Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6082/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3664/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşlar.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması və onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat alimentin Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 3320/2018 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat məbləğində alimentin tutulması qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uaşağa görə 220 manat olmaqla 440 manat məbləğində alimentin təyin edilməsi, X2na hər ay xəstəliyi ilə bağlı loqopedik və psixoloji yardım üçün sərf edilən 500 manat məbləğin yarı hissəsinin (hər ay 250 manat olmaqla), eləcə də oğlu X5 hazırlıq kurslarının xərclərinə cavabdehin cəlb edilməsi və bunun üçün ondan cəmi 825 manat pulun tutulması, məhkəmə xərcləri olaraq 53 manat mediasiya xərci və 50 manat hüquqi yardım üçün ödənilmiş pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3320/2018 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılması və hər uşağa görə 117 manat alimentin tutulması qət edilmişdir. X2 xx.xx.2022-ci il tarixdən X10 Mərkəzində korreksion-pedaqoji seanslar alır, loqo nevroz (kəkələmə) təyinatı üzrə həftədə 3 dəfə olmaqla loqopedik və psixoloji seanslar təyin edilmişdir. İddiaçı mərkəzə aylıq 500 manat xidmət haqqı ödəyir. Bundan başqa, oğlu X7 2020-ci ilin sentyabr ayından ayda 150 manat olmaqla bu günə qədər 1.050 manat ödənilməklə hazırlıq kurslarına cəlb edilmişdir. Bundan sonra əlavə ödəniləcək olan məbləğ 600 manatdır.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 3664/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3320/2018 nömrəli qətnaməsi əsasında xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2009-cu il təvəllüdlü X3 loqopedik və psixoloji seansları üçün iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3.000 manat məbləğində vəsaitin yarısı olan 1.500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilsməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin vəziyyətinin yaxşılaşması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdehin özü də maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh əmlak qiymətləndirilməsi şirkətində direktor vəzifəsində çaışmış və məhz məhkəmənin gedişatında əmək müqaviləsinə xitam verilmişdir. Onun işsiz olması aliment məbləğinin artırırlmasına maneə deyildir.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsi müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, tərəflərin maddi və ailə vəziyyəti, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddi və diqqətəlayiq olan digər hallar əsas tutularaq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.
9. Məhkəmə iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 loqo-nevroz (kəkələmə) xəstəliyindən əziyyət çəkir və bu səbəbdən onunla psixoloji və loqopedik seanslar aparılır. Həmin seanslar 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, yanvar və fevral aylarında həyata keçirilmiş və həmin seanslara görə iddiaçı tərəfindən hər ay 500 manat olmaqla, ümumilikdə 3.000 manat ödəniş edilmişdir. İddiaçı həm bu günə qədər aparılan seanslar üzrə ödənilmiş, həm də gələcəkdə ödəniləcək məbləğlərin yarı hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Gələcəkdə də bu seansların keçiriləcəyi, hansı əsaslarla keçiriləcəyi halı qeyri-müəyyən olduğundan iddia bu hissədə təmin edilə bilməz. Bu səbəbdən də məkhəmə hesab etmişdir ki, cavabdeh iddiaçının X1 ilə bağlı çəkdiyi əlavə xərclərə cəlb edilməli, iddiaçının çəkdiyi xərclərin yarısı olan 1.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə tərəflərin digər uşağı olan X5 hazırlıq kurslarının xərclərinə cavabdehin cəlb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasında təhsil pulsuzdur. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq iddiaçının öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq cavabdehdən tələb edilə bilməz, bu səbəbdən də iddia tələbi həmin hissədə rədd edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 42.2ci maddələrinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublilkası Qanununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.18-ci maddəsinə, Azərbayan Respublikası Mülki Poressual Məcəlləsinin 119.1, 112, 124.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.2, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin maddi vəziyyətini bilərək alimentin miqdarının 154 manatdan artırılaraq 220 manat tələb etmişdir. Cavabehin maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq ikinci dəfə ailə qurmamış, əlinə gələn məbləğləri azyaşlı övladlarına və alimentə ödəməli olur, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə uşaq polikinikaları və ixtisaslaşmış uşaq psixoloqları mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli Azərbaycan Respublikasında Tibbi Xidmətlərin pulsuz dövlət hesabına olmasına dair sərancamı mövcuddur. Birinci instansiya məhkəməsi qətnamədə alimentin 154 manatdan 220 manata qaldırılmasını göstərməsinə baxmayaraq, həmin alimentin cavabdehin hansı vəsaiti hesabına ödənilməsinə aydınlıq gətirə bilməmişdir. Cavabdeh məhkəmə proselərində heç bir yerdə işləmədiyini və başqa heç bir yerdə gəlirinin olmadığını sübut etmişdir. Buna baxmayaraq, məhkəmə onun üzərinə alimenti və psixiartik seanslara görə 1.500 manat pulu ödəmək öhdəliyini qoymuşdur. Məhkəmə heç bir hüquqmüəyyənedici sənəd olmadan uşağın pisxoloji senslara görə çəkilmiş xərclərin yarısını, yəni 1.500 manatın tutulmasını qeyd etsə də, həmin 3.000 manat məbləğin hara və necə, hansı qaydada vergi və digər formada ödənildiyi yoxlanılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən üç ay əvvəl işlədiyi şirkət fəaliyyətini dayandırmışdır. Hazırda işsizdir. İddiaçı gedəndə ona məxsus diplomları da özü ilə aparmışdır. Həmin sənədləri bərpa etdiyi dövrdə üç il işsiz qalmışdır. İddiaçı onunla məsləhət etmədən uşağı ödənişli səhiyyə müəssisəsinə aparıb. Aliment ödəyir, hazırkı dövrə qədər alimentin ödənilməsinə etiraz etməmişdir. Ölkədə səhiyyə və təhsil pulsuzdur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qızı apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və qətnamənin dəyişdirilmədn saxlanılmasını xahiş edərək. Həmçinin bildirdi ki, uşaq hazırda müalicə alır, cavabdehin işləməməyi onun günahı deyil. Cavabdeh atadır və atalıq borcunu yerinə yetirməlidir. Dövlət tibb müəssisəsində ancaq səhər gedə biləcəklərini bildirirlər. Uşaq səhərlər məktəbə gedir. Bu səbəblə özəl tibb müəssisəsinə aparmışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırki işdə iddia qismən təmin olundugundan və apellyasiya şilkayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir və uşaqların həmin xərclərdən az olmayan maddi təminat almaq hüququ vardır. Valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı alimentin miqdarının artırılması hissəsində düzgün nəticəyə gələrək təmin etmiş və cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir.
29. İşdə olan sənədlərlə həmçinin müəyyən edilir ki, iddiaçı övladı X3 müalicəsi üçün 3.000 manat məbləğində vəsait xərcləmişdir.
30. Ailə qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh də həmin xərclərə cəlb edilməli, iddiaçının çəkdiyi xərclərin yarısını təşkil edən 1.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3664/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.