Məhkəmə qərarları › İş №2(103)-6061/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6061/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6061/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-246/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "İddiaçı” ASC-nin xeyrinə 09 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 14677,37 AZN əsas borc, 4026,87 AZN faiz borcu və 27363,46 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 46067,7 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, 09 mart 2018-ci il tarixli BAKU1-31821-14482 N-li kredit müqaviləsini ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Borcverən "xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 09.03.2018-ci il tarixli BAKU-31821-14482 nömrəli kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 18000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür (iş.səh.15), Borc verən xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC, zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış 09.03.2018-ci il tarixli BAKU-31821-14482+BAKU1-35851 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır (səh.14),xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin 09.03.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 18000 AZN məbləği xxxx” Bank Olmayan Kredit Təşkilatı MMCdən təhvil almışdır(səh.13), - "İddiaçı” ASC-nin 22.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "İddiaçı” ASC-yə 46067,7 manat borcu vardır (səh.3), "İddiaçı” ASC-nin 22.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar (səh.11), - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 18.11.2020-ci il tarixli 05/2-7011/13 saylı məktunundan görünür ki, 2901.1965ci il təvəllüdlü Cavabdeh1 29.08.2020-ci il tarixdə İsmayıllı rayonunun Qalıncaq kəndində vəfat etmişdir (səh.54) . Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-246/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 09 mart 2018-ci il tarixli BAKU1-31821-14482 N-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 "İddiaçı” ASC-nin xeyrinə 09 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 14677,37 manat əsas borc, 4026,87 manat faiz borcu, 1000 manat cərimə olmaqla, ümumilikdə cəmi 19704,24 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir . Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 119.1, 191.3, 217.4, 220.4, 223.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 472.2, 477.0.4, 467, 1306-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh1 hazırda vəfat etdiyindən və bank qarşısında olan öhdəlik icra edilmədiyində görə, Cavabdeh2 zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında məsuliyyət daşıyır Hazırda mərhum Cavabdeh1 oğlu və kredit müqaviləsi üzrə zamin Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə əsas borclunun hüquqi varisi olduğunu və müqavilə üzrə yaranmış əsas və faiz borcunu qəbul etdiyini bildirmişdir. Cavabdeh2 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 zaminlik müqaviləsi üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. 27363,46 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir . İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-246/2021 saylı 17 fevral 2021-ci il tarixli qətnaməsini qismən ləğv edərək, İddiaçı ASC-nin iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Processual Məcəllənin 222.2, 390, 467-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə cavabdehlərin kredit borcunu əsassız olaraq cərimə borcu hissəsində azaltmışdır, halbuki Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafıkində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və həmin ödənişləri qrafık üzrə aparmamış. Bu faktı hakim özüdə qətnamədə qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, faiz borcunun 1000 manat müəyyən edilməsinin əsassız olduğunu, son ödənişin 12.11.2019-cu il tarixində ödənildiyini, cədvəl üzrə pozuntunun isə ondanda qabağ olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, kreditin atası tərəfindən götürüldüyünü, xəstəliyi ilə bağlı sənədləri TBC Banka təqdim etdiklərini, bankın həmin sənədləri qəbul etdiyini və faiz yazılmasını dayandırdıqlarını, atası rəhmətə getdikdən sonra gecikmələrin olduğunu, hal-hazırda maddi imkanı ilə bağlı ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1,470-477, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tənasüb anlayışına uyğunluq təşkil etməyən cərimənin tutulmasına əsas olmuş pozuntuların baş vermə zamanını göstərməyəcək və hüquqlardan sui-istifadə edərək (öz vəzifələrini yerinə yetirməyərək) zamanında borcu tələb etməmiş və bunun nəticəsində cərimə məbləğinin müqaysəedilməz dərəcədə artmasına şərait yaratmışdır. Ona bu məsuliyyət həddi onun özünə məxsusdur və bu baxımdan ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-246/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar