Məhkəmə qərarları › İş №2(103)-6081/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6081/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6081/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8224/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 000 manat məbləğində pulun, 2 ilin gecidirməyə görə 5% hesablanmaqla 2000 manat pulun, əldən çıxmış faydaya görə 5000 manat pulun, uçot faiz dərəcəsi üzrə 5000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 32030 manat pulun tutularaq iddiçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8224/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh borclu olduğu 12 000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddiann qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 38%-i, yəni 11 (on bir) manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 62%-i, yəni 19 (on doqquz) manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 2016-cı ilin mart ayında tanışı ilə çayxanada çay içərkən əvvəllər tanıdığı Ağayev Mirəddin adlı şəxs gələrək onlarla oturmuşdur və Novruz bayramı ilə bağlı əfv olacağını bildirmişdir və o, tanışı İddiaçı oğlunun cəzasının azaldılması üçün çalışdığını dedi və M.Ağayev onun adını siyahıya saldıra biləcəyini dedi və bunun üçün 20.000 manat pul lazım olduğunu bildirdi . Bu barədə İddiaçı ilə danışdı, sonuncu bununla razılaşdı və və iddiaçıdan götürdüyü 20000 manatı M.Ağayevə verdi və bu işin düzələcəyinə vəd vermişdir. Lakin əvf barədə siyahıya adı salınmadığı məlum olmuşdur. Bu zaman M.Ağayev MTN-də işləyən tanışı Vidadi Qubadov vasitəsilə Ali Məhkəmədə işi həll etdirəcəyinə vəd vermişdir və M.Ağayevdən ona verdiyi pulun 10.000 manatını hissə-hissə alaraq V.Qubadova vemiş, lakin iş alınmamışdır və bir müddət sonra V.Qubadov intihar etmişdir. Bundan sonra İddiaçı ilə aralarında xx xxxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır . Onun tərəfindən iddiaçıya 8000 manat bir dəfə, sonra isə 2000 manat pul qaytarılmışdır, iddiaçı 8000 manatı alması barədə imza etmişdir , lakin 2000 manatı alarkən bu barədə iltizam verməmişdir. Sonra ona məlum olmuşdur ki, iddiaçı X3 ilə görüşərək 10.000 manat məbləğində borc verilməsi ilə bağlı kredit müqaviləsi bağlamışdır. X1 Məcəlləsinin 178.2.1. və 178.3.2. maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci ilin yanvar tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır və istintaqda verdiyi ifadəsində iddiaçıya 2000 manat qaytarmağını göstərmişdir, bunu pay olaraq verməyini bildirmişdir. Lakin heç bir pay verilməsi olmamışdır və o, götürdüyü puldan qaytarmışdır. O, ümumilikdə iddiaçıya 10.000 manat məbləğində pul qaytarmışdır. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən X3 tərəfindən İddiaçı 10.000 manat məbləğində pul qaytarılmışdır və bu barədə İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə notariatda təsdiq edilmiş ərizə verilmişdir, ərizədə ona dəymiş ziyanın ödənilməsini və M.Ağayevə qarşı heç bir şikayətinin olmadığını göstərmişdir . Ərizə 21 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Bütün qeyd etdikləri hökmdə də öz əksini tapmışdır və iddiaçı ziyanın ödənilməsini bildirmişdir. Həmçinin ittiham aktı ilə də onun iddiaçıya 2000 manat verməyi sübuta yetirilmişdir. Aydın olur ki, onun tərəfindən iddiaçı qarşısında götürdüyü öhdəlik tam şəkılkdə yerinə yetirilmişdir.İddiaçı verdiyi 20.000 manatı tam olaraq geri almışdır və öhdəliyə xitam verilmişdir. O, bu barədə işə baxılarkən bildirsə də məhkmə tərəfindən qətiyyən araşdırılmamış və qiymət verilməmişdir . İddiaçı əlavə vəsait əldə etmək naminə belə bir iddia qaldırmışdır .Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə iddiaçıya təqsirləndirilən şəxs M.Ağayev tərəfindən maddi ziyan, yəni 10.000 manat ödənildiyi sübuta yetirilmişdir və yenidən sübut edilməyə ehtiyac yoxdur. Həmçinin ittiham aktında da 2000 manat aldığını etiraf etmişdir. Lakin işə məhkəmə tərəfindən birtərəfli baxılaraq ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, 2000 manat bir dəfə vermiş, 8000 manat da istintaq mərhələsində ödəmişdir. Vidadi öldüyünə görə pulu özü ödəmişdir. Onun xəbəri olmadan Gözəlxanım Mirəddin ilə müqavilə bağlamışdır. Gözəlxanıma 2000 manatı pay verməmişdir, lakin istəsəydi həmin məbləği pay da verərdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2016-cı il tarixində bağlanmış kredit müqaviləsinə əsasən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh xx xxxxxxx 2016-cı il tarixədək qaytarılması şərti ilə 20 000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin borc pulu xx.xx.2016-cı il tarixində qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçının verdiyi izahata əsasən məlum olur ki, cavabdeh həmin borc məbləğindən 8 000 manatı iddiaçıya qaytarmışdır, 12 000 manat borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni şikayət verənə münasibətdə təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin apellyasiya şikayəti üzrə, təmin edilən hissədə və ona münasibətdə yoxlanılır, təmin edilməyən hissədə və iddiaçıya münasibətdə isə qətnaməyə toxunulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin edilən hissə üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən xx xxxxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, hər iki müqavilədə iddiaçının cavabdehə 20000(iyirmi min) manat verməsi təsdiq olunur və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan müqavilələrdə nəzərdə tutulan məbləğin tam həcmdə qaytarıldığını, yəni təmin olunan məbləğdən 2000 manatın özü, 10000 manatın isə Mirəddin Ağayev adlı şəxs tərəfindən qaytarıldığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquqi yaxud digər hüquqa uyğun olmayan münasibətlərindən yaranmış, münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn münasibətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud da hazırki işdə olduğu kimi mövcud borcun etirafı və kredit müqavilələrini başqa münasibətlər nəticəsində bağlandığını və həmin məbləği qaytardıqlarını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən də qeyd olunan müqavilələr bağlansa da cavabdeh iddiaçıdan aldığı pulu qaytardığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, notariat qaydasında bağlanmış müqavilələrin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını və həmin müqavilələrdə göstərilən məbləği hansı formada qaytardığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilmir yaxud da çatdırmaq istəmir. Buna görə də, həm qeyd olunan halları, həm də məhz notariat qaydasında bağlanmış, yuxarıda göstərilən müqavilələrdə nəzərdə tutulan məbləğin qaytarıldığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir mötəbər sübut da onun tərəfindən təqdim edilməmişdir. Belə ki, əgər Mirəddin Ağayev tərəfindən iddiaçıya hansısa məbləğdə pul qaytarılmışdırsa belə, bu vəsaitin cavabdehin iddiaçıya qeyd olunan müqavilələrdə nəzərdə tutulan, qaytarılmalı olan pula aid olması təsdiq olunmur. Cavabdeh bu halın Mirəddin Ağayevin barəsində olan ittiham hökmü ilə də müəyyən olunduğunu bildirsə də, həmin hökmdə sonuncunun iddiaçıya qaytardığı məbləğin hazırki iş üzrə cavabdehin iddiaçıya qaytarmalı olduğu pulun tərkib hissəsi olduğu qətiyyən təsdiq olunmur. İddiaçının istintaq orqanında verdiyi izahatında cavabdehin ona 2000 manat pay verdiyini bildirməsi də həmin məbləğin hazırki iddiada göstərilən məbləğə aid olduğunu təsdiq etmir. Buna görə də cavabdehin şikayəti əsaslı ola və təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8224/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar