Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6056/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçıCavabdeh1 qarşı “avtomobiin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,birgə nikah dövründəəldə etdikləri “Mercedes Benz GL350CDİ” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası DİN Baş Dövlət X22 başlanmış xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi həmin avtomobilin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh1 payının müəyyən edilməsi və“Mercedes Benz GL350CDİ” markalı 90- OD-157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında başlanmış xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsini Azərbaycan Respublikası DİN Baş Dövlət X17 tələb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbinin həcminin artırılmasına dair ərizə verərək, 3500 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzüyün, 30000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin, 15000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlısırğa, boyunbağı klonla vəüzükdən ibarət komplektin, həçmçinin, 10000 ABŞ dolları dəyərində qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatının Cavabdeh1 alınaraq ona verilməsini və buraxılış ili 2014-cü il mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında başlanmış xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsi etibarsız hesab olunmaqla, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına verilmiş AD seriyalı 527350 nömrəli şəhadətnamə ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi nəzərə alaraq qeyd olunan avtomobilin 2/3 hissəsinə onun pay hüququnun, 1/3 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməklə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə xx xxxxx 2012–ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakışəhəri nikah evində 771 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx xxxxxxxx 2013-cü il təvəllüdlü Qalabəyova İlahəƏsgər qızı, xx xxxxx 2015–ci il təvəllüdlü X10 adında uşaqları vardır. Cavabdeh işləmir, evə qazanc gətirmir, ailənin dolanacağı ilə maraqlanmır. Aralarında narazılıqlar yarandığına, dünya görüşləri müxtəlif olduğuna görəər-arvad münasibətləri xx xxxxx 2019–cu il tarixdən etibarən kəsilmişdir, aralarında olan nikah formal xarakter daşıyır. Bu səbəbdən cavabdehlə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi hakim Ramilə Xəzrinin icraatındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X24 verdiyi xx.xx.2019-cu il tarixli 47508/219 nömrəli məktubdan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, nikah dövründə, yəni xx.xx.2018-ci il tarixdə cavabdehin adına “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Cavabdeh heç bir yerdə işləmir, evə qazanc gətirmir. Atasının maddi dəstəyi ilə uşaqları saxlayır. O, avtomobilə payının müəyyən edilməsini istəyir. Ona görə də avtomobilə payları müəyyən edilərkən yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi nəzərə alınaraq payı 1/3 hissədə müəyyən edilə bilər. Cavabdeh1 onun xəbəri və razılığı olmadan avtomobili özgəninkiləşdirmişdir. Belə ki, Bakışəhəri 13 saylı vəkil bürosunun sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X24 verdiyi xx.xx.2019-cu il tarixli 01689134-1219 nömrəli cavab məktubundan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, cavabdeh birgə nikah dövründəəldə etdiyi “Mersedes Benz GL350CDİ”markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili BDYP idarəsində bağlanmış müqaviləyəəsasən Cavabdeh2 satmışdır. Həmin avtomobilin Cavabdeh1 adından qeydiyyatdan çıxarılmasına əsas olmuş sənədlərin (alqı–satqı müqaviləsi və s.) surətini Baş Dövlət X27 vəkilə verməmişdir. Bildirir ki, avtomobilin hazırki dövlət qeydiyyat nişanı ** OD ***–dir. Cavabdeh2 Cavabdeh1 bacısının əridir. Avtomobili faktiki olaraq Əsgər özü idarə edir. Alqı–satqı etməkdə məqsəd avtomobili bölgüdən yayındırmaqdır. Alqı-satqı müqaviləsi Mülki Məcəllənin 181.1 və Ailə Məcəlləsinin 33.3-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmaqla, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasnın iclasında iddiaçının nümayəndəsi və vəkili X11pellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasından iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasından iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə kollegiyasının sonuncu iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzük, qiyməti 3500 ABŞ dolları, ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplekt–qiyməti 30000 ABŞ dolları, ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplekt –qiyməti 15000 ABŞ dolları, qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatı –qiyməti 10000 ABŞ dolları, onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrıayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilməli, buraxılış ili 2014-cü il mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı **- OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş AD seriyalı 527350 nömrəli şəhadətnamə ləğv edilməli, həmin avtomobil İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tərəflərin ½ hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir; Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun qızıdır. 2019-cu ilin aprel ayında qızı ona zəng edərək bildirmşdir ki, Cavabdeh1 ilə münasibətləri pisləşib və birlikdə yaşamaqları mümkün deyildir. Həmin gündən qızı və iki azyaşlıövladı onun evinə köçmüşdür. Həmin ilin may ayında o, 166 saylı yük daşıma xidməti ilə iddiaçı ilə cavabdehin yaşadıqları Şağan qəsəbəsində yerləşən evə cehizləri götürmək üçün getmişdir. Cavabdeh1 evdə tək idi, onlar bütün cehiz əşyalarını götürmüşlər. Leyla qızılları Əsgərdən istəyəndə Əsgər bildirmişdir ki, qızılları özü alıb ona görə də qızılları verməmişdir. O, həmin vaxt evə daxil olmamış, həyətdə gözləmişdir. Onlar cehizləri 3 gün ərzində daşımışlar. “Mersedes Benz GL350CDİ” markalı avtomaşının Cavabdeh1 məxsus olduğunu, daha sonra Cavabdeh2 satdığını bilir. Birinci instansiya məhkəməsindəiddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısının qızıdır. iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçıuşaqları ilə birlikdə atasının evinə köçmüşdür. O, iddiaçı ilə cavabdehin yaşadıqlarıŞağan qəsəbəsində yerləşən evə cehizləri götürmək üçün getmişdir. Cavabdeh1 evdə tək idi, onlar bütün cehiz əşyalarını götürmüşlər. Leyla qızılları Əsgərdən istəyəndə Əsgər bildirmişdir ki, qızılları özü alıb ona görə də qızılları verməmişdir. Leylanın deməsinə görə qızıl dəstini Əsgər toy ərəfəsində 30000 ABŞ dollarına almışdır. O, Leylanın paltarlarını yığmışdır. Birinci instansiya məhkəməsindəiddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının atasıƏlixan Mamedov onun anasının dayısı oğludur. O, rayonda olanda ona zəng vurub bildirmişlər ki, Leylanın cehizlərini evə gətirmək lazımdır və o, rayondan qohumlarına kömək etmək üçün gəlmişdir. O, iddiaçı ilə cavabdehin yaşadıqları Şağan qəsəbəsində yerləşən evə cehizləri götürmək üçün getmişdir. Cavabdeh1 evdə tək idi, onlar bütün cehiz əşyalarını 166 saylı yük daşıma xidməti ilə götürmüşlər. İş materiallarında olan nikah haqqında xx.xx.2012-ci il tarixli AZ-İ № 743324 saylı şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə həmin tarixdə Bakı nikah evinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 771 sayla qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 152028 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh1, anası Məmmədova Leyla olan X8 xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2013-cü il tarixdə1541 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı542115 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh1, anası X9 olan X10 xx xxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2015-ci il tarixdə 2530 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X24 verdiyi xx.xx.2019-cu il tarixli 47508/219 nömrəli məktubdan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən Cavabdeh1 adına qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 13 saylı vəkil bürosunun sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X24 verdiyi xx.xx.2019-cu il tarixli 01689134- 1219 nömrəli cavab məktubundan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, Cavabdeh1 “Mersedes Benz GL350CDİ”markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili BDYP idarəsində bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Həmin avtomobilin hazırki dövlət qeydiyyat nişanı ** OD ***–dir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X22xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş 124-2 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, brilyant komplekt-brilyant qaşlı sırğa-8,80 qram, əyar-750, boyunbağı-22,6 qram, əyarı-750,qolbaq-12,33 qram, əyarı-750, üzük-3,40 qram, əyarı- 750 olan qızılın bazar dəyəri 50000 manat; brilyant-sapfir komplekti-ağ qızıldan hazırlanmış sapfir, brilyant qaşlı sırğa, boyunbağı klonla üzük (təxmini 8-10 karat, ağ qızıl, əyarı-750, 20-30 qram) olan zinət əşyasının bazar dəyəri 25000 manat; ağ qızıldan hazırlanmış tək brilyant qaşlı ürək şəkilli üzük (0,30 karat brilyant, ağ qızıl əyarı- 750, 3-4 qram olan zinət əşyasının bazar dəyəri 6000 manat; brilliant qaşlarla bəzədilmiş və qızıldan hazırlanmış “Federique Cosntant” markalı qol saatının bazar dəyəri 17000 manat olmaqla, ümumilikdə həmin zinət əşyalarının bazar dəyəri 98000 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş QXM 124-2 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Mersedes Benz GL350CDİ” markalı avtomobilin analoji bazar dəyəri 90000 manattəşkil edir. İş materiallarında olan "Nəsimi-6" mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 51 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi, ev 20 A, 7 saylı mənzil xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2018–ci il tarixədək Cavabdeh1 məxsus olmuşdur. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı xx xxxxxx 2018–ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi, ev 20 A, 7 saylı mənzili X1. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş Cavabdeh1 ünvan 1 Cünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş Cavabdeh2 ünvan 2ünvanında qeydiyyatdadır. İddia tələbindən görünür ki, iddia iki hissədən ibarətdir: • Qızıl-zinət əşyalarının qaytarılması; • Avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi. Kollegiya qeyd edir ki, iddia tələbi iki hissədən ibarət olduğundan gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla iddia tələbinin hər iki hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. İddianın qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının bir hissəsində iddia tələbində göstərilən çeşiddə və dəyərdə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. İddianın bu hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı əvvəla məhz iddiada qeyd edilən çeşiddə və dəyərdə olan yəni iddiada təsvir etdiyi bütün əşyaların mövcudluğunu və mülkiyyətində olmasını, eyni zamanda mülkiyyətində olan qızıl-zinət əşyalarının cavahlə birgə yaşadıqları mənzildən gedərkən cavabdehin sahibliyində qaldığını sübut etməlidir. Hazırki iş üzrə iddiaçı iddiada qeyd edilən məbləğdə və çeşiddə qızılların mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehdə göstərilən həcmdə qızıl-zinət əşyalarının olmasını qəbul etməmişdir. Eyni zamanda isə iddiaçı məhz mülkiyyətində olan dəyəri və çeşidi müəyyən edilməyə qızıl zinət əşyalarının mənzildən gedərkən cavabdehin sahibliyində qalması sübuta yetirilmir. Belə ki, cavabdehin mənzildən getmə şəraitindən müəyyən edildiyi kimi, cavabdeh tərəfindən onun mənzildən zor tətbiq edilməsi halında çıxarılması halı mövcud olmamış, o cümlədən iddiaçının tərəfindən təqdim edilməklə dindirilmiş şahid ifadələrində də iddiaçının bütün əmlaklarını 3 gün müddətində hər- hansı bir maneə olmadan götürülməsi bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması hissəsində iddia sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda iddia tələbinin qeyd edilən və iş materialları ilə cavabdehin nümayəndəsi tərəfindən də mövcudluğu etiraf edilən qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiçıya verilməsi hissəsində təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Əvvəla, işin hallarından, iş üzrə dindirilmiş şahid ifadəsindən və iş materiallarına əlavə edilmiş foto şəkillərdən tələb olunan qızıl-zinət əşyaları mövcudluğu müəyyən olunur. Həmçinin, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində vermiş olduğu izahatında bildirmişdir ki, “...Cavabdeh1 bu qədər pul olmayıb ki, iddiaçının dediyi dəyərdə qızıl-zinət əşyaları alsın. Bütün cehiz əşyaları götürülərkən qızıl-zinət əşyaları da götürülüb.” Göründüyü kimi cavabdeh tərəf qızılların mövcudluğunu qəbul etmişdir. Həmçinin apellyasiya icraatı zamanı da bu hal mübahisələndirilməmişdir. (iş materialları 78 səhifə) Hazırda mübahisəli məqam ondan ibarətdir ki, iddiaçı tərəf tələb olunan qızılların cavabdeh tərəfindən ər-arvad münasibətlərini kəsib ata evinə gedərkən açarı şəxsən cavabdehdə olan seyfdə saxlanıldığı üçün ona verilmədiyini qeyd edir. Cavabdeh tərəf isə həmin qızılların mövcudluğunu qəbul etməklə iddiaçı tərəfindən evdən gedərkən onun tərəfindən aparıldığını qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə dinidirilmiş şahidlərdən X2 qızıllarıƏsgərdən istəyəndəƏsgər qızıllarıözü aldığını və ona görə də qızılları vermədiyini təsdiq edir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi qızıl-zinət əşyaları hissəsində öz təsdiqini tapdığından iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməyən hissəsi üzrə tələbin qanuni əsası tam yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş materialları ilə dəyəri, mövcudluğu, çeşidi və iddiaçının evdən getdiyi anadək cavabdehin yaşadığı evdə olması mübahisələndirilməmklə təsdiq edilir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən həmin qızılların cavabdehin yaşadığı evdə olması etiraf edilir. Yalnız cavabdeh tərəf həmin qızılların iddiaçının özü tərəfindən aparılmasını qeyd edir. Qanunvericiliyə əsasən hazırki halda cavabdehin üzərinə düşən sübutetmə yükü ondan ibarətdir ki, onlar iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfin apardığını, yəni artıq özlərinin sahibliyində olmadığını sübut etsin. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını qeyd etsə də, iddiaçı tərəfin həmin qızıl-zinət əşyalarını evdən götürməsini sübuta yetirə bilməmişdir. Əksinə, işin faktiki halları həmin qızıl-zinət əşyalarının evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Tələb olunun qızıl-zinət əşyalarının dəyəri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı qızılzinət əşyalarının dəyərini tərəfindən təqdim etdiyi qiymətləndirmə rəyi ilə sübut edir. Belə ki, iş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş 124-2 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, brilyant komplektbrilyant qaşlı sırğa-8,80 qram, əyar-750, boyunbağı-22,6 qram, əyarı-750,qolbaq-12,33 qram, əyarı-750, üzük-3,40 qram, əyarı- 750 olan qızılın bazar dəyəri 50000 manat; brilyant-sapfir komplekti-ağ qızıldan hazırlanmış sapfir, brilyant qaşlı sırğa, boyunbağı klonla üzük (təxmini 8-10 karat, ağ qızıl, əyarı-750, 20-30 qram) olan zinət əşyasının bazar dəyəri 25000 manat; ağ qızıldan hazırlanmıştək brilyant qaşlıürək şəkilli üzük (0,30 karat brilyant, ağ qızıl əyarı-750, 3-4 qram olan zinət əşyasının bazar dəyəri 6000 manat; brilliant qaşlarla bəzədilmişvə qızıldan hazırlanmış“Federique Cosntant” markalı qol saatının bazar dəyəri 17000 manat olmaqla, ümumilikdə həmin zinət əşyalarının bazar dəyəri 98000 manat təşkil edir. Cavabdeh tərəf isə bu halı təkzib edəcə hər hansı sübut təqdim edə bilmir. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olduğundan ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzük, qiyməti 3500 ABŞ dolları, ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplekt–qiyməti 30000 ABŞ dolları, ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplekt –qiyməti 15000 ABŞ dolları, qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatı –qiyməti 10000 ABŞ dolları onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), habelə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (AM-nin 32.2.1 və 32.2.2-ci maddələri). Eyni Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-cü maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. • İddianın avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qətnaməsini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər nikah münasibətinə daxil olmazdan əvvəl Cavabdeh1 mülkiyyətində Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi, ev 20 A, 7 saylı mənzil olmuşdur. Həmin mənzili Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə sataraq mübahisəli “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili almış, sonra isə həmin avtomobili mübahisəli əqd əsasında digər Cavabdeh2 satmışdır.İşin bu halını məhkəmə iclasında iddiaçının özünün verdiyi izahatından öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı cavabdehin həmin avtomobili əldə etmək üçün vəsaiti məhz mənzilin satışından əldə etdiyini bildirmişdir. Beləliklə, həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyət hesab edilmədiyindən, o cümlədən həmin daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan bağlandığından etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərindən göründüyü kimi, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi birgə mülkiyyət kimi qiymətləndərilməsi üçün 2 vacib şərtin eyni vaxtda mövcud olması zəruridir. Birincisi əldə edilmiş əmlak birgə nikah dövründə əldə edilməlidir, ikinci şərt isə həmin əmlak ər-arvadın birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə edilməlidir. Hazırki halda birgə nikah dövründə əldə edilməsi göstərilməklə bölünməsi tələb edilən və ona dair bağlanmış əqdin etibarsılığı mübahisələndirilən avtomobil birgə nikah dövründə əldə edilmiş və birgə vəsait heesabına əldə edilən əmlak kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən sübutlar və proses iştirakçılarının izahatlarını müqayisəli təhlil edərək qeyd edir ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. xx.xx.2019-cu il tarixdən iddiaçının cavabdehlə ər-arvad münasibətləri faktiki olaraq kəsilmiş və iddiaçı uşaqlarını götürərək ata evinə getmişdir. İddiaçı sonradan nikahın pozulması üçün 2019-cu ilin avqust ayında məhkəməyə müraciət etmişdir, onlara barışmaq üçün 3 ay vaxt verilmiş və işin baxılması təxirə salınmışdır. Birgə nikah dövründə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə öz adına “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Cavabdeh1 həmin avtomobili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Göründüyü kimi, “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilməsi iş materialları ilə və cavabdehin birinci instansiya məhkəməsində vermiş olduğu izahatı ilə təsdiq olunur.Cavabdehin həmin avtomobili əldə etmək üçün vəsaiti məhz mənzilin satışından əldə etdiyi pul hesabına alınmasını sübut etməlidir ki, bu hal iş materialları ilə sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçıiddia tələbində birgə nikah dövründə əldə olunmuş, həmin dövrdə Cavabdeh1 adına rəsmiləşdirilmiş “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş etsə də, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan bağlandığından etibarsız hesab edilməsi üçün hər hansı bir əsas olmadığı qənaətinə gəlmişdir.Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddiaçı ilə faktiki ailə münasibətlərinin kəsildiyi dövürdə avtomobili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, Cavabdeh2 həmin avtomobilin alqı-satqısına dair ödəmiş olduğu pul məbləğinin tələb etməsi hüququnu istisna etmir. Kollegiya eyni zamanda qeyd edir ki, “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlıavtomobil İddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə edildiyi üçün həmin avtomobilə bərabər (1/2) payları müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarnın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh1dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzük, qiyməti 3500 ABŞ dolları, ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplekt–qiyməti 30000 ABŞ dolları, ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplekt –qiyməti 15000 ABŞ dolları, qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatı –qiyməti 10000 ABŞ dolları, onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilməli, buraxılış ili 2014-cü il mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş AD seriyalı 527350 nömrəli şəhadətnamə ləğv edilməli, həmin avtomobil İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tərəflərin ½ hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-562/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Ağ qızıldan hazırlanmış, tək brilliant qaşlı, ürək şəkilli üzük, qiyməti 3500 ABŞ dolları, ağ qızıldan hazırlanmış brilliant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplekt–qiyməti 30000 ABŞ dolları, ağ qızıldan hazırlanmış sapfir, briliant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplekt –qiyməti 15000 ABŞ dolları, qızıldan hazırlanmaqla brilliant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatı –qiyməti 10000 ABŞ dolları, onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrıayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilsin. Buraxılış ili 2014-cü il mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş AD seriyalı 527350 nömrəli şəhadətnamə ləğv edilsin və həmin avtomobil İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tərəflərin ½ hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh1dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6056/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6056/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver