Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6071/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6071/2022 (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi və s.) Bakı şəhəri 12 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli e-2(006)-2650/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASCnin "xxxx" ASC-yə və qeyrilərinə qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, 2.848.996,91 manat kredit borcunun cavabdehdən tutulması və tələbin digər cavabdehlər tərəfindən girov qoyulmuş səhmlərə yönəldilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən “ünvan 1i ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini iddiaçıya aylıq icarə haqqı 1000 manat olmaqla, xx.xx.2030-cu il tarixədək icarəyə vermişdir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsində dəyişiklik edilmiş, 7-ci bəndində qeyd edilmiş «İcarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir. xx.xx.2021-ci il tarixli iddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış icarə müqaviləsinə əsasən iddiaçı Biləsuvar rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə iddiaçıya aylıq icarə haqqı 6000 manat olmaqla, xx.xx.2023-cü il tarixədək icarəyə vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Biləsuvar rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2030-cu ilədək, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən müqavilə bağlananadək Biləsuvar rayonu Səmədabad kəndində yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsində dəyişiklik edilmiş, 7-ci bəndində qeyd edilmiş «İcarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Babazadə X8 rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən İcarəçi tərəfindən İcarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödənilməsi nəzərdə tutulmuş, müqavilənin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları Natiq Cəfərov və Nümayəndə2 "xxxx" ASC-yə məxsus fabrikə qələrək, cəmiyyətin bankda kredit müqaviləsi üzrə girov qoyulduğunu və səhmdar cəmiyyətin artıq bank tərəfindən alındığını iddia edərək heç bir sənəd təqdim etmədən fabrikə daxil olub, əvvəlcədən heç bir xəbərdarlıq etmədən icarəçinin inzibati ərazidə fəaliyyətinə icazə verməyərək onları kənarlaşdırmışlar. Buna baxmayaraq icarəçi "xxxx" ASC bankın qanunsuz hərəkətlərinə qarşı heç bir addım atmamış, heç bir etiraz etmədən və icarəyəverən İddiaçı məlumat vermədən icarəyə götürdükləri inzibati ərazidən çıxmışlar. İddiaçı hadisədən bir neçə gün sonra bundan məlumatlı olmuşdur. Araşdırma zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin "xxxx" ASC-yə və qeyrilərinə qarşı «kredit borcun qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, kredit borcunun cavabdehdən tutulması və tələbin digər cavabdehlər tərəfindən girov qoyulmuş səhmlərə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında mübahisələndirilmiş, lakin qüvvədə saxlanılmışdır. İcra işinin materialları ilə tanış olarkən məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. Daha sonra müxtəlif tarixlərdə hərracın təşkili ilə bağlı "xxxx" MMC-yə və «X5» MMC-yə sifarişlər verilmişdir. Ən nəhayət harracın təşkili Bakı Fond Birjasına həvalə olunmuşdur. İcra işinin materiallarında girov qoyulmuş qiymətli kağızların bank tərəfindən alınmasını, səhmlərin hərracda satılmasını təsdiq edən hərrac protokolu yoxdur. Bank tərəfindən icarəçiyə əmlakın boşaldılmasına əsas olan məhkəmə qətnaməsi, alınmış səhmlərlə bağlı səhmdar cəmiyyətin dövlət qeydiyyatında dəyişikliklər edilməsi (rəhbər dəyişikliyi, idarə heyəti üzvləri) barədə sənədlər təqdim edilmədən özbaşınalığa yol verilmişdir. Bundan sonra əmlakın boşaldılması, səhmdar cəmiyyətə məxsus avadanlıqların təhvil-təslimi aparılmamış, qeyd edilən hərəkətlərdə məhkəmə qərarını icra etməli olan orqan səlahiyyətli nümayəndəsi iştirak etməmiş, qanunsuz olaraq bankın mühafizə şöbəsinin əməkdaşları inzibati binanı mühafizəyə alaraq iddiaçının və orada çalışan şəxslərin əraziyə daxil olmasına imkan verməmişlər. Hesab edir ki, Cavabdeh ASC-nin əməkdaşlarının icarəyə götürülmüş əmlaka heç bir hüquqi əsas olmadan, özbaşına daxil olmaları qanunsuz hesab edilməli, həmin şəxslərin barəsində xüsusi qərardad çıxarılmalı və vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh ASC səhmlərin hərracdan alındığı əsas gətirməklə "xxxx" ASC-nin dövlət qeydiyyatında heç bir dəyişiklik etmədən və əmlakın boşaldılması, qanunsuz sahiblikdən tələb edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadan qanunsuz olaraq icarəyə götürülmüş əmlaka daxil olmuş, cəmiyyətin, icarəçinin, orada çalışan əməkdaşların əmək fəaliyyətini, hüquqlarını pozmuş və bununla da İddiaçı maddi ziyan vurmuşdur. Halbuki təqdim edilmiş sənədlərdən də görünür ki, bankdan götürülmüş kredit öhdəliklərinin təminatı daşınmaz əmlak deyil, "xxxx" ASC-nin və digər şəxslərin səhmləri olmuşdur. Səhmlərin hərracdan alınması (əgər alınmışdırsa) və balansa götürülməklə onların mərkəzi depozitlarda reyestr qeydiyyatına alınması banka, əmlaka daxil olmaq, orada mühafizə təyin etməyə əsas verməmişdir. Cavabdeh ASC müəyyən edilmiş davranış qaydasını aşkar surətdə pozmaqla, qanunla nəzərdə tutulmayan üsul və vasitələrdən istifadə etmədən icarədə olan əmlakı özbaşına götürmüşdür. Halbuki, bank bu hüququnu əmlakı özbaşına götürməklə deyil, məhkəməyə müraciət etməklə həyata keçirməli idi. Hesab edir ki, səhmlər alındıqdan sonra səhmdarların ümumi yığıncağı keçirilməli, cəmiyyətin qanunvericiliyə uyğun fəaliyyəti təşkil edilməli, idarəetmə strukturu formalaşdırılmalı, idarə heyətinin sədri və üzvləri təyin edilməli və digər hərəkətlər (hüquqi ünvan və s.) edilməli idi. Daha sonra hüquqların müdafiəsi məhkəmə qaydasında təmin ediməli, məcburetmə ilə bağlı tədbirlər icra məmurları tərəfindən tətbiq edilməli idi. Qanunvericiliyin qeyd edilən tələbləri olduğu halda heç bir əsas olmadan, xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan və aidiyyəti üzrə icra məmuru iştirak etmədən "xxxx" ASC-nin özbaşına olaraq, vətəndaşın iradəsinə zidd olaraq inzibati binaya daxil olması nəticəsində İddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuş, onun işgüzar nüfuzuna zərər vurulmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğundan və ləğv edilmədiyindən əldən çıxmış fayda olaraq 36.000 manat, işgüzar nüfuzu vurulmuş zərərə görə 5.000 manat, cəmi 41.000 manat Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməli, Cavabdeh ASC-nin həmin əmlakda faktiki fəaliyyəti qanunsuz hesab edilməli və əməkdaşları fabrikdən çıxarılmalıdır. Bundan başqa, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı "xxxx" ASC qarşısında icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunmasına dair öhdəlik götürmüşdür. Belə olduğu halda həmin ərazidə baş verə biləcək hadisəyə görə kimin məsuliyyət daşıması da sual altında qalır. Həmçinin İddiaçı tərəfindən icarəyə götürülmüş əmlakda müəyyən yaxşıdaşdırma işləri aparılmış, fabrikin qaz təchizatı təmin edilmiş, bununla bağlı külli miqdarda xərc çəkilmiş və nəticə olaraq girov predmeti olmayan və icarəçi tərəfindən alınmış əmlaklar və görülmüş işlər Cavabdeh ASC tərəfindən mənimsənilmişdir. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında olan icarə münasibətlərinə xitam verilməmiş, icarə müqaviləsi qüvvədədir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin icarəyə götürülmüş əmlaka daxil olmaqla hərəkətlərinin və hazırki fəaliyyətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-nin icarəyə götürülmüş əmlakdan məcburi çıxarılması, cavabdehdən əldən çıxmış fayda olaraq 36.000 manatın, 5.000 manat işgüzar nüfuza vurulmuş zərərin, 213 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2650/2022 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin mütləq tələbləri pozulmuş və həmin pozuntular əsasında icarə müqaviləsi bağlanmışdır. Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydaları pozmaqla bağlanmış əqd qanunsuz hesab edilməli və heç bir hüquqi nəticə doğura bilməz. Bundan başqa mübahisəli əmlakın qanuni sahibliyi və istifadəçisi, həmçinin mülkiyyətçisi Cavabdeh ASC olmuş, onun razılığı olmadan icarə müqaviləsi bağlanmışdır. Bu halda iddiaçının hərəkətlərin qanunsuz hesab edilməsi, icarəyə götürülmüş əmlakdan məcburi çıxarılma tələbi əsassız və qanunsuzdur. Həmçinin iddiaçının tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin hərəkətləri nəticəsində ona hər hansı bir zərərin vurulmasını təsdiq edən sübutlar təqdim olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 49-1.2, 99.3, 107-10.7, 700.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1. 76.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
15. Maddə 49-1.2 Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır.
16. Maddə 99.3 Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır.
17. Maddə 107-10.7 Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz. 18 Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
19. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur
20. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh ASC-yə olan 2.337.516,80 manat əsasn borc, 345.529,28 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163.950,83 manat pul, ümumilikdə cəmi 2.848.996,91 manat məbləğində pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən və X7 müştərək qaydada tutulması, tutumanın: 1. X10 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 204.928 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********); 2. X2 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 65.787 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********); 3. X3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 62.612 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********); 4. X4 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 40.000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********); 5. X1 məxsus, xx.xx.1998ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 19.360 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********) vəz amin X10 yönəldilməsi, girov predmeti olan qiymətli kağızlar Bakı fond birjasında satışa çıxarılması, "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh ASC-yə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin X9 hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğin borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada "xxxx" ASC-dən və X7 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
31. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ.Cəfərov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
32. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Biləsuvar rayonu Səmədabad kəndi ünvanında 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən - "xxxx" ASC-nin balansında olan (Biləsuvar rayonu Səmədabad) 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2030-cu ilədək, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən müqavilə bağlananadək Biləsuvar rayonu Səmədabad kəndində yerləşən qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
33. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsində dəyişiklikdən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 43 saylı notarial ofisində 3M-2183 reyestri icarə müqaviləsi rəsmiləşdirmişdir. Qarşılıqlı razılaşma əsasında icarə müqaviləsinə dəyişiklik olaraq icarə müqaviləsinin 7-ci bəndində qeyd edilmiş «İcarəçi» icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir.
34. «İcarəçi» qismində "xxxx" ASC ilə «İcarəyə verən» İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyə verən» Babazadə X8 rayonu Səmədabad kəndi "xxxx" ASC-nin mülkiyyətində olan icarə müqaviləsin qeyd olunan aşağıdakı əmlaklar: 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən İcarəçi tərəfindən İcarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödənilməsi nəzərdə tutulmuş, müqavilənin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir.
35. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X6 Şöbəsi tərəfindən «Alyans» Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ASC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" ASC-nin əmlakı xx.xx.2021-ci il tarixdə tərəflərdən mühafizəyə qəbul olunmuşdur. Cavabdeh ASC-nin digər müraciətə əsasən isə həmin müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir
36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən icarə müqaviləsinin Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydaları pozmaqla bağlandığını və heç bir hüquqi nəticə doğura bilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
37. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi yuxarıda qeyd edilən Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydaları pozmaqla bağlanmış, ona görə də, o müqavilə qanunsuz hesab edilməklə, heç bir hüquqi nəticə yarada bilməz və həmin müqavilə əsasında iddiaçının mübahisəli əmlıaka hər hansı bir istifadə hüququ yarana bilməz. Belə olan halda iddiaçının icarəyə götürülmüş əmlakdan məcburi çıxarılma tələbi də əsassız və qanunsuzdur.
38. Bundan başqa kollegiya qeyd edir ki, İddiaçı hazırki iddia tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin hərəkətləri nəticəsində ona hər hansı bir zərərin vurulmasını təsdiq edən sübutları nə birinci instansiyasına nə dəki apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
39. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin dispozisiyasında mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2650/2022 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov