Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-611/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin; iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2997/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ASC-yə vurulmuş 252,96 manat zəymiş zərərin, 3310,54 manat borcun, cəmi 3563,50 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İB tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı X7 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan keçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə olunması nəticəsində İddiaçı-yə 252,96 manat ziyan dəymişdir. Həmçinin cavabdehin əvvəlki illərdən 3310,54 manat borcu olmuşdur. Beləliklə, cavabdehin cəmi borcu 3563,50 manat olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən İddiaçı ASC Quba Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-1138/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 252,96 manat qazdan qeyri-qanuni istifadəyə görə borc və 3310,54 manat debitor borc olmaqla cəmi 3563,50 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı-nin hesabına ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-1138/2020 nömrəli qətnaməsindinə narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Bundan başqa Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 30 aprel 2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və hesablanmış 3310,54 manat borcun onun adından silinməsi vəzifəsinin İddiaçı-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə qazdan istifadəyə dair müqavilə bağlamamış, imza ona məxsus deyildir. Aktın və qaz sayğacının yerləşən fərdi yaşayış evinin Cavabdeh heç bir aidiyyəti yoxdur və ümumiyyətlə onun mülkiyyətində deyildir. Onun üzünü görmədiyi məzmunundan xəbəri olmayan 30 aprel 2020-ci il tarixli ******* saylı akt qanunsuz tərtib edildiyindən ləğv edilməlidir. Aktın tərtib edilməsində iştirak təmin edilməyib. Akt tərtib edilən ünvan Cavabdeh məxsus deyildir. Ümumiyyətlə İddiaçı ilə müqavilə bağlamamışdır. Axırıncı dəfə Quba rayonunda nə vaxt olmağı belə yadından çıxıb, illərdir ki işi ilə əlaqədar fasilələrlə Azərbaycana gəlib gedir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2(105)-452/2021 nömrəli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddi ərizəsinin təmin edilməsi, 30 aprel 2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və hesablanmış 3310,54 manat borc Cavabdeh adından silinməsi qət olunmuşdur. Qətnamədən İddiaçı-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, qətnamədə İddiaçı-nin iddia tələbinin rədd edilməsi üçün əsas kimi Cavabdeh ünvan 1 ünvanin Cavabdeh heç bir aidiyyatı olmadığı göstərilir. Əvvəla, Cavabdeh ilə İddiaçı Xaçmaz RQİİ-si arasında 03.12.2018-ci il tarixli № 24444-12-18 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmışdır. Bu sənədlə onun abonentliyi qeydiyyata alınmışdır. Hazırda o özü həmin ünvanda yaşamasa da onun qardaşı Natiq, digər ailə üzvləri o evdə yaşayır və təbii qazdan istifadə edirlər. İkincisi, Nəsimi Rayon Məhkəməsi ekspertiza rəyi olmadan nəyin əsasında Müqavilədəki imzanın Cavabdeh olmadığı qənaətinə gəlmişdir?. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh təşkilat nümayəndəsini məhkəməyə göndərməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçınin əməkdaşları Cavabdeh yaşadığı mənzilə yox (iş materiallarına əlavə edilmiş L.Ələkbəroba məxsus AZE 17145248 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır), X1 məxsus ünvan 5 ünvanına (iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 tam mülkiyyət hüququ üzrə X2 qeydiyyata alınmışdır) yoxlama keçirmişlər və sayğaca baxış keçirilərək 30.04.2020-ci il tarixdə Cavabdeh iştirakı olmadan ******* saylı akt tərtib etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə əsasən, “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”, “Sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”, “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”, “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qaydalara müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Apellyasiya instansiya məhkəməsində obyektiv həqiqətin müəyyən edilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 24.01.2022-ci il tarixli 10/6463 saylı ekspert rəyində göstərilmişdir ki, baxış zamanı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkildiyi və evdə təbii qazın olmasına baxmayaraq, həmin yaşayış evində qaz sayğacın quraşdırılmadığı müəyyən edilmişdir. Əvvəllər sayğacdan kənar qaz xəttinin mövcud olub-olmaması məhkəmə tərəfindən araşdırma aparılmaqla həll edilə bilər. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə ilkin idia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qaz xəttinə özbaşına qoşulmasını təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmiş və ümumiyyətlə bununla bağlı hər hansı bir təşəbbüs göstərməyərək məhkəmə prosesində belə nümayəndəsi iştirak etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2997/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-611/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-611/2022
02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver