Məhkəmə qərarları › İş №2(103)-6090/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6090/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6090/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı iilə, İddiaçı Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(011)-113/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 884.31 manat olmaqla, cəmi 4431,61 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-ER-*** dövlət qeydiyyat nömrəli “VAZ21901” minik markalı (buraxılış ili 2013, ban-XTA219010DO145749, rəngitünd göy) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(011)- 113/2021 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd edilmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)-113/2021 saylı qərardadl ilə cavabdehin iddianın təmin edilməsi tədbirinin ləğvi barədə ərizəsi təmin edilmişdir. Hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi məktubla müraciət edərək, birinci instansiya məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verildiyini, bu səbəbdən də mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qərardaddan şikayət verdiklərini təsdiq edərək, mülki işin şikayətə baxılması üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 267.1 və 267.3-cü maddələrinin tələbinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik şikayəti qərardadı qəbul edən məhkəməyə verilməsini və müvafiq prosessual hərəkətlərin ilkin olaraq həmin məhkəmə tərəfindən həyata keçirilməsini müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 269-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar