Məhkəmə qərarları › İş №2(103)-607/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-607/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-607/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh6 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Cavabdeh6 ASC Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və “TAPAT” firmasına qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı kredit müqaviləsi üzrə 06.02.2019-cu il tarixdə Banka borclu olduğu 636.952,93 manat məbləğində əsas borcu, 138.917,53 manat məbləğində faiz borcu, 70236 manat məbləğində cərimə borcu, ümumilikdə isə 846.106,46 (səkkiz yüz qırx altı min yüz altı manat 46 qəpik) manat məbləğində pulun, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, İddiaçı2, İddiaçı3 və “TAPAT” firmasından Cavabdeh6 ASC-nin xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətlərini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən ümumi sahəsi 123,5 kv.m ibarət qeyri-yaşayış sahəsinə, ünvan 2 ünvanında yerləşən 170,3 kv.m ümumi, 121,1 kv.m yaşayış, 49,2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzilə, ünvan 2 ünvanında yerləşən 69,3 kv.m ümumi, 38,1 kv.m yaşayış, 31,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı1-nə ödənilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra əmlakın boşaldılması, mənzillərə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı3 və İddiaçı4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların mənzillərdən məcburi qaydada çıxarılmaları və mənzillərin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı2, İddiaçı3, İddiaçı4, “Tapat” firması isə Cavabdeh6 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2014-cü il tarixli, 122903-1-10915 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə Bankın İddiaçı2 ilə bağladığı 01 may 2014-cü il tarixli, 103783-NEDVİJ-2689 saylı, İddiaçı4 ilə bağladığı 14 avqust 2014-cü il tarixli, 235158 saylı, İddiaçı3 ilə bağladığı 01 may 2014-cü il tarixli, 117214NEDVİJ-2688 saylı Daşınmaz əmlakın ipoteka müqavilələrinin və Bank ilə İddiaçı2, İddiaçı3 və “TAPAT” firması arasında müvafiq olaraq bağlanmış 02 may 2014-cü il tarixli, 103783-7-7163 saylı, 02.05.2014-cü il tarixli, 1172147-7164 saylı və 12.05.2014-cü il tarixli, 124275-G_RAN-134 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən ümumi sahəsi 125,5 kv.m ibarət qeyri-yaşayış sahəsinin, İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 71A saylı mənzilin və Taleh İsmayılovun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 14.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı2 və digərlərinin iddiası üzrə olan mülki iş Cavabdeh6 ASC-nin iddiası üzrə olan işə birləşdirilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh6 ASC-nin iddiasını ilkin iddia, İddiaçı2 və digərlərinin iddiasını isə birləşdirilən iddia kimi qeyd etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-53/21) Cavabdeh6 ASC-nin iddiası qismən təmin edilərək Cavabdeh1 24 avqust 2015-ci il tarixli 122903-1-10915/2 saylı “Kommersiya krediti müqaviləsi” üzrə 636.952,93 manat məbləğində əsas borc, 138.917,53 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 777870,46 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh6 ASC-yə ödənilməsi qət olunmuş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə həmçinin birləşdirilmiş iddia tələbi qismən təmin olunaraq Cavabdeh6 ASC ilə İddiaçı2 arasında bağlanmış 02 may 2014-cü il tarixli 103783-7-7163 saylı, Bank ilə İddiaçı3 arasında bağlanmış 02 may 2014-cü il tarixli 117214-7-7164 saylı və Bank ilə “TAPAT” firması arasında bağlanmış 12 may 2014-cü il tarixli 124275-G_RAN-134 saylı zaminlik müqavilələri xitam edilmiş, ipoteka ilə yüklü edilmiş və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. 125 ünvanında yerləşən ümumi sahəsi 123,5 kv.m. ibarət qeyri-yaşayış sahəsinin, İddiaçı3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 170,3 kv.m. ümumi, 121,1 kv.m. yaşayış, 49,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 9 saylı mənzilin və İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 69,3 kv.m. ümumi, 38,1 kv.m. yaşayış, 31,2 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 71A saylı mənzilin ipoteka yüklülüyü ləğv olunmuş, birləşdirilmiş iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və çikayətində qətnaməni ilk iddianın təmin olunmamış və birləşdirilmiş iddianın təmin edilmiş hissələrində mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı tərəflər aralarındakı mübahisəni barışıqla həll etdiklərini bildirərək bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və onun təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni Cavabdeh6 ASC, Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və “TAPAT” firması arasında bağlanılmış 11 (on bir) bənddən ibarət aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Bakı Apellyasiya Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı Cavabdeh6 ASC-nin cavabdehlər Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və “Tapat” firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair, həmçinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və “Tapat” firmasının Cavabdeh6 ASC-nə qarşı ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair bir icraatda birləşdirilmiş iddia tələbinə dair 2(103)-607/2022 saylı mülki işə baxılır.

2. “Bank” ilə “Kredit alan” arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 122903-1- 10915/2 saylı “Kommersiya krediti müqaviləsi” üzrə “borcluların” Banka 05.01.2022-ci il tarixə müştərək qaydada 636.952,93 manat məbləğində əsas borc, 138.917,53 manat məbləğində faiz borcu, 70.236 manat məbləğində cərimə borcu olmaqla, cəmi 846.106,46 (səkkiz yüz qırx altı min bir yüz altı, 46) manat məbləğində borcu müəyyən olunur.

3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş “Borclular”ın müştərək qaydada Banka 846.106,46 (səkkiz yüz qırx altı min bir yüz altı, 46) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borc məbləğinin 636.952,93 (altı yüz otuz altı min doqquz yüz əlli iki, 93) manat 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödənilir. Barışıq sazişi təsdiq olunduqdan sonra Borclulara 13 aylıq güzəşt müddəti (3.1-ci bəndə uyğun) verilir. Barışıq sazişi üzrə 9 ay müddətinə 85.547 manat ödənildiyi təqdirdə İddiaçı4 məxsus ünvan 5 ünvanında yerləşən 71A saylı mənzil girovdan azad olunacaqdır Barışıq sazişi üzrə 11 ay müddətinə 333.940 manat ödənildiyi təqdirdə İddiaçı3 məxsus ünvan 5 ünvanında yerləşən 9 saylı mənzil girovdan azad olunacaqdır. Ümumilikdə, Saziş imzalandıqdan sonra 636.952,93 manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və 60 gün ərzində ipoteka predmeti yüklülükdən azad olunacaq.

3.1. Ödəniş cədvəli:

1 0 10 165.026 2 0 11 83.370 3 0 12 0 4 0 13 0 5 0 14 0 6 0 15 0 7 0 16 0 8 0 17 151.433 9 85.547 18 151.577

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 846.106,46 manat məbləğində borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı3 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 170,3 kv.m. olan 9 saylı mənzilin ilkin satış qiyməti 283.000 (iki yüz səksən üç min) manat, İddiaçı4 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 69,3 kv.m. 71A saylı mənzilin ilkin satış qiyməti 97.000 (doxsan yeddi min) manat və İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125-də yerləşən ümumi sahəsi 123,5 kv.m. ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 427.000 (dörd yüz iyirmi yeddi min) manat müəyyən olunur. 4.3. “Borclular” 3-cü bəndində nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlakların ilkin satış qiymətləri müvafiq olaraq müəyyən olmaqla açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait “Borclular”ın kredit borcu üzrə “Bank”a ödənilir. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmasa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan kredit borcunun ödənilməsinə yönəldilir.

5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2 bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

7. Bu Barışıq sazişinin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.

Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti qismən təmin olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar