Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6083/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi vəkil X3 Yasamal Rayon Məhkəməsinin 2(004)- 5577/2011 saylı işi üzrə xx.xx.2011 ci il tarixli qətnaməsindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı işi üzrə xx.xx.2011-ci il tarixli qətnaməsinı xx.xx.2011-ci il tarixində cavabdeh rəsmi qaydada əldə etmiş (iş.səh.36), həmin qətnamədən xx.xx.2012-ci il tarixdə apellyasiya şikayəti vermiş (səh.41), lakin apellyasiya şikayəti müddəti ötürməklə və müddətin bərpasına dair vəsatətlə müraciət edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş (səh.48), icraya yönəlmiş və beləliklə qanuni qüvvəsini almışdır( səh.54-55), Cavabdeh vəkili yenidən apellyasiya şikayəti vermiş (vəkil X5 imzalamış) lakin sonuncunun məhkəmə aktından şikayət vermək səlahiyyətini müəyyən edən etibarnaməsinin əsli və ya lazımi qaydada təsdiq edilmiş nüsxəsi təqdim edilməmişdir. (səh.71-74), Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (səh.79). Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilmiş (səh.83), Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 nömrəli, xx.xx.2020- ci il tarixli qərardadı ləğv edilməsi, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X5 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı işi üzrə xx.xx.2011 -ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (səh.92). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarında şikayət edilməsini təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair prosessual müddətin bərpası barədə, iş yeri, yaşayış yeri, yaxud olduğu yer barədə təsdiq edən sənədlər (və ya vəsatətlər) təqdim edilməmişdir (iş səh. 48, 74, 92). Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış (zamanında şikayət verilməmiş) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadında əks edilmiş məcburi göstərişlərə zidd olan müzakirələr yolverilməzdir və orada müəyyən edilən göstərişlər yalnız prosessual müddətlər çərçivəsində həyata keçirildiyi halda nəzərə alına bilərdi. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-135, 263-269, 357.1, 360, 361-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5577/2011 saylı işi üzrə xx.xx.2011-ci il tarixli qətnamədən Cavabdeh (nümayəndəsi vəkil X5) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6083/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6083/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver