdən əlavə olaraq, bankın xeyrinə tutlması hissəsində də qanunsuzluğa yol vermişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Halbuki, kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişin 1.1-ci bəndiə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəlikləri dəqiq müəyyən olunmuşdur. Belə olan halda məhkəmənin cavabdehə əlavə olaraq, əlavə faiz borcu (illik 5%) 1.413,38 ABŞ dolları hesablaması qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. İşdəki, İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyi qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Cavabdeh tərəfindən ödənişlər vaxtında edilsə də, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra cavabdeh banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Gecikmə cavabdehin təqsirindən baş verməmişdir. Odur ki, iddiaçının gətirdiyi dəlillər əsassızdır. Belə ki, cavabdeh dəfələrlə banka getsə də, ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. İddiaçı pretenziyanı yalnız 2024-cü ildə verməsi də iddiaçının niyyətini aşkar göstərir. Odur ki, iddiaçının guya cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.9-cu maddəsinə əsasən bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir. Göründüyü kimi məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 384-390-cı maddələrini rəhbər tutaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişdir. Ləğv prosesində olan İddiaçı ASC ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunmamasının xahiş etdiyini bildirmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində qismən mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq, illik 20 faiz ödəmək şərti ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə imzalanmış, ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişə əsasən borcalanın ödənilməmiş qalan 10.230,31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qaytarılma müddəti xx.xx.2021ci il tarix, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz müəyyən edilmişdir. Həmin sazişin 1.1.-ci bəndindən müəyyən olunur ki, tərəflər borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 14.664,37 ABŞ dolları təşkil etməsi, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlərin kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilməsi, ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsinin qeyd olunan məzənnədən aşağı düşərsə borcalan tərəfindən ödənişlərin həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibinin 11.072,19 USD əsas, 3592,18 USD faiz borcu təşkil etməsi barədə razılaşmışlar. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan cavabdeh isə üzərinə düşən öhdəlikləri vaxtında, lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmış, iddiaçı cavabdehə borcun qaytarılması təklifini göndərərək yaranmış borcun ödənilməsini tələb etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, mövcud məzənnənin aşağı düşməsi, yəni məzənnənin azalması pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması deməkdir. Tərəflər arasında imzalanan sazişə əsasən, “ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsinin qeyd olunan məzənnədən aşağı düşərsə borcalan tərəfindən ödənişlərin həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənməsi” şərti müəyyən edildiyindən cavabdehin iddiaçı tərəfindən tələb olunan borcun 1 ABŞ dollarının 1,4 AZN olmaqla hesablanmalı olmasına dair dəlili əsassızdır. Belə ki, cavabdeh sazişi imzalamaqla ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə ABŞ dolları üzrə Mərkəzi Bankın mövcud məzənnəsinin sazişdə qeyd olunan məzənnədən aşağı düşəcəyi halda ödənişlərin həmin tarixə, yəni ödəniş tarixinə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödəyəcəyi öhdəliyini üzərinə götürmüşdür. Apellyasiya şikayətinin kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz tələbinə dair dəlili üzrə kollegiya qeyd edir ki, qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kollegiya qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MMin 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kollegiya təqdid olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, öhdəliyin icrası barədə iddia irəli sürülməsi xatırlatmaya bərabər tutulduğundan, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququna malik olduğundan, cavabdeh yaranmış öhdəliyinin vaxtında icra etməməsinin onun təqsiri olmadan baş verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, əksinə onun təqsiri üzündən öhdəliyin icra edilməməsi araşdırma zamanı öz təsdiqini tapdığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri onun kreditora vurduğu ziyanı ödəmək məsuliyyətindən azad edən hal olmadığından apellyasiya şikayətinin bu dəlili də, əsassızdır. Kollegiya apellyasiya şikayətinin qətnamənin təsviri hissəsində işə aidiyyatı olmayan şəxslərin adlarının qeyd edilməsi dəlili üzrə qeyd edir ki, qətnamədə yol verilmiş yanlışlıqlar onların aradanan qaldırılmasına dair müraciət etmək üçün prosessual əsas ola bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-78/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6037/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6037/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver