Məhkəmə qərarları › İş №2(103)-6088/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6088/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6088/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X1, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)-917/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlundan müştərək qaydada 41500 manat məbləğində icra olunmamış öhdəliyin, 41500 manat məbləğində əldən çıxmış faydanın, 8403 manat faizin və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı hissə-hissə olmaqla Cavabdeh2 və Cavabdeh1 onların hotel biznesinin inkişafı üçün müxtəlif elektrik ləvazimatları satmışdır. Onlar həmin əşyaların bir hissəsinin dəyərini ödəsələr də, artıq uzun müddətdir ki, ona olan öhdəliklərini icra etməkdən yayınırlar. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda onların ona 41500 manat məbləğində borcu qalmışdır. Eyni zamanda onlar ona olan borclarını vaxtında ödəmədikləri üçün o, həmin vəsaiti biznesinin inkişafına yönəldə bilməmiş, əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Hesab edir ki, borcun ödənilmədiyi müddət ərzində ona 41500 manat məbləğində də zərər dəymişdir. Bundan başqa, qanunvericiliyin tələbinə görə onun pul vəsaitini qanunsuz olaraq özündə saxladığı üçün cavabdehlər həm də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə görə faiz də ödəməlidir. 3 ildir ki, öhdəlik icra olunmamışdır. Hazırda həmin uçot dərəcəsi bir il üzrə 2801 manat olmaqla, 3 il üçün 8403 manat edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)-917/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37500 (otuz yeddi min beş yüz) manat əsas borc, borcun gecikdirilməsi üçün 2343,75 (iki min üç yüz qırx üç manat yetmiş beş qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)-917/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə qəbul edlilən zaman cavabdeh sonuncu məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, hakim qərəzli olaraq cavabdehin iştirakını təmin etmədən tələsik qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilən zaman məhkəmə ancaq iddiaçı tərəfin xeyrinə olan halları sübut kimi qəbul etmişdir. İddiaçı tərəfindən alınmış pullar və bunlara dair qəbzlər məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflər arasında olan mübahisəyə dair heç bir ciddi hesablama aparılmamış və buna dair ekspertiza keçirilməmişdir. İddiaçını təmsil edən şirkətə ("xxxx" MMC, VOEN **********, ödəniş tapşırığı 06, 07 may 2018-ci il) edilmiş ödəmə (50000 manat) hesablanmamışdır. Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi olmadığı halda cavabdeh kimi işə cəlb edilmiş və qətnamədə müştərək qaydada borclu kimi öhdəliyə cəlb edilmişdir. Hakim qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh1 öhdəliyini əsaslandıra bilməmişdir, çünki belə öhdəlik mövcud deyildir. Cavabdeh1 cavabdeh kimi bu işə cəlb edilməsi, məhz hakimin işə baxmasına yönəlmiş ərazi aidiyyatı məsələsidir ki, hakim də əsassız qətnamə qəbul etmək üçün ciddi prosessual pozuntu etmişdir. İş Cavabdeh2 qeydiyyat ünvanı üzrə Yasamal rayon Məhkəməsində baxılmalı idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)-917/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsası kimi borc münasibətlərinə istinad etməklə maddi hüquq normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)-917/2021 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan 07.01.2018-ci il tarixli, 977701, 08.01.2018-ci il tarixli, 977702, 09.01.2018-ci il tarixli, 977703, 09.01.2018-ci il tarixli, 977704, 10.01.2018-ci il tarixli, 977705, 11.01.2018-ci il tarixli, 977706, 11.01.2018-ci il tarixli, 977707, 12.01.2018-ci il tarixli, 977708, 12.01.2018-ci il tarixli, 977709, 12.01.2018-ci il tarixli, 977711, 12.01.2018- ci il tarixli, 977712, 13.01.2018-ci il tarixli, 977713, 13.01.2018-ci il tarixli, 977714, 15.01.2018-ci il tarixli, 977716, 15.01.2018-ci il tarixli, 977717, 18.01.2018-ci il tarixli, 977718, 18.01.2018-ci il tarixli, 977719, 19.01.2018-ci il tarixli, 977720, 19.01.2018-ci il tarixli, 977722, 20.01.2018-ci il tarixli, 977723, 21.01.2018-ci il tarixli, 977724, 21.01.2018- ci il tarixli, 977725, 21.01.2018-ci il tarixli, 977726, 22.01.2018-ci il tarixli, 977727, 23.01.2018-ci il tarixli, 977728, 22.01.2018-ci il tarixli, 977729, 22.01.2018-ci il tarixli, 977730, 23.01.2018-ci il tarixli, 977731, 25.01.2018-ci il tarixli, 977732, 26.01.2018-ci il tarixli, 977733, 26.01.2018-ci il tarixli, 977734, 30.01.2018-ci il tarixli, 977735, 30.01.2018- ci il tarixli, 977736, 01.02.2018-ci il tarixli, 977739, 02.02.2018-ci il tarixli, 977740, 31.01.2018-ci il tarixli, 977741, 31.01.2018-ci il tarixli, 977742, 03.02.2018-ci il tarixli, 977743, 06.02.2018-ci il tarixli, 977745, 06.02.2018-ci il tarixli, 977746, 06.02.2018-ci il tarixli, 977747, 06.02.2018-ci il tarixli, 977748, 07.02.2018-ci il tarixli, 977750, 17.12.2017- ci il tarixli, 8030851, 17.12.2017-ci il tarixli, 8030852, 17.12.2017-ci il tarixli, 8030853, 18.12.2017-ci il tarixli, 8030854, 18.12.2017-ci il tarixli, 8030855, 19.12.2017-ci il tarixli, 8030856, 19.12.2017-ci il tarixli, 8030857, 19.12.2017-ci il tarixli, 8030858, 19.12.2017-ci il tarixli, 8030859, 20.12.2017-ci il tarixli, 8030860, 20.12.2017-ci il tarixli, 8030861, 20.12.2017-ci il tarixli, 8030862, 21.12.2017-ci il tarixli, 8030864, 21.12.2017-ci il tarixli, 8030865, 21.12.2017-ci il tarixli, 8030867, 21.12.2017-ci il tarixli, 8030868, 22.12.2017-ci il tarixli, 8030869, 22.12.2017-ci il tarixli, 8030870, 23.12.2017-ci il tarixli, 8030872, 23.12.2017-ci il tarixli, 8030873, 23.12.2017-ci il tarixli, 8030874, 24.12.2017-ci il tarixli, 8030876, 24.12.2017-ci il tarixli, 8030877, 24.12.2017-ci il tarixli, 8030878, 24.12.2017-ci il tarixli, 8030879, 25.12.2017-ci il tarixli, 8030882, 26.12.2017-ci il tarixli, 8030883, 25.12.2017-ci il tarixli, 8030884, 27.12.2017-ci il tarixli, 8030885, 27.12.2017-ci il tarixli, 8030886, 28.12.2017-ci il tarixli, 8030887, 28.12.2017-ci il tarixli, 8030888, 29.12.2017-ci il tarixli, 8030889, 29.12.2017-ci il tarixli, 8030890, 04.01.2018-ci il tarixli, 8030892, 04.01.2018-ci il tarixli, 8030894, 04.01.2018-ci il tarixli, 8030896, 04.01.2018-ci il tarixli, 8030897, 05.01.2018-ci il tarixli, 8030898, 06.01.2018-ci il tarixli, 8030899, 06.01.2018-ci il tarixli, 8030900, 08.02.2018-ci il tarixli, 986201, 08.02.2018-ci il tarixli, 986202, 09.02.2018-ci il tarixli, 986203, 10.02.2018-ci il tarixli, 986205, 10.02.2018-ci il tarixli, 986206, 13.02.2018-ci il tarixli, 986207, 14.02.2018-ci il tarixli, 986208, 15.02.2018-ci il tarixli, 986209, 16.02.2018-ci il tarixli, 986210, 16.02.2018-ci il tarixli, 986211, 17.02.2018- ci il tarixli, 986212, 19.02.2018-ci il tarixli, 986214, 23.02.2018-ci il tarixli, 986215, 26.02.2018-ci il tarixli, 986218, 27.02.2018-ci il tarixli, 986219, 27.02.2018-ci il tarixli, 986220, 27.02.2018-ci il tarixli, 986221, 01.03.2018-ci il tarixli, 986222, 01.03.2018-ci il tarixli, 986223, 02.03.2018-ci il tarixli, 986224, 03.03.2018-ci il tarixli, 986225, 04.03.2018- ci il tarixli, 986226, 04.03.2018-ci il tarixli, 986227, 05.03.2018-ci il tarixli, 986228, 06.03.2018-ci il tarixli, 986229, 06.03.2018-ci il tarixli, 986230, 07.03.2018-ci il tarixli, 986231, 07.03.2018-ci il tarixli, 986232, 09.03.2018-ci il tarixli, 986233, 10.03.2018-ci il tarixli, 986234, 11.03.2018-ci il tarixli, 986235, 11.03.2018-ci il tarixli, 986236, 11.03.2018- ci il tarixli, 986237, 14.03.2018-ci il tarixli, 986239, 14.03.2018-ci il tarixli, 986240, 15.03.2018-ci il tarixli, 986241, 15.03.2018-ci il tarixli, 986243, 17.03.2018-ci il tarixli, 986244, 18.03.2018-ci il tarixli, 986245, 18.03.2018-ci il tarixli, 986246, 19.03.2018-ci il tarixli, 986247, 19.03.2018-ci il tarixli, 986248, 23.03.2018-ci il tarixli, 986249, 23.03.2018- ci il tarixli, 986250, 22.06.2018-ci il tarixli, 0006883, 23.06.2018-ci il tarixli, 0006885, 23.06.2018-ci il tarixli, 0006886, 25.06.2018-ci il tarixli, 0006887, 27.06.2018-ci il tarixli, 0006888, 29.06.2018-ci il tarixli, 0006889, 01.07.2018-ci il tarixli, 0006891, 01.07.2018-ci il tarixli, 0006892, 0006893, 06.07.2018-ci il tarixli, 0006895, 06.07.2018-ci il tarixli, 0006896, 09.07.2018-ci il tarixli, 0006897, 10.07.2018-ci il tarixli, 0006898, 10.07.2018-ci il tarixli, 0006899, 13.07.2018-ci il tarixli, 0006900, 14.07.2018-ci il tarixli, 0006902, 17.07.2018-ci il tarixli, 0006903, 18.07.2018-ci il tarixli, 0006904, 20.07.2018-ci il tarixli, 0006905, 24.07.2018-ci il tarixli, 0006908, 26.07.2018-ci il tarixli, 0006909, 26.07.2018-ci il tarixli, 0006910, 26.07.2018-ci il tarixli, 00069111, 10.08.2018-ci il tarixli, 0006915, 11.08.2018-ci il tarixli, 0006916, 15.12.2018-ci il tarixli, 0006918, 17.12.2018-ci il tarixli, 0006919, 24.03.2018-ci il tarixli, 986351, 04.04.2018-ci il tarixli, 986353, 06.04.2018-ci il tarixli, 986355, 07.04.2018-ci il tarixli, 986356,12.04.2018-ci il tarixli, 986357, 12.04.2018- ci il tarixli, 986358, 13.04.2018-ci il tarixli, 986359, 15.04.2018-ci il tarixli, 986360, 26.04.2018-ci il tarixli, 986361, 03.05.2018-ci il tarixli, 986362, 05.05.2018-ci il tarixli, 986363, 05.05.2018-ci il tarixli, 986364, 07.05.2018-ci il tarixli, 986365, 08.05.2018-ci il tarixli, 986366, 08.05.2018-ci il tarixli, 986367, 13.05.2018-ci il tarixli, 986368, 13.05.2018-ci il tarixli, 986369, 18.05.2018-ci il tarixli, 986370, 19.05.2018-ci il tarixli, 986371, 19.05.2018-ci il tarixli, 986372, 21.05.2018-ci il tarixli, 986373, 21.05.2018-ci il tarixli, 986374, 23.05.2018-ci il tarixli, 986375, 24.05.2018-ci il tarixli, 986376, 31.05.2018-ci il tarixli, 986377, 01.06.2018-ci il tarixli, 986378, 01.06.2018-ci il tarixli, 986379, 04.06.2018-ci il tarixli, 986380, 05.06.2018-ci il tarixli, 986381, 06.06.2018-ci il tarixli, 986382, 06.06.2018-ci il tarixli, 986383, 07.06.2018-ci il tarixli, 986384, 09.06.2018- ci il tarixli, 986385, 09.06.2018-ci il tarixli, 986386, 11.06.2018-ci il tarixli, 986387, 11.06.2018-ci il tarixli, 986388, 12.06.2018-ci il tarixli, 986389, 12.06.2018-ci il tarixli, 986390, 12.06.2018-ci il tarixli, 986392, 13.06.2018-ci il tarixli, 986393, 16.06.2018-ci il tarixli, 986394, 17.06.2018-ci il tarixli, 986395, 17.06.2018-ci il tarixli, 986396, 19.06.2018- ci il tarixli, 986397, 22.06.2018-ci il tarixli, 986398, 22.06.2018-ci il tarixli, 986399, 22.06.2018-ci il tarixli, 986400, 08.12.2017-ci il tarixli, 0364328, 06.12.2017-ci il tarixli, 0364329, 08.12.2017-ci il tarixli, 0364330, 08.12.2017-ci il tarixli, 0364331, 09.12.2017-ci il tarixli, 0364332, 10.12.2017-ci il tarixli, 0364333, 10.12.2017-ci il tarixli, 0364334, 11.12.2017-ci il tarixli, 0364335, 11.12.2017-ci il tarixli, 0364336, 11.12.2017-ci il tarixli, 0364337, 12.12.2017-ci il tarixli, 0364338, 12.12.2017-ci il tarixli, 0364340, 13.12.2017-ci il tarixli, 0364341, 13.12.2017-ci il tarixli, 0364342, 14.12.2017-ci il tarixli, 0364343, 15.12.2017-ci il tarixli, 0364344, 15.12.2017-ci il tarixli, 0364345, 15.12.2017-ci il tarixli, ******* saylı qaimə fakturalarına əsasən cavabdehlər nisyə tikinti materialları götürmüşdülər. İş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanan iltizamdan görünür ki, 30.05.2019-da Həsənə olan 7500 manat olan borclarını bağlayacaqlar. Qalan 30.000 manatı hər ayın 10-15 arası 5000 ödəyəcəyləri qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vəkil Bürosuna ünvanlanmış 28.07.2020-ci il tarixli, **********605300 saylı məktuba əlavədən görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 iştirakı ilə təsis olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail, 7-ci Buxta döngəsi, dalan 1, 20 b yaşayır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanılmaqla, cavabdehlərin imzası olan qaimələrdə iddiaçı tərəfindən cavabdehə malların nisyə satışı həyata keçirilmiş, cavabdehlər malların dəyərinin müəyyən hissəsini ödəsələr də, 37500 manat dəyərində olan malların dəyəri ödənilməmişdir. Bu hal Cavabdeh2 tərəfindən imzalanan iltizamla bir daha təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Buna görə də, kollegiya hesab edir ki, iddia tələbi 41500 manat məbləğində icra olunmamış öhdəliklə bağlı hissədə qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 37500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən pulun ödənilməsinin gecikdirilmiş vaxt üçün faizi 30.05.2019-cu ildən 17.09.2020-ci ilədək keçən müddət üçün illik 5 faiz hesablanmaqla 2343,75 manat (37500 x 5% = 1875 : 12 ay =156,25 x 15 ay = 2343,75 manat) təşkil edir. Kollegiya hesab edir ki, 8403 manat faizin tutulması hissəsində iddia qismən təmin edilməli, 37500 manat məbləğində pulun gecikdirilmiş vaxt üçün faizi, yəni 2019-cu ilin may ayından məhkəməyə müraciət edilənədək keçən 15 ay müddət üçün illik 5 faiz hesablamaqla 2343,75 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı Əli oğlunun xeyrinə tutulmalıdır. Kollegiya 41500 manat əldən çıxmış faydanın tutulması hissəsində iddianı əsassız hesab edərək, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 20 manat dövlət rüsumu tutulmalıdır. Kollegiya apellyatorların Cavabdeh1 öhdəliyinin olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qaimələrdə cavabdehlərin hər ikisinin imzalarının olması, borcla bağlı Mehmet tərəfindən yazılmış iltizam, onların qeyd olunan dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış iltizamda nisyə alğı-satqısı üzrə ödənilməli olan məbləğin dəqiq etiraf edilməsi, apellyatorların iş üzrə ekspertiza keçirilməsi ilə bağlı dəlillərini əsaslı hesab etməyə əsas vermir. Əksinə apellyatorlar nisyə alğı-satqı müqaviləsi üzrə 30.05.2019-cu il tarixdən sonra hər hansı ödəniş etmələri ilə bağlı sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(009)- 917/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37500 (otuz yeddi min beş yüz) manat, pulun gecikdirilməsi üçün 2343,75 (iki min üç yüz qırx üç manat yetmiş beş qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı, cəmi 39863,75 (otuz doqquz min səkkiz yüz altmış üç manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar