Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6066/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X9 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 153.000 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, baldızı Asiya ilə ona məxsus olan Bakı şəhəri Akim Abbasov küçəsindəki 2 nömrəli evin 58 nömrəli mənzilini satmaq istəyirdi. Həmin vaxt dəllal vasitəsilə təsadüfən həmin binanın həyətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşdur. O, Bakı şəhəri Akim Abbasov küçəsindəki 2 nömrəli evin 58 nömrəli mənzilini sataraq, iki mənzil almaq istəyirdi. Birini baldızı Asya üçün, digərini isə özü üçün almaq istəyirdi. O, həmin mənzili xx.xx.2014-cü il tarixdə satandan sonra, bankdakı vəsaiti ilə birlikdə 185.000 ABŞ dolları vəsaiti olmuşdur. Bu puldan 80.000 ABŞ dollarını bankdan çıxarıb notarial qaydada bağladıqları xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. xx.xx.2014-cü il tarixdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında iş birliyi haqqında sadə yazılı formada müqavilə bağlamışlar. Onun borc verdiyi 80.000 ABŞ dollarına cavabdehlər Cavabdeh1 və Nağıyev X10 qəsəbəsində yerləşən pendir sexini inkişaf etdirməli, hər ay qazancdan ona 3,3 faiz məbləğində pul verməli idilər. Bu məbləğ borcun məbləğinə aid edilmir. O, bankda qalan 105.000 ABŞ dollarını çıxarıb, üstünə 2.000 ABŞ dolları əlavə etməklə, 107.000 ABŞ dollarına 2015-ci ildə Bakı şəhəri Yasamal rayonu Naxçıvanski küçəsində yeni tikili binadan özünə müqavilə əsasında 2 otaqlı mənzil almışdır. Baldızı Asiyaya çatası 80.000 ABŞ dollarını isə daha çox pul qazanmaq niyyəti ilə cavabdehlərə borca vermişdir. Çünki, Asiyaya həmin vaxt pul lazım deyildi. Cavabdehlər ondan aldıqları 80.000 ABŞ dollarını pendir sexinin inkişafına, süd alınmasına və pendirin hazırlanması üçün yeni avadanlıqların alınmasına xərcləməliydilər. Cavabdehlər ona 2630 ABŞ dolları, sonra 2.500 ABŞ dolları olmaqla, gəlirdən 6 ay ərzində hissə-hissə cəmi 15.000 manat pul ödəyiblər. Sonra cavabdehlər yoxa çıxmışlar. Sibirə zavod qurmağa getmişlər. Cavabdehlər zavodun qurulmasından 100.000 ABŞ dolları qazanc əldə etməli idilər. Cavabdehlər Sibirdən qayıdandan sonra ona bildirmişlər ki, zavodu qurmalarına baxmayaraq onlara pul ödəməyiblər. Sibirdən gələndə pulları olmadığı üçün o, cavabdehlərə 1.000 manat vermişdir. Sonradan bilmişdir ki, cavabdehlər ondan aldıqları 80.000 ABŞ dollarını sexin inkişafına xərcləmək əvəzinə, özlərinə bahalı maşın alıblar, cüzi bir hissəsini isə sexə xərcləyiblər. Bu səbəbdən, o, cavabdehlərə verdiyi pulu qaytarmalarını tələb etmişdir. Asiya ondan pulunu tələb etdiyinə görə məcbur olaraq 107.000 ABŞ dollarına özü üçün aldığı Bakı şəhəri Yasamal rayonu Naxçıvanski küçəsində yeni tikili binadakı 2 otaqlı mənzilini 65.000 ABŞ dollarına satmış, üzərinə əlavə pul qoymaqla, 84.800 ABŞ dollarını baldızı Asiyaya vermişdir. Çünki, Asiyaya hər ay pulu işlətdiyinə görə 1.200 ABŞ dolları pul verməli idi. 4 ay üçün 4.800 ABŞ dolları olmaqla və 80.000 ABŞ dolları əsas borcla birlikdə 84.800 ABŞ dolları pulu Asiyaya vermişdir. Mənzili satarkən 107.000-65.000=42.000 ABŞ dolları zərərə düşmüşdür, əlavə olaraq 4.800 ABŞ dolları Asiyaya vermişdir. Mənzilin satılması və Asiyanın pulunun qaytarılması zamanı 46.800 ABŞ dolları, 65.000 ABŞ dollarının üstünə qoyduğu 15.000 ABŞ dolları ilə birlikdə, ona 61.800 ABŞ dolları zərər dəymişdir. Hesab edir ki, verdiyi 80.000 ABŞ dolları və etdiyi 61.800 ABŞ dolları zərərlə birlikdə cavabdehlər ona 141.800 ABŞ dolları verməli idilər. Çünki, Əli ona demişdir ki, mənzili 65.000 ABŞ dollarına satsın və Asiyanın borcunu qaytarsın, arada yaranan fərqi sonra ona ödəyəcəklər. Onlar öz aralarında verdiyi 80.000 ABŞ dolları borc və ona vurulmuş zərərlə birlikdə müəyyən etmişlər ki, cavabdehlər ona 153.000 ABŞ dolları pul verməlidirlər. Öz aralarında razılaşaraq xx.xx.2018-ci il tarixdə notariat kontoruna getmişlər və cavabdehlərin ona 153.000 ABŞ dolları borcu olmaları barədə borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar. Sonradan cavabdehlər 153.000 ABŞ dollarından 5.000 ABŞ dollarını ona qaytarıblar, 148.000 ABŞ dolları borcları qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 19 nömrəli Notariat Kontoruna qarşı “borcun etirafı və öhdəlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilənin və xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin əhəmiyyətsiz əqdlər olduğuna görə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara hədə-qorxu gələrək onları borcun etirafı barədə mücərrəd müqavilə bağlamağa məcbur edib. Onlar İddiaçı xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən 80.000 ABŞ dolları ekvivalentində 62.712 manat borc almışlar. Həmin borcu iki il müddətinə qaytarmağı öhdələrinə götürmüşlər. Lakin Cavabdeh1 ürəyindən əməliyyat olunduğuna görə, borcu tam qaytara bilməmişlər. Cavabdehlərin iddiaçıya 153.000 ABŞ dolları borcu yoxdur. xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2019-cu il tarixli tarixli müqavilələr etibarsızdır. Çünki, xx.xx.2018-ci il tarixli müqavilədə qeyd edilib ki, guya iddiaçı cavabdehlərə xx.xx.2014-cü il tarixdə 153.000 ABŞ dolları ekvivalentində, yəni 260.100 manat borc vermişdir və cavabdehlər bunu etiraf edirlər. Lakin nəzərə almayıblar ki, həmin dövrdə 1 ABŞ dollarının kursu 0.78 manat olmuşdur, həmçinin xx.xx.2014-cü il tarixli müqavilədə açıq-aşkar 80.000 ABŞ dolları ekvivalentində 62.712 manat borc verildiyi qeyd edilib. Bu bir daha təsdiq edir ki, cavabdehlərin iddiaçıya 153.000 ABŞ dolları deyil, cəmi 80.000 ABŞ dolları evvivalentində 62.712 manat borcu olmuşdur. xx.xx.2014-cü il tarixdən sonra cavabdehlər iddiaçıdan hər hansı məbləğdə borc almayıblar. Cavabdehlər iddiaçıya 15.000 manat ödəmişlər, hazırda iddiaçıya 47.712 manat borcları qalır. 47.712 manat borcu ödəməkdən cavabdehlər boyun qaçırmayıblar. Həmçinin, bildirir ki, “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan avadanlıqlar cavabdehlərin və ya iddiaçının hesabına alınmayıb. Bu səbəbdən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “xxxxxxxxxxx” MMC-yə məxsus avadanlıqların üzərindən həbsin götürülməsinə etiraz etmir. Hesab edir ki, ilkin iddia tələbi 47.712 manat hissəsində əsaslı hesab edilə bilər. Qarşılıqlı iddia isə tamamilə əsaslı olduğuna görə təmin edilməlidir. Çünki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə və xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsi əhəmiyyətsiz əqdlər olduğuna görə, mübahisə edilib-edilməməsindən asılı olmayaraq etibarsız əqdlərdir. Belə ki, xx.xx.2014-cü il tarixdə iddiaçı cavabdehlərə 153.000 ABŞ dolları məbləğində borc verməmişdir, həmçinin mövcud olmayan borca dair və cavabdehlərə məxsus olmayan əmlaklara dair iddiaçı ilə cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi də əhəmiyyətsiz əqd olmaqla, heç bir hüquqi nəticə yaratmır. Odur ki, hər iki müqavilə etibarsızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və 3 saylı Bakı “ASAN Xidmət” X7 notariusu Şahgəldiyev Rasim Mövsüm oğlu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 3M/444 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 80.000 ABŞ dolları borcdan ödənilməmiş qalan 75.000 (yetmiş beş min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilk iddia qalan, yəni 78.000 (yetmiş səkkiz) ABŞ dolları tutulması hissəsində rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə və xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin əhəmiyyətsiz əqdlər olduğuna görə etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Eləcə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, onlardan tutulacaq məbləğin 39212 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin olunan hissəsində maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, onlardan tutulacaq məbləğin 39212 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətnin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X15 iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, öz apellyasiya şikayətlərinin isə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, onlardan tutulacaq məbləğin 39212 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və 3 saylı Bakı “ASAN Xidmət” X7 notariusu Şahgəldiyev Rasim Mövsüm oğlu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 3M/444 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 2 il müddətinə qaytarmaq şərti ilə 80.000 ABŞ dollarını həmin günə olan məzənnə ilə 62.712 manat pulu nəğd şəkildə borca vermişdir. Müqavilənin 2-ci bəndinin şərtinə əsasən Cavabdeh1 və Cavabdeh2 müqavilədə göstərilən məbləği 2 il müddətində İddiaçı özünə və ya İddiaçı qohumu X5 AZN (Azərbaycan manatı) və ya ABŞ dolları məzənnədə qaytamaq öhdəliyini götürmüşlər. Müqavilə bağladığı və imzaladığı andan qüvvəyə minmişdir. Həmçinin, müqavilədə borcun faizsiz verildiyi şərtləndirilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış iş birliyinə dair xx.xx.2014cü il tarixli sadə yazılı formada tərtib edilmiş yazılı razılaşmada göstərilir ki, Cavabdeh1, Cavabdeh2 Ağasadıx oğlu, İddiaçı xx.xx.2014-cü ildə Yasamal rayonu Asan Xidməti nəzdində olan Notarian kontorunda imzaladıqları kredit müqaviləsinə əlavə olaraq aşağıdakı razılaşmaya gəlmişlər: 1.Kredit müqaviləsi bağlandığı 2 il müddətində 80.000 (səksən min) dollar (62.712 manat) kredit alan tərəf, İddiaçı və ya onun nümayəndəsinə hər ayın 20-si kredit alan tərəfin təklif etdiyi miqdarda (3.3 %) vəsait ödəyəcəkdir. Həmin məbləğ kredit alınmış vəsaitin hesabına ödənmədiyi üçün, kreditin miqdarını azaltmayacaqdır. 2.Kredit müddəti bitdikdə, kredit alan tərəf öz öhtəsinə götürür ki, evlərin bahalaşması nəticəsində İddiaçı ev almağa maddi imkanı çatmazsa, ona lazımi miqdarda maddi yardım göstərəcəkdir. Belə ki, verilmiş kreditin mənbəyi məhz kredit verən tərəfin evinin satılması nəticəsində formalaşmışdı. 3.Kredit faizi ödənişinin gecikdirilməsinə yol verilməməlidir. Beləsi baş verərsə, razılaşma şərtləri kredit vermiş şəxsin xeyrinə dəyişdirilə bilər. 4.Kredit vermiş şəxs səhhətinin imkanları daxilində müəssisənin fəaliyyətində iştirak edə bilər. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilədə göstərilir ki, İddiaçı bildirir ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları pulu borc olaraq vermişdir. Müqavilənin 1.2-ci bəndində göstərilir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə İddiaçı 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları pulu borc olaraq aldıqlarını etiraf edirlər. Müqavilənin 2-ci bəndində göstərilir ki, Cavabdeh1 və Cavabdeh2 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları borc pulu xx.xx.2018-ci il tarixdə İddiaçı tam qaytarmağı öhdələrinə götürürlər. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsində göstərilir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 İddiaçı ödənilməli olan 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları borc pulu ödəyəcəkləri zamana kimi adları aşağıda göstərilən - 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqları İddiaçı istifadəsinə verməyi öhdələrinə götürürlər. Cavabdeh1 və Cavabdeh2 müqavilədə göstərilən borc pulu İddiaçı qaytarana kimi adları yuxarıda göstərilən avadanlıqları İddiaçı istifadəsinə verməyi və borc ödənilməzsə geri tələb etməməyi öhdələrinə götürürlər. Öhdəlik yerinə yetirilməzsə İddiaçı siyahıda göstərilən əmlakın üzərində sərəncam verə bilər, satışa çıxara bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4478/2019 nömrəli qərardadı ilə gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə məhkəmədə mübahisə həll edilənədək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin predmeti olan, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsinin təminatı kimi İddiaçı istifadəsinə verməyi öhdələrinə götürdükləri Abşeron rayonu Novxanı kəndindəki (reyestr nömrəsi **********59-10301) pendir sexində yerləşən - 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqların üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4478/2019 nömrəli qanuni qüvvəyə minmiş qərardadı ilə “İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin predmeti olan və Abşeron rayonu Novxanı kəndindəki (reyestr nömrəsi **********59-10301) pendir sexində yerləşən, öhdəliyin təminatı kimi İddiaçı istifadəsinə verməyi öhdələrinə götürdükləri - 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqların cavabdehlər və digər şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsinə dair” iddianın təmin tədbirinin tətbiqi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə rədd edilmişdir. Məhkəmə ərizəni rədd edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 4478/2019 nömrəli qanuni qüvvəyə minmiş qərardadı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizəsi - “İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin predmeti olan və Abşeron rayonu Novxanı kəndindəki (reyestr nömrəsi **********59-10301) pendir sexində yerləşən, öhdəliyin təminatı kimi İddiaçı istifadəsinə verməyi öhdələrinə götürdükləri - 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiator-pastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqların cavabdehlər və digər şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsi” hissəsində rədd edilmişdir. Həmin avadanlıqlardan istifadənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, istehsalatın dayanmasına və maddi zərər vurulmasına xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndindəki (reyestr nömrəsi **********59-10301) pendir sexində fəaliyyət göstərən “xxxxxxxxxxx” MMC-nin və onun rəhbəri X1 hüquqlarının pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə qənaətə gəlmişdir ki, proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlar, işin araşdırılmış həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, cavabdehlər iddiaçıdan xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən 80.000 ABŞ dolları ekvivalentində 62.712 manat borc almışlar. Həmin borcu 2 il müddətinə qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər iddiaçıdan aldıqları 80.000 ABŞ dollarını pendir sexinin inkişafına, süd alınmasına və pendirin hazırlanması üçün yeni avadanlıqların alınmasına xərcləməli idi. xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2 il müddətinə qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə cəmi bir dəfə 80.000 ABŞ dolları ekvivalentində 62.712 manat borc vermişdir. Tərəflər arasında bağlanmış iş birliyinə dair xx.xx.2014-cü il tarixli sadə yazılı formada tərtib edilmiş yazılı razılaşmaya əsasən kredit müqaviləsi bağlandığı 2 il müddətində 80.000 (səksən min) dollar (62.712 manat) kredit alan tərəf, İddiaçı və ya onun nümayəndəsinə hər ayın 20-si kredit alan tərəfin təklif etdiyi miqdarda (3.3 %) vəsait ödəyəməyi, həmin məbləğ kredit alınmış vəsaitin hesabına ödənmədiyi üçün kreditin miqdarını azaltmayacağını şərtləndirmişlər. Cavabdehlər xx.xx.2014-cü il tarixli razılaşmaya uyğun olaraq iddiaçıya 2.630 ABŞ dolları, sonra 2.500 ABŞ dolları olmaqla, gəlirdən 6 ay ərzində hissə-hissə cəmi 15.000 manat pul ödəmişlər. Həmin məbləğ əsas borc olan 80.000 ABŞ dollarının məbləğini azaltmamışdır. xx.xx.2018-ci ildən sonra cavabdehlər iddiaçıya 80.000 ABŞ dolları borcdan 5.000 ABŞ dollarını qaytarmışlar, hazırda cavabdehlərin iddiaçıya xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 80.000- 5.000=75.000 ABŞ dolları borcu qalmışdır. Çünki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və rəsmi sənədlərlə təsdiq edildi ki, iddiaçı cavabdehlərə yalnız bir dəfə, yəni xx.xx.2014-cü il tarixdə 80.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bundan başqa iddiaçı cavabdehlərə hər hansı bir məbləğdə pul vəsaiti verməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə əhəmiyyətsiz müqavilə olmaqla etibarsızdır və tərəflər üçün hər hansı bir hüquq və öhdəlik yaratmır. Çünki, xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilədə İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 260.100 manat ekvivalentlə 153.000 ABŞ dolları məbləğində pulu borca verdiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə təsdiq edilir ki, iddiaçı cavabdehlərə xx.xx.2014-cü il tarixdə 2 il müddətinə qaytarmaq şərti ilə 80.000 ABŞ dollarını həmin günə olan məzənnə ilə 62.712 manat pulu nəğd şəkildə borca vermişdir. Buradan aydın olur ki, xx.xx.2014-cü il tarixdə 1 ABŞ dolları 0,7839 manat ekvivalentində olmuşdur. Əgər xx.xx.2014-cü il tarixdə iddiaçı cavabdehlərə 153.000 ABŞ dolları borc vermiş olsaydı, həmin məbləğ manatla məzənnədə 119.936,7 manat təşkil etməli idi, lakin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədə xx.xx.2014- cü il tarixi üçün 1 ABŞ dolları 1,70 manat ekvivalentində hesablanmışdır(halbu ki, xx.xx.2014cü il tarixdə 1 ABŞ dolları 0,7839 manat ekvivalentində olmuşdur). Bu halın özü də təsdiq edir ki, xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsızdır. Həmçinin, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsinin predmeti olan 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiatorpastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqlar iş üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus deyildir, üçüncü şəxs X1 qanuni təmsilçisi və rəhbəri olduğu “xxxxxxxxxxx” MMC-nin balansındadır. Cavabdeh1 və Cavabdeh2 “xxxxxxxxxxx” MMC-nin balansında olan əmlaklar barədə sərəncam vermək səlahiyyətləri olmamışdır. Odur ki, özlərinə məxsus olmayan əmlak barədə İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsi də əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsız əqdir və 1 ədəd Pak farm, 1 ədəd sadə vakuum, 1 ədəd azonla işləyən vakuum, 1 ədəd kompressor, 1 ədəd katol, 2 ədəd fuze, 1 ədəd qramaj, 1 ədəd 7 tonluq qazan, 2 ədəd 1 tonluq qazan, 1 ədəd radiator-pastelizator, 1 ədəd separator, 1 ədəd nehrə, 1 ədəd yağ bağlayan, 3 ədəd pendir vannası, 1 ədəd tambur, 3 ədəd laboratoriya, 1 ədəd havalandırma sistemi, 1 ədəd su filteri komplektindən ibarət avadanlıqlara dair iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu öhdəlik müqaviləsi - “xxxxxxxxxxx” MMCnin və onun rəhbəri X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, X13 çıxarışına əsasən “xxxxxxxxxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X2r. “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli V07/12-17 nömrəli rəyində göstərilir ki, Cavabdeh1 məxsus və xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında X3 icarəyə verilmiş Abşeron rayonu Novxanı kəndindəki (reyestr nömrəsi **********59-10301) pendir sexində fəaliyyət göstərən “xxxxxxxxxxx” MMCnin balandında olan 38 adda avadanlıq, 6 adda mebel və 1 ədəd avtomobil “xxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X3 məxsusdur. Məhkəmə iş üzrə araşdırma zamanı belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə və xx.xx.2019-cu il tarixli 3M-550 reyestr nömrəli öhdəlik müqaviləsi əhəmiyyətsiz əqdlər olmaqla, özlüyündə bağlandıqldarı andan əhəmiyyətsiz əqdlərdir və heç bir hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 340.1, 351.1, 386, 739.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı verdiyi apellyasiya şikayətində məhkəmə tərəfindən etibarsızlıqla bağlı bir illik iddia müddətinin buraxılması barədə Mülki Məcəllənin 354-cü maddəsinin tətbiq edilməsinə dair iddiaçının dəlillərinə qiymət verilməməsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilməsini ehtiva edir. Hazırki işdə kollegiyanın qənaətinə görə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş “mövcud borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixli 3M-362 reyestr nömrəli mücərrəd müqavilə və xx.xx.2019-cu il tarixli 3M-500 reyestr nömrəli öhdəlik müqaviləsi əhəmiyyətsiz əqdlər olmaqla, özü-özlüyündə bağlandıqları andan əhəmiyyətsiz əqdlərdir, heç bir hüquqi nəticə yaratmır və görünüş üçün bağlanmış əqdlər olduğundan, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbinə əsasən bağlandıqları andan etibarsız əqdlərdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 351-ci maddəsinin tətbiq edilməməsinin prosessual pozuntu kimi qiymətləndirilməli olması barədə apellyatorun dəlilləri ilə razılaşmır və bunu qətnamənin ləğvi üçün əsaslı olan prosessual pozuntu hesab etmir. Kollegiya apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə almaması barədə dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından gürünür ki, iddiaçı tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər hansı bir tələb irəli sürməmişdir.Ona görə də kollegiya apellyatorun həmin dəlillərini əsaslı hesab etmir. Kollegiya iddiaçının apellyasiya şikayətinin digər dəlillərini də yoxlayıb hesab edir ki, həmin dəlillər də qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Çünki birinci instansiya məhkəməsi həmin dəlillərə qətnamədə kifayət qədər aydın və əsaslandırılmış qiymət vermişdir və kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin borc məbləğinin 39212 manat olması barədə dəlilini əsaslı hesab etmir və birinci instansiya məhkəməsinin borcun məbləği barədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və həmin dəlili qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab etmir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6066/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6066/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver