Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6049/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3152/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-4710/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 2018-ci ilin oktyabr ayında, 2019-cu ilin yanvar ayında, 2019-cu ilin fevral ayında tərtib edilmiş aktlar əsasında yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
2. Tərəflər arasında bağlanmış AKX-06142xx/xx-2024 nömrəli xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyriqanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********00000 abonent hesabına aktlar əsasında 2019-cu il üzrə 388,80 manat, 2020-ci il üzrə 583,20 manat, 2021-ci il üzrə 583,20 manat, 2022-ci il üzrə 2.799,36 manat, 2023-cü il üzrə 466,56 manat olmaqla, cəmi 4.821,72 manat məbləğində zərər hesablanmışdır.
4. Cavabddehdən ödənilməsi tələb olunan məbləğ (xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat) cəmi 3.913,92 manat təşkil edir.
5. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış borcdan cavabdeh 48 manat məbləğində ödəniş etmişdir.
6. 17.01.2023-cü il və xx.xx.2023-cü il tarixli “vətəndaşların qanunsuz hərəkətləri barədə” məktublara əsasən, İddiaçı İB tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunaraq, siyahıda adları çəkilən, o cümlədən, Cavabdeh qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədi ilə istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3.865,92 manat məbləğində zərərin və 58,66 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3.924,58 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-06142xx/xx-2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat, cəmi 3913,92 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 64,80 manat zərərdən cavabdeh 48 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3865,92 manat təşkil etməkdədir. Həmçinin cavabdehin 2019-cu ilin mart ayınadək xx.xx.2019-cu il tarixli, 2(001)-4710/2019 saylı qətnamə mövcüddür. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Cavabdeh etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə abonent qismində Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-06142xx/xx-2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2022- ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat Cəmi 3913,92 manat məbləğində İddiaçı İB-yə ödənilməsi Cavabdeh tələb edilir. İddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Sayğac mənzilin içərisində deyil, çöldə yerləşdiyindən ona edilmiş müdaxilənin (əgər belə hal həqiqətən də mövcuddursa) kimin tərəfindən edilməsi ona məlum deyildir. Bu səbəblərə görə də, İddiaçı İB-in qeyd olunan hadisənin baş verməsində birbaşa onu günahlandırması tamamilə əsassız və qanunsuzdur. Bundan başqa İddiaçı əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X2”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğacın mexanizminin hesablamaması və sair qüsurlar mənim təqsirim ucbatından ola bilməz. Sayğac istismar müddəti keçsə də cavabdeh orqan tərəfindən bu hallar nəzərə alınmayaraq istismar müddəti keçərək bəlkə də öz texniki qüsurları yaranmış sayğacın qüsurlarını kiminsə üzərinə öhdəlik kimi qoymaq istəyirlər. Göründüyü kimi mövcud qanunvericilik istehlakçı tərəfindən istehlak olunan təbii qazın dəyərinin düzgün hesablanmamasına görə məsuliyyətin bilavasitə paylayıcının üzərində olduğunu müəyyən etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3152/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 16,8 manat (on altı manat səksən qəpik), xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 291,6 manat (iki yüz doxsan bir manat altmış qəpik), cəmi 308,4 manat (üç yüz səkkiz manat qırx qəpik) məbləğində dəymiş maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə istehlakçı Cavabdeh qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz, buna görə də iddia həmin aktlar üzrə hesablanmış maddi zərər hissəsində təmin edilməməlidir. İddiaçı İB tərəfindən həmin dövrədək tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış maddi zərər hissəsində iddia qismən təmin edilməlidir
12. xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün (1,2x6x30=216 m3 ), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (0.8x18x30=432 m3 ), cəmi 648 m3 (aktda hesablamalar olduğu kimi saxlanılır), xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, (1.2x12x90=1296 m3 ), QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (1.5x12x90=1620 m3 ), cəmi 2916 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmalı idi.
13. Cavabdehdən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 648 m3 x 0.10 manat= 64,8 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 2916 m3 x 0.10 manat = 291,6 manat, cəmi 356,4 manat məbləğində pul tutulmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 64,8 manat məbləğində maddi zərərdən 48 manat məbləğində ödəniş etmişdir. (64,8 – 48 =16,8)
14. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3152/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən dəfələrlə qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilmiş və Birliyin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Eyni zamanda istehlakçı barəsində müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Bunlarla yanaşı məhkəmə iclasında cavabdeh tərəfindən qanunsuz qoşulma halı qəbul edilmiş, bu ilin qış aylarına kimi rezin boru vasitəsi ilə qaz xəttinə qanunsuz qoşulduğunu və isifadə etdiyini etiraf etmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Bakı şəhəri rayon məhkəmələrinə ünvanlanan 17 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə icraatı zamanı istehlakçı qanunsuz qoşulmasını etiraf edirsə, iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd edilməsi prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Qeyd olunanlara baxmayaraq, məhkəmə iddianın xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış dəymiş zərərin əvəzinin ödənilməsi hissəsinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh dəfələrlə qaz xəttinə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmişdir. Lakin məhkəmə iş üzrə müəyyən edilmiş halları bütövlükdə nəzərə almayaraq iddianı qismən təmin etmişdir. Məhkəmə tərəfindən iş materillarını və hallarını təşkil edən sübutlar- aktlar, fotoşəkillər, istehlakçının saldosu, cavabdehin izahatı iddianın təmin edilməyən hissəsində əlaqələndirilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın
25.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 26.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 27.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 28.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 29.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 30.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
31.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.(2022-ci il mayın 1-dək qüvvədə olmuş redaksiyada) 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (2022-ci il mayın 1-dən sonra qüvvədə olan redaksiyada)
33.13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 34.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda müxtəlif tarixlərdə X2na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyriqanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********00000 abonent hesabına aktlar əsasında 2019-cu il üzrə 388,80 manat, 2020-ci il üzrə 583,20 manat, 2021-ci il üzrə 583,20 manat, 2022-ci il üzrə 2.799,36 manat, 2023-cü il üzrə 466,56 manat olmaqla, cəmi 4.821,72 manat məbləğində zərər hesablanmışdır.
39. Birinci instansiya məhkəməsi istehlakçı Cavabdeh qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini ondan tələb edilməsinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə həmçinin 2022-ci il mayın 1-dək tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar üzrə müvafiq olaraq 64,8 manat və 356,4 manat məbləğində pul tutulmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş 48 manat məbləğinin çıxılmalı olduğunu qeyd etmişdir.
40. Göründüyü kimi birinci instansiya məhkəməsi gəldiyi nəticəni aktların tərtib edildiyi zaman qüvvədə olmuş (2022-ci il mayın 1-dən əvvəl və sonra qüvvədə olan redaksiyada) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinadən əsaslandırmış, mübahisə üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürmüş, iddia tələblərinin əsaslılığını araşdırmış, müəyyən edilməli faktlarla və hallarla əlaqədar olan, qanunvericiliklə müəyyən edilən sübutetmə vasitələri ilə əsaslandırmışdır.
41. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hallara isə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3152/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev