Məhkəmə qərarları › İş №2(103)-6110/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6110/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6110/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6110/2022 (Açar sözlər: “pul tələbi”) Bakı şəhəri 31 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh və nümayəndəsi və vəkili X4, Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)- 1489/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 123 A-da qeydiyyatda olmaqla 07 sentyabr 2013-cü il təvəllüdlü azyaşlı oğlu X5 birlikdə həmin ünvanda yaşamışdır.

2. 2013-cü ildə X2 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin münasibətləri pozulduğuna görə 2016-cı ilin aprel ayında Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı oğlu Zaur Piroğlanovun yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması qət edilmişdir.

3. Zaur anadangəlmə «Düşen miopatiyası» əzələ xəstəliyindən əziyyət çəkir.

4. Zaurun müalicəsi ilə əlaqədar 2019-cu ilin noyabr ayında Bakı şəhərində müxtəlif tibb klinikalarına müraciət etdikdə məlum olmuşdur ki, həmin xəstəliyin ölkə ərazisində müalicəsi üçün müvafiq şərait yoxdur və müalicə üçün təcili olaraq Almaniya Federativ Respublikasına getmək lazımdır.

5. Bununla əlaqədar 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhərində yaşayan iddiaçı qardaşı Fərid Fərmanovla söhbət edərək narahatlığını bildirdikdə Fərid tanışı Cavabdeh əvvəllər Almaniyada yaşadığını bildirib və bu məqsədlə onunla məsləhətləşəcəyini demişdir.

6. Razılaşmış və bir neçə gün sonra Fərid Rəşadla Bakı şəhərində görüşüb danışdıqdan sonra onunla əlaqə saxlayaraq Zaurun Almaniyada müalicəsi üçün Rəşadın 10000 (on min) manat pul istədiyini demişdir.

7. Zaurun səhhəti getdikcə pisləşdiyindən çarəsiz qalıb razılaşmış və bu barədə həmin ərəfələrdə Qusar rayonu, Samur qəsəbəsində yaşayan iddiaçının atası Fənnan və anası Ceyrana bildirmişdir.

8. İddiaçının atası kömək üçün iddiaçıya 4000 (dörd min) manat pul təşkil edib göndərmişdir.

9. Həmin pulu iddiaçı qardaşı Fəridə vermiş və Fərid xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər metrostansiyasınm yaxınlığında Rəşadla görüşüb ilkin olaraq 4000 (dörd min) manat pulu ona vermişdir.

10. Bir neçə gün sonra Rəşad pulun yerdə qalan hissəsini istədiyinə görə iddiaçı uzun müddətdən bəri müxtəlif gözəllik salonlarında işləyərək topladığı 3000 manat pulu 24 noyabr 2019-cu il tarixdə Rəşadın göndərdiyi Xanış adlı bir şəxsə vermişdir.

11. Bir həftə sonra, yəni 01 dekabr 2019-cu il tarixdə səhər saatlarında iddiaçının qardaşı Fərid ona zəng vuraraq Rəşadın yerdə qalan pulu istədiyini bildirmiş, iddiaçı isə tanışlarından 1500 manat borc pul alıb Rəşada çatdırmaq üçün Xanış adlı şəxslə görüşərək ona vermişdir.

12. Daha sonra, 08 dekabr 2019-cu il tarixdə Rəşadın istəyi ilə iddiaçının qardaşı Fərid öz vəsaiti ilə 700 manat pul köçürmüş, 31 dekabr 2019-cu il tarixdə isə yerdə qalan 400 manat məbləğində pulu Rəşadın tapşırığı ilə anası Dünya adlı qadına vermişdir.

13. Beləcə Rəşada ümumilikdə 9600 (doqquz min altı yüz) manat pul vermişdir.

14. Həmin vaxtdan etibarən bir neçə dəfə «WhatsApp» proqramı vasitəsilə Rəşadla əlaqə saxlayıb oğlu Zauru müalicə üçün nə vaxt Almaniyaya apara biləcəyini soruşmuş, Rəşad əvvəlcə uşağı Macarıstan Respublikasına aparmaq lazım olduğunu, məhz bundan sonra müalicə üçün Almaniyaya qəbul olunacaqlarını bildirmiş və bu kimi müxtəlif bəhanələrlə onu aldatmışdır.

15. Hətta bir dəfə Aynur adlı bir qadın ona zəng vurub Macarıstan Respublikasının Bakı şəhərindəki konsulluğunda işlədiyini, Rəşadın xahişi ilə uşağın müalicəsi üçün ona zəng vurduğunu söyləyib səbirli olmasını tövsiyə etmişdir.

16. Bir müddət sonra Rəşadın onu aldadaraq 9600 (doqquz min altı yüz) manat məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona görə də, ondan pulunu tələb etməyə başlamışdır.

17. Səbail RPİ-nin İŞ-də aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda İddiaçı müraciəti üzrə toplanmış materiallar üzrə aparılmış yoxlama zamanı cinayət hadisəsinın olmaması müəyyən olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9600 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək, Cavabdeh ümumilkdə 7100 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 117 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 123 A-da qeydiyyatda olmaqla 07 sentyabr 2013-cü il təvəllüdlü azyaşlı oğlu X5 birlikdə həmin ünvanda yaşamışdır. 2013-cü ildə X2 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin münasibətləri pozulduğuna görə 2016-cı ilin aprel ayında Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı oğlu Zaur Piroğlanovun yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması qət edilmişdir. Zaur anadangəlmə «Düşen miopatiyası» əzələ xəstəliyindən əziyyət çəkir. Zaurun müalicəsi ilə əlaqədar 2019-cu ilin noyabr ayında Bakı şəhərində müxtəlif tibb klinikalarına müraciət etdikdə məlum olmuşdur ki, həmin xəstəliyin ölkə ərazisində müalicəsi üçün müvafiq şərait yoxdur və müalicə üçün təcili olaraq Almaniya Federativ Respublikasına getmək lazımdır. Bununla əlaqədar 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhərində yaşayan iddiaçı qardaşı Fərid Fərmanovla söhbət edərək narahatlığını bildirdikdə Fərid tanışı Cavabdeh əvvəllər Almaniyada yaşadığını bildirib və bu məqsədlə onunla məsləhətləşəcəyini demişdir. Razılaşmış və bir neçə gün sonra Fərid Rəşadla Bakı şəhərində görüşüb danışdıqdan sonra onunla əlaqə saxlayaraq Zaurun Almaniyada müalicəsi üçün Rəşadın 10000 (on min) manat pul istədiyini demişdir. Zaurun səhhəti getdikcə pisləşdiyindən çarəsiz qalıb razılaşmış və bu barədə həmin ərəfələrdə Qusar rayonu, Samur qəsəbəsində yaşayan iddiaçının atası Fənnan və anası Ceyrana bildirmişdir. İddiaçının atası kömək üçün iddiaçıya 4000 (dörd min) manat pul təşkil edib göndərmişdir. Həmin pulu iddiaçı qardaşı Fəridə vermiş və Fərid xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər metrostansiyasınm yaxınlığında Rəşadla görüşüb ilkin olaraq 4000 (dörd min) manat pulu ona vermişdir. Bir neçə gün sonra Rəşad pulun yerdə qalan hissəsini istədiyinə görə iddiaçı uzun müddətdən bəri müxtəlif gözəllik salonlarında işləyərək topladığı 3000 manat pulu 24 noyabr 2019-cu il tarixdə Rəşadın göndərdiyi Xanış adlı bir şəxsə vermişdir. Bir həftə sonra, yəni 01 dekabr 2019-cu il tarixdə səhər saatlarında iddiaçının qardaşı Fərid ona zəng vuraraq Rəşadın yerdə qalan pulu istədiyini bildirmiş, iddiaçı isə tanışlarından 1500 manat borc pul alıb Rəşada çatdırmaq üçün Xanış adlı şəxslə görüşərək ona vermişdir. Daha sonra, 08 dekabr 2019-cu il tarixdə Rəşadın istəyi ilə iddiaçının qardaşı Fərid öz vəsaiti ilə 700 manat pul köçürmüş, 31 dekabr 2019-cu il tarixdə isə yerdə qalan 400 manat məbləğində pulu Rəşadın tapşırığı ilə anası Dünya adlı qadına vermişdir. Beləcə Rəşada ümumilikdə 9600 (doqquz min altı yüz) manat pul vermişdir. Həmin vaxtdan etibarən bir neçə dəfə «WhatsApp» proqramı vasitəsilə Rəşadla əlaqə saxlayıb oğlu Zauru müalicə üçün nə vaxt Almaniyaya apara biləcəyini soruşmuş, Rəşad əvvəlcə uşağı Macarıstan Respublikasına aparmaq lazım olduğunu, məhz bundan sonra müalicə üçün Almaniyaya qəbul olunacaqlarını bildirmiş və bu kimi müxtəlif bəhanələrlə onu aldatmışdır. Hətta bir dəfə Aynur adlı bir qadın ona zəng vurub Macarıstan Respublikasının Bakı şəhərindəki konsulluğunda işlədiyini, Rəşadın xahişi ilə uşağın müalicəsi üçün ona zəng vurduğunu söyləyib səbirli olmasını tövsiyə etmişdir. Bir müddət sonra Rəşadın onu aldadaraq 9600 (doqquz min altı yüz) manat məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona görə də, ondan pulunu tələb etməyə başlamışdır. Buna cavab olaraq Rəşad Litvada yaşayan tanışı Habil adlı şəxsin vəsiqəsini «WhatsApp» proqramı vasitəsilə ona göndərərək tezliklə həmin şəxsin Bakıya gəlib pulunu qaytaracağını vəd elmişdir. Lakin hal-hazırda Rəşad onun pulunu qaytarmamış və bu əsasla iddiaçı Cavabdeh pulunu tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o 2008-ci ildən Avropada yaşayır, lakin viza məsələlərinə o baxmır. O, Qusarda olarkən Səbinənin qardaşı Fəridlə tanış olmuşdur. Azyaşlı uşağın müalicə olunması ilə bağlı iddiaçı tərəfindən verilmiş pulu Habil Ağayev adlı şəxsə vermiş və Səbinə özü də onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Lakin sonradan həmin şəxs həm Səbinə, həm də onunla bütün əlaqələri kəsmişdir. Bundan sonra Səbinə pulu yalnız ondan tələb etmişdir. Bundan sonra o Səbinəyə maddi yardım kimi 2500 manat pul vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

23. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)- 1489/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti və 117 (bir yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı övladının xəstəliyi ilə xarici dövlətdə müalicə olunması üçün Cavabdeh müxtəlif vaxtlarda 9600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu Habil Ağayev adlı şəxsə verdiyini, dolayı yolla vasitəçilik etdiyini iddia etsə də, bununla bağlı olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflərin izahatından və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, 2500 manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı verilmişdir.

25. Mübahisələndirilən pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verildiyindən, lakin cavabdeh tərəfindən həmin pul vəsaitinin qaytarılması və ya başqa şəxsə verilməsi barədə sübutların mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır.

26. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 385.1-ci, 442-ci, 1091.1.-ci, 1091.2.-ci, 1092.1-ci maddələrinə, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına, Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya məhkəməsində icraat:

27. Yeni apellyasiya baxışı zamanı X1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

28. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1489/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki halları aydınlaşdırmadan əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, binci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin öz izahatında göstərdiyi dəlil “iddia olunan pulun 4000 mantını qardaşı Fərid vasitəsi ilə cavabdehə göndərib, digər 3000 manatı isə Xanış adlı şəxsə verərək cavabdehə vermişdir” kimi dəlilər hərtərəfli, tam və obyektiv araşdırılmamış, həqiqətən də həmin pulların cavabdehə çatıb çatmamasına və yaxud da Habil adlı şəxsə göndərilib göndərilməməsinə heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi belə müəyyən etmişdir ki, iddiaçı övladının xəstəliyi ilə xarici dövlətdə müalicə olunması üçün cavabdehə müxtəlif vaxtlarda 9600 manat məbləğində pul vermiş, cavabdeh həmin pulu Habil Ağayevə verdiyini dolayı yolla vastəçilik etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi hallar heç bir mötəbər sübutlarla öz təsdiqin tamamışdır. Belə ki, iddia ərizəsində iddiaçının pul verdiyi şəxslərin adları dəqiq göstərilsə də məhkəmə həmin şəxslərin izahatlarının alınmasına cəhd etməmiş, gəldiyi nəticəni özünün fərziyəsi və ehtimalarına əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tam əsasız və qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsində iddiacının maddi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyininn iddiacının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiacının istinad etdiyi maddi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən mötəbər subutlara əsaslanmamışdır. Cavabdehin iddiaya etiraz etmək üçün məhkəmənin yeri, vaxtı və tarixi barədə rəsmi məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktlar yalnız iddiaçının verdiyi yalnış izahatdan ibarət olduğundan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar ondan ibarətdir ki, cavabdeh bu mübahisədə öz üzərinə hər-hansı bir öhdəlik götürməmiş və iddiaçının əmlakı və pulu hesabına varlanmamışdır. Əksinə cavabdeh mərhəmət göstərərək iddiaçıya köməklik etmək istəmiş, lakin nəticədə özü maddi və mənəvi ziyana düşmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin yalnız hazırlıq iclasında iştirak edən cavabdehin izahatında həmin pulları alan şəxsin adın bildirsədə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş almadığından subutların məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsində yuxarıda adları göstərilən şahidlər Fərid Fərmanov, Habil Ağayev və Xanoğlan Heydərovun dindililməsi təmin edilməlidir. ç) Apellyasiya şikayətinə yazılı etiraz

30. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı nömrəsini ona Cavabdeh vermişdir.Səbinə ilə görüşmüş və Səbinə ona 3000 manat pul vermişdir. Pulu Səbinə özündə saxlaması və bank hesabına köçürməsi üçün vermişdir. Ağayev kim isə adı yadına düşmür, e-manat vasitəsi ilə pulu ona köçürtmüşdür. Kartın üzərində Ağayev yazılmışdır. Rəşadla yaxın olduqlarını və Rəşad Almaniyada olduğu üçün, pulu ona köçürtdüyünü bildirmişdir.Lakin, pulun köçürtmə qəbzinin olmadığını qeyd etmişdir.

33. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:

39. Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarı:

40. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri).

41. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarı:

42. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

52. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

53. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

55. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı övladının xəstəliyi ilə xarici dövlətdə müalicə olunması üçün Cavabdeh müxtəlif vaxtlarda 9600 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu Habil Ağayev adlı şəxsə verdiyini, dolayı yolla vasitəçilik etdiyini iddia etsə də, bununla bağlı olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflərin izahatından və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, 2500 manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı verilmişdir.Qalan 7.100,0 manat isə iddiaçıya qaytarılmamışdır.

56. İş materiallarında olan CD diskdə olan tərəflər arasındakı VOTSAP proqramı üzrə səs yazısından müəyyən olunur ki, Cavabdeh 9.600,0 manat pulu qaytaracağını, bir alacağı olduğundan 2.500,0 manat alıb onu Səbinəyə verdiyini, alacağını tam ala bilmədiyini və onu da tam alıb borcunu ödəyəcəyini bildirmişdir.

57. Mübahisələndirilən pul vəsaiti iddiaçı tərəfindən cavabdehə verildiyindən, lakin cavabdeh tərəfindən həmin pul vəsaitinin qaytarılması və ya başqa şəxsə verilməsi barədə sübutların mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

58. Bundan başqa Kollegiya, Səbinə pulu cavabdehə yox, başqa şəxslərin əlinə verməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Səbinə pulu həmin şəxslərə cavabdehin göstərişi ilə verdiyi iş materialları və 3-cü şəxsin də izahatı ilə təsdiq olunur.

59. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti və 117 (bir yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

60. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(010)- 1489/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar