Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-61/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X7 və Cavabdeh1 iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair ilk, iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-yə qarşı “kredit ödənişlərinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə ödənilməsi” tələbinə dair qarşılıqlı iddialar üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 158/2018 saylı işi üzrə 23 fevral 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu» Cavabdeh2 və Cavabdeh1 qarşı «kreditin və kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 8086,27 ABŞ dolları əsas, 1180,59 ABŞ dolları faiz, 1569,76 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10836,62 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-yə qarşı “kredit ödənişlərinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraicət edərək əsas iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin onlara qarşı “8086.27 ABŞ dolları əsas, 1180.59 ABŞ dolları faiz, 1569.76 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10836.62 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbin təmin edilməməsi, aralarında bağlanmış 13.02.2015-ci il tarixli, 1750/15 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzqə kredit ödənişlərinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə ilə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. 26.01.2018-ci il tarixli 12600 nömrəli ekspert rəyinə əsasən,”xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli 1750/15 saylı müqavilə üzrə ödənilməli olan borc məbləği: 31.01.2017-ci il tarixə 8094,51 ABŞ dolları əsas borc üzrə, 1363,92 ABŞ dolları faiz borcu üzrə, 13.02.2017-ci il tarixə 8094,51 ABŞ dolları əsas borc, 1416,54 ABŞ dolları faiz borcu üzrə müəyyən edilmiş və 13.02.2015-ci il tarixli 1750/15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmadığı bildirimişdir.Ekspertiza xərci 50 (əlli) manat müəyyən edilmişdir (səh.108). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2018 saylı işi üzrə 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8086.27 ABŞ dolları, faiz borcu üzrə isə 1180.59 ABŞ dolları və 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 9366.86 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutulması, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 13.55%-i, yəni 4 manat 05 qəpiyin iddiaçıya aid edilməsi, qalan 86.45%-i, yəni 25 manat 95 qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsini ləğv edib, əsas iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi “X1ra qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsinə dair” tələbinin təmin edilməməli, onların Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi “X4”a qarşı “kredit ödənişlərinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə ödənilməsinə dair” qarşılıqlı iddialarının təmin edilməsi, onlardan alınmalı olan vəsaitin ödəniş məxaric orderlərinə və işdən çıxma müavinəti üzrə ödəniş sənədi əsasında yenidən hesablanaraq ödənilməsi müəyyən edildikdən sonra yeni qanuni, əsaslı və ədalətli qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadlarına əsasən, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 06.02.2019-cu il tarixli, 17556 saylı ekpertiza rəyinə əsasən Cavabdeh2 16 dekabr 2016-cı il tarixinə "İddiaçı" ASC-yə olan borcu 16.12.2016-cı il tarixə (arayış tarixinə) əsas borc üzrə 8087,88 ABŞ dolları, faiz borcu üzrə 1180,83 ABŞ dolları, ümumilikdə 9268,71 ABŞ dolları məbləğində müəyyən edilir Ekspertiza xərci 150 (bir yüz əlli) manat müəyyən edilmişdir (səh.180) Mərkəzinin 03.12.2019-cu il tarixli, 14707 saylı ekpertiza rəyinə əsasən,“xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli, 1750/15 saylı müqavilə üzrə 13.02.2017-ci il tarixə ödənilməli olan borcu ümumilikdə 9511,05 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 8094,51 ABŞ dolları, faiz borcu isə 1416,54 ABŞ dolları müəyyən edilmişdir (səh.210).Ekspertiza xərci 145 müəyyən edilmişdir. Tərtib edilən cədvəldə 27.11.2015-ci il tarixdən 24.02.2016-cı il tarixədək dövrdə kredit münasibətləri üzrə əsas borc məbləğinin 9921,19 ABŞ dollarından 8094,51 ABŞ dollarınadək endiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikyətini müdafiə edərək, bankdan onu çağırdıqlarını ancaq səhhətilə bağlı gedə bilmədiyi, qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X7 borcun problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında prezidentin Fərmanının təsir dairəsində aid olunmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə: 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsini; siyahı üzrə vaxtı keçmiş kredit (fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş) borcu olan fiziki şəxslərə yeni güzəştli (fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən) kredit müqaviləsi bağlanmasının təklif edilməsini; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsini; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsini şərtləndirən (Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, banklara və sair orqanlara) müvafiq vəzifələr və tövsiyyələr müəyyən edilmişdir. Məhkəmə kollegiyası, işin hallarını, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia ərizələri baxılmamış saxlanımalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 259.0.8 və 259.0.12-ci maddələrin tələblərinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; habelə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 76.1, 77.1, 78.1, 149.2.3, 149.4, 150.0.5 və 151.1-ci maddələrin tələblərinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli, işin zəruri həlli üçün müvafiq vəsatətlər verilməli və ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.;Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutları hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara müvafiq təqdim etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə və işin hallarına hüquqi qiymət verərkən diqqətə çatdırır ki, iddiaçı tərəfindən məbləğlərin fərmanın təsir dairəsinə düşməsi, əsas məbləğin azalması və sair məlumatları əks etdirən sübutlar təqdim edilməmiş, müvafiq vəsatətlər verilməmiş, fərman və ondan irəli gələn münasibətlər mübahisəni yeni hüquqi müstəvidə qarşılıqlı razılaşma və digər kredit müəssəsindən asılı formada həll edilməli olmalı halda mübahisənin məhkəmədən kənar həll edilməsi imkanları tükənməmiş, habelə mövcud vəziyyətdə işin prosessual müddətlər çərçivəsində vaxtında həll edilməsi imkanları tükənmişdir. Diqqətə çatdırılmalıdır ki, kollegiya məbləğlərə və işin gələcək həllinə (restrukturizasiya və s.) dair əsaslı şübhələrdən kənar sübutların mümkünlüyü, qiymətləndirilməsi və qəti qənaətin formalaşması baxımından qətnamə qəbul edilməsi mümkünsüzlüyünü müəyyən edir və tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi üzrə imkanlar aradan qaldırıldıqdan sonra mübahisə yarandıqda yenidən iddia tələbləri ilə müraciət etmək hüquqlarının olduğunu qeyd edir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, dövlət rüsumu üzrə məhkəmə xərci tərəflərin özlərinə aid edilməli, ekspertizanın keçirilməsi ilə əlaqədar məsrəflər tərəflərdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-in 107-125, 149-152, 259, 260, 263, 264, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-158/2018 saylı işi üzrə 23 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair ilk, iddiaçılar Cavabdeh2, Cavabdeh1 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-yə qarşı “kredit ödənişlərinin öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə ödənilməsi” tələbinə dair iddia ərizəsləri baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.
Məhkəmə qərarları › İş №2(103)-61/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-61/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver