Məhkəmə qərarları › İş №2(103)-6051/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6051/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6051/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3292/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması barədə Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılması və xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə olaraq 200 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3292/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq hər uşağa münasibətdə 235 (iki yüz otuz beş) manat müəyyən edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə olaraq hər ay 50 (əlli) manat əlavə xərcin və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İş apellyasiya icraatında olan zaman Yasamal Rayon Məhkəməsi müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3292/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar