Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6088/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Kazımov Elşən Cələddin oğlundan və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçı, nümayəndəsi (əri) X1, nümayəndə-vəkilləri Nümayəndə1 və Nümayəndə2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-304/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “girov əmlakların qaytarılması” tələbi barədə ilkin iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı “kredit üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və yaranmış zərurətlə əlaqədar işin həmin Məhkəməyə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, eyni zamanda qeyd edilən sorğunu nəzərə alaraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6088/2025 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6088/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6088/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver