Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6060/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2020 saylı, 28.02.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2499 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 19.10.2018-ci il tarixinə hesablanmış 2058 ABŞ dolları faiz borcu, cəmi 4557 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun Ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 noyabr 2015-ci il tarixli, İKM 426 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərti ilə 2700 ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh 06 noyabr 2015-ci il tarixli, İKM 426 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməyib, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirib, ödəniş etməyib və beləliklə də müqavilənin şərtlərini pozub. Digər Cavabdeh2 ilə 06 noyabr 2015- ci il tarixli, İKM 426 saylı zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməyib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2020 saylı, 28.02.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 noyabr 2015-ci il tarixli, İKM 426 saylı kredit müqaviləsi üzrə yaranmış 2499 ABŞ dolları əsas borc, 19.10.2018-ci il tarixinə hesablanmış 2058 ABŞ dolları faiz borcu, cəmi 4557 ABŞ dolları borcun (ödəniş gününə manatın məzənnəsi uyğun olaraq manatla) və ödənilmiş 30 manat dövlət rusumunun Ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2020 saylı, 28.02.2020-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Cavabdeh1 ünvanlanan birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli qətnaməsinin almasına dair rəsmi sənəd yoxdur. İş materiallarında olan zərfdən (i.v. 130) görünür ki, Cavabdeh1 ünvanlanan qətnamə “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Apellyasiya şikayəti isə 30.04.2021-ci il tarixdə vermişdir. Qətnamədən şikayət verilmə qaydası MPM Məcəllənin 360-cı maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin birinci intansiya məhkəməsinin qətnaməsini hansı tarixdən almasını sübut edən rəsmi sənəd olmadığından, qətnamədən 1 ay müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qətnamənin alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Eyni zamanda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə müvafiq olmadığı müəyyən edilmişdir. Belə ki, şikayəti verən şəxsin ünvanı apellyasiya şikayətində qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə, apelyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-53/2020 saylı, 28.02.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6060/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6060/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver