Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6057/2020 08.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)-1398/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 Hacıbala oğluna qarşı «kredit borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)- 1398/2019 saylı qətnaməsi ilə (hakimSabirBəhrəmzadə)iddia qismən təmin edilmişdir. Cavabdehlər qətnamədən birgə apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki,MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1ay müddətində verilə bilər. Göründüyü kimi,qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İş materiallarından (iş vərəq 86-92) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin xx xxx 2019-cu il tarixli məktubu ilə cavabdehlərin işdə olan ünvanlarına göndərilmiş, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 göndərilmiş məktublar onlara təqdim edilmədən məhkəməyə qaytarılmış, Cavabdeh5 Hacıbala oğluna isə qətnamənin təqdim edilib-edilməməsi müəyyən edilməmişdir. Sonradan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)-1398/2019 saylı qətnaməsi cavabdehlərdən Cavabdeh1, X1 və Cavabdeh4 2020ci ilin may ayında rəsmi qaydada təqdim edilmişdir (iş vərəq 100-102). Beləliklə, cavabdehlərdən Cavabdeh1, X1 və Cavabdeh4 apellyasiya şikayəti verilməsi üçün son müddət müəyyən edilsə də, Cavabdeh2 və Cavabdeh5 Hacıbala oğluna münasibətdə həmin müddət müəyyən edilmir (həmin şəxslərə qətnamənin hansı tarixdə rəsmi qaydada təqdim edilməsi işdən müəyyən edilmir). Eyni zamanda, işdə olan xx xxxx 2019-cu il tarixli məktublardan görünür ki,birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq,birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, müddətin ötürülüb-ötürülməməsi məsələsini tam yoxlamamışdır. Halbuki,apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Eyni zamanda, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış,şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin)göstərilməsi məhkəmə sənədlərinin (bildirişlər və s.)lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir (qeyd olunmalıdır ki, işdə olan sənədlərə əsasən cavabdehlərin yaşayış ünvanları qeyri-müəyyəndir). Bununla yanaşı, Cavabdeh4 və Cavabdeh5 Hacıbala oğlunun adından ödənilmiş qəbzlərdən onların təyinatı aydın görünmür. Həmçinin,MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Göründüyü kimi,yalnız müvafiq qaydada və formada ödənilmiş dövlət rüsumu apellyasiya şikayətinin verilməsi üçün qəbul edilə bilər.Əks hal,apellyasiya şikayətinin qaytarılması üçün əsasdır (MPM-in 363.1.2-ci mad). Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan,məhkəmə kollegiyası hesab edir ki,apellyasiya qeyri-mümkün hesab edilməli,mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı «kredit borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)-1398/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6057/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6057/2020
08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver