Məhkəmə qərarları › İş №2(103)-6047/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6047/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6047/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2005-ci ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006 -cı il təvəllüdlü - X9, xx.xx.2006-cı il təvəllüdlü - X10 və xx.xx.2007-ci il təvəllüdlü- X8 anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuş, ailə münasibətləri pozulduğundan nikahları Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-556/2015 saylı qətnaməsinə əsasən nikah ləğv edilmiş, uşaqlar onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər biri üçün 108 (yüz səkkiz) manat olmaqla ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə özü şəxsən çəkir. Ona uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çətindir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xx.xx.2006-cı il təvəllüdlü - X9, xx.xx.2006 -cı il təvəllüdlü - X10 və xx.xx.2007 -ci il təvəllüdlü - X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq onların hər biri üçün hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin izahatı və onun təqdim etdiyi sənədlər əsasında qətnamə çıxarmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, o, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir, hazırda işsizdir və xəstə olduğu üçün işləyə bilmir, həmçinin yeni ailə qurmuşdur və ikinci nikahdan da iki uşağı var. Alimentin artırılması onun vəziyyətini daha da ağırlaşdırır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 2(008)-556/2015 nömrəli xx xxxxxx 2015-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddiası qismən təmin olunaraq, X11 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və 661 nömrə ilə qeyd edilmiş nikahın pozulması, X11 ilə Cavabdeh birgə nikahından doğulmuş, xx xxxxxx 2006-cı il təvəllüdlü X9, xx xxxxxx 2006-cı il təvəllüdlü X10 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X6 boşanmadan sonra anası X3 yanında qalması, Cavabdeh xx.xx.2014-cü il tarixindən başlayaraq xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx xxxxxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay, hər uşağa 108 (yüz səkkiz) manat olmaqla cəmi 324 (üç yüz iyirmi dörd) manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 206145 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında olan nikah ləğv olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 312598 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X6 xx.xx.2007- ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 742277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X10 xx.xx.2006- ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 742276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X9 xx.xx.2006-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xəstəlik haqqında epikrizdən məlum olur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi intubasion norkoz altında “sol tərəfli ön-yan torakotomiya, plevra boşluğunun sanasiyası və drenaji” cərrahi əməliyyatı icra edilmişdir. İş materiallarında olan 3(008)-383/2017 nömrəli xx xxxxx 2017-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan 3 nömrəli X12 tərəfindən verilmiş 1469 nömrəli xəstəlik tarixi Epikrizindən görünür ki, Cavabdeh ağır stresslə əlaqədar dissosiativ-konversion pozuntular, xolesistit və s. kliniki diaqnoz qoyulmuşdur. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-556/2015 nömrəli xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddiası qismən təmin olunaraq, X11 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və 661 nömrə ilə qeyd edilmiş nikahın pozulması, X11 ilə Cavabdeh birgə nikahından doğulmuş, xx xxxxxx 2006-cı il təvəllüdlü X9, xx xxxxxx 2006-cı il təvəllüdlü X10 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X6 boşanmadan sonra anası X3 yanında qalması, Cavabdeh xx.xx.2014-cü il tarixindən başlayaraq xx xxxxxx 2006-cı il təvəllüdlü X4, xx xxxxxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay, hər uşağa 108 (yüz səkkiz) manat olmaqla cəmi 324 (üç yüz iyirmi dörd) manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 233.4.-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “X14” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “X14” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “X14” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsaən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «X14» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, alimentin artırılması üçün iddiaçı cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş və bu halı əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xəstəlik haqqında epikrizdən məlum olur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi intubasion norkoz altında “sol tərəfli ön-yan torakotomiya, plevra boşluğunun sanasiyası və drenaji” cərrahi əməliyyatı icra edilmişdir. Eyni zamanda iş materiallarında olan 3 nömrəli X12 tərəfindən verilmiş 1469 nömrəli xəstəlik tarixi Epikrizindən görünür ki, Cavabdeh ağır stresslə əlaqədar dissosiativ-konversion pozuntular, xolesistit və s. kliniki diaqnoz qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar