Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6107/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı X6 X9 Təşkilatının nümayəndəsiƏskərov Elxan Əjdər oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı X6 X9 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 X9 Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1.126,88 (bir min bir yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat, faiz borcu üzrə 120,52 (bir yüz iyirmi manat əlli iki qəpik) manat olmaqla, ümumilikdə 1.247,40 (bir min iki yüz qırx yeddi manat qırx qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı X2 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə İddiaçı X6 arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 problemli aktivlərinin tələb hüququ İddiaçı X3 keçmişdir. İddiaçı X2 nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” X1) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı X6 tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-391 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı X3 verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə Cavabdeh1 borcalan arasında xx xxxxxx 2015-ci il tarixdə 254-xx.xx.2015-SM101 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 2.200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixdə, 254-xx.xx.2015-SM101 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (4.3-cü bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 1.126,88 (bir min bir yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat, faiz borcu üzrə 120,52 (bir yüz iyirmi manat əlli iki qəpik) manat olmaqla, ümumilikdə 1.247,40 ( bir min iki yüz qırx yeddi manat qırx qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1273/2020 nömrəli qərardadı ilə İddiaçı X6 X9 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbi üzrə iddiaya Cavabdeh1 öldüyündən ona aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X6 X9 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddiasının Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalmış İddiaçı X6 X9 Təşkilatı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı X6 X9 Təşkilatının nümayəndəsiƏskərov Elxan Əjdər oğlu apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı X6 X9 Təşkilatının nümayəndəsiƏskərov Elxan Əjdər oğlunun izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə Cavabdeh1-borcalan arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 254-xx.xx.2015-SM101 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 2.200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 254-xx.xx.2015-SM101 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 borcalan qismində Cavabdeh1 ilə birgə iddiaçı bank qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc öhdəliklərinin ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx xxxx 2017-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 254-xx.xx.2015-SM101 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə 1.176,88 (bir min bir yüz yetmiş altı manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 120,52 (bir yüz iyirmi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.297,40 (bir min iki yüz doxsan yeddi manat qırx qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 qeydiyyatda yoxdur. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 471 nömrəli məktubun məzmunundan görünür ki, Cavabdeh1 1362 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli ölüm haqqında akt qeydi 3 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 471, 472.1, 472.2, 477.0.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, zaminlik müqaviləsinin 2.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə kokretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixli, kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx xxxx 2015-ci il tarixdə, sonuncu ödəniş xx xxxxxx 2017-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx xxxxxx 2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə kollegiya hesab edir ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx xxxxxx 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edildiyindən, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən də iddia tələbini zamin Cavabdeh2 aid hissədə rədd etməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6107/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6107/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver