Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6079/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümatəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)-4178/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 11284 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)- 4178/2019 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuşdur. İddiaçı və cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(103)-2831/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)-4178/2019 saylı, qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi 11284 manat 65 qəpik məbləğində pul, taksi xidmətindən istifadə üçün xərclənilmiş 328 manat 97 qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddiaçının apellyasiya şikayəti verilməsi üçün ödədiyi 15,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasınnı 19 aprel 2021-ci il tarixli, 2(102)-656/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(103)-2831/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında müvafiq razılığın əldə olunduğunu, bu səbəbdən də barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını, barışıq sazişini və sazişinin təsdiq olunması, bununla bağlı ərizələri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)-4178/2019 saylı qətnaməsi ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 30 iyun 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1) Tərəflər qəbul edirlər ki, **-CK-*** nömrəli «Renault Megane» minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər iddiaçının 10000 (on min) manat vəsaiti hesabına təmir edilməklə ortadan qaldırıldığından və həmin vəsaitin 4000 (dörd min) manatının sığorta şirkəti tərəfindən ödəndiyini nəzərə alaraq cavabdehin iddiaçıya dəymiş zərərin əvəzi olaraq 6000 manat məbləğində pul ödənilməsi razılığına gəlmişlər. 2) Cavabdehlər hər ay 2000 (iki min) manat ödəməklə 3 ay ərzində qeyd olunan vəsaitin ödənməsini öhdəsinə götürür. 3) Barışıq sazişi imzalandığı andan qvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədə qüvvədədir. Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 30 iyun 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: 1) Tərəflər qəbul edirlər ki, **-CK-*** nömrəli «Renault Megane» minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər iddiaçının 10000 (on min) manat vəsaiti hesabına təmir edilməklə ortadan qaldırıldığından və həmin vəsaitin 4000 (dörd min) manatının sığorta şirkəti tərəfindən ödəndiyini nəzərə alaraq cavabdehin iddiaçıya dəymiş zərərin əvəzi olaraq 6000 (altı min) manat məbləğində pul ödənilməsi razılığına gəlirlər. 2) Cavabdehlər hər ay 2000 (iki min) manat ödəməklə 3 ay ərzində qeyd olunan vəsaitin ödənməsini öhdəsinə götürür. 3) Barışıq sazişi imzalandığı andan qvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədə qüvvədədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)- 4178/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6079/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6079/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver