Məhkəmə qərarları › İş №2(103)-6074/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6074/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6074/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-337/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 388937,16 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə və vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 dələduzluq yolu ilə İddiaçı 388937,16 ABŞ dolları məbləğində pulunu ələ keçirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə zərərçəkmişə külli miqdarda ziyan vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona vurulan maddi zərərin miqdarı 388937,16 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hökmdə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarının olduğu izah edilmişdir. Məhkəmə hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2008ci il tarixdən xx xxxxxxx 2010-cu il tarixədək olan müddətdə “xxxxxxxxx” ASC-nin Əhmədli filialında işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, əsassız şəkildə Rusiya Federasiyasının vətəndaşı İddiaçı 20000 manatdan çox pul vəsaitinin öz adından əmanətə qoyulmasının mümkün olmamasını, əks halda həmin əmanət hesabının nəzarətə götürüləcəyini yalandan bildirib, sonuncunun pulunu özünün əlverişli şərtlərlə rəhbərlik etdiyi filialda illik 12% dərəcəsi ilə əmanət kimi yerləşdirəcəyinə, faizlərin əsas məbləğə əlavə edilməklə gəlir əldə edəcəyinə və həmin pul vəsaitlərini qorumaqla etibarlı şəkildə idarə edəcəyinə dair vədlər vermişdir. Cavabdeh1 iddiaçıdan 2008-ci ilin oktyabr ayında rəhbərlik etdiyi filialın yerləşdiyi ünvanda 300000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq, xx xxxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2010-cu il tarixədək illik 13-17% dərəcəsi ilə rəhbərlik etdiyi bank filialında qohumu Cavabdeh2 adına açılan əmanət hesabına yerləşdirməklə, həmin müddət ərzində hesablanmış 85733 ABŞ dolları faiz pullarını, xx xxxxxx 2011-ci il tarixdə isə əsas məbləği sonuncunun vasitəsilə həmin bankın xəzinəsindən nağd olaraq çıxardıqdan sonra özünü etibarlı şəxs kimi göstərmək məqsədilə, həmin tarixdə iddiaçıya 20000 ABŞ dolları faiz gəliri kimi, 80000 ABŞ dolları isə əsas məbləğ olmaqla cəmi 100000 ABŞ dolları qaytarmışdır. Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixdə 266400 ABŞ dollar məbləğində pul vəsaitini “xxxxxxxx” ASC-nin Azadlıq filialında Cavabdeh2 adına açdığı depozit hesabına yerləşdirmiş, həmin pul vəsaitindən xx xxxxxx 2011-ci il tarixdə 66400 ABŞ dollarını Cavabdeh2 nağd şəkildə götürmüş, xx xxxx 2013-cü il tarixdə “xxxxxxxx” ASC-nin Mərkəzi filialında sonuncunun adına açılan əmanət hesabına köçürmüşdür. xx xxxxxx 2011-ci il tarixdən xx xxxx 2013-cü ilədək bank hesabında olan 200000 ABŞ dolları məbləğində pul vasitəsinə 69017,5 ABŞ dollar məbləğində faiz hesablanmışdır. xx xxxx 2013-cü ildən xx xxxx 2015-ci il tarixədək bankda olan əsas məbləğinə görə 21686,66 ABŞ dolları faiz kimi hesablanmışdır. Cavabdeh1 2013-cü ilin fevral ayında iddiaçıdan əlavə olaraq 12500 ABŞ dolları almışdır. İddiaçıya dəyən maddi zərər müvafiq məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İddiaçı aldandığına görə, həmin müddət ərzində həm özu, həm ailə üzvlərinin stress keçirərək dəfələrlə təcili yardıma və xəstəxanaya müraciət etdiklərinə istinad edərək, ona 50000 manat dəyərində mənəvi ziyan vurulduğunu göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 337/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 388937,16 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi Cavabdeh2 qarşı hissədə, habelə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərin əməlləri nəticəsində o həm də mənəvi zərər çəksə də, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini mənəvi zərərlə bağlı hissədə rədd etmişdir. Bundan əlavə, Cavabdeh2 əməlində cinayət tərkibi aşkar edilməsə də, Cavabdeh1 tərəfindən məhz onun adına depozit hesablarının açılması Cavabdeh2 bu işdə bilavasitə maraqlı olduğunu göstərir. İşə baxan məhkəmə bu halı nəzərə almayaraq, iddia tələbini Cavabdeh2 qarşı hissədə təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etmək və ya məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmaq niyyətini bildirməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq, apelyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-337/2020 saylı qətnaməsi İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(101)- 873/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh1 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı külli miqdarda əmlakını ələ keçirmiş, külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, hökm xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan müstəntiqin sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində olan cinayət işinin istintaqı nəticəsində Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən, zərər --- cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İddiaçı 388937,16 ABŞ dolları məbləğində maddi zərər vurulduğu öz təsdiqini tapır. Lakin, iş materiallarında olan məhkəmə hökmündən görünür ki, İddiaçı 388937,16 ABŞ dolları məbləğində maddi zərərin vurulması ilə nəticələnən dələduzluq cinayət əməli üzrə Cavabdeh1 təqsirli bilinmiş, Cavabdeh2 əməllərində cinayət tərkibi aşkar edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 qarşı hissədə qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı mübahisələndirilən qətnamədən narazılığı mənəvi zərərlə bağlı hissədə iddianın təmin olunmaması ilə bağlıdır. İddiaçı mənəvi ziyan tələbini onunla əsaslandırmışdır ki, cinayət hadisəsi ilə əlaqədar o və ailəsi sarsıntı keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışının şərh olunması ilə əlaqədar xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı haqlı olaraq hesab etmişdir ki, iddiaçı bu hissədə öz tələbini əsaslandıra bilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 337/2020 saylı qətnaməsi İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar