Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6111/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Abdulla İsgəndərovun, Cavabdeh Könül Fətiyevanın, onun nümayəndəsi və vəkili Çingizxan Əhmədin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə əmlakın üzərinə qoyulmuş iddianın təmini tədbirinin qismən ləğv edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(004)- 1083/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 07.01.2019-cu il tarixdə müraciət edərək, 29.01.2015-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 510.580 ABŞ dolları borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə 869.007,16 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair vəsatət verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçivani küçəsindəki 1 nömrəli evin 18 nömrəli mənzilinin və Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tam mülkiyyətində olan Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin və Bakı şəhəri Yasamal rayonu M.H.Naxçivani küçəsindəki 1 nömrəli evin 4 otaqlı 18 nömrəli mənzilinin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuşdur. Qərardadın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Abşeron rayon İcra və Probasiya Şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Qərardad dərhal icra edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış 29.01.2015-ci il tarixli borc müqaviləsi üzrə Cavabdeh verilmiş 468.000 ABŞ dollarından ödənilmiş 93.920 ABŞ dolları çıxıldıqdan sonra 09.06.2020-ci il tarixə ödənilməmiş qalan 374.080 (üç yüz yetmiş dörd min səksən) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi - “Cavabdeh 29.01.2017-ci il tarixdən 29.12.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimənin tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilmişdir. İddia tələbi cavabdeh X3 qarşı olan hissədə tam rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2020-ci il tarixli, 2(103)- 7519/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - iddia tələbinin təmin edilməmiş “Cavabdeh 29.01.2017-ci il tarixdən 29.12.2019cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimənin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 1000 ABŞ dolları məbləğində cərimə (qətnamə icra olunduğu vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X4 14.04.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadının, qismən Cavabdeh adına olan Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması hissəsində ləğv edilməsini və evin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə cavabdeh X1 ərizəsi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbs ləğv edilmişdir. Qərardadın icrası Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə edilmişdir. İddiaçı 19.05.2021-ci il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2020-ci il tarixli, 2(103)-7519/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh 374.080 ABŞ dolları əsas borc və 1.000 ABŞ dolları cərimə tutularaq ona ödənilməlidir. Qətnamə tam icra edilənə kimi iddianın təmini tədbiri kimi əmlakın üzərinə qoyulmuş həbs ləğv edilə bilməz. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Könül Fətiyeva və onun vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli, 2(103)- 846/2020 nömrəli qətnaməsi ilə Cavabdeh adına olan ünvan 1 ünvanda 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m. yaşayış, 179.47 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 1 ünvanda 0,10 ha torpaq sahəsində yerləşən 12 kv.m. sahəsi olan fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə X2, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmışdır. Qətnamə 25.08.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və 24.09.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)- 1083/2020 nömrəli qərardadı ilə Cavabdeh adına olan Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin üzərində həbs qoyulması Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli, 2(103)-846/2020 nömrəli qətnaməsinin icra edilməsində çətinlik yaradır və Cavabdeh adına olan ünvan 1 ünvanda 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m. yaşayış, 179.47 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinə X2 adına çıxarış alınmasını məhdudlaşdırır. Bu səbəbdən Məhkəmə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli, 2(103)-846/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməsi məqsədilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(004)-1083/2020 nömrəli qərardadı ilə qoyulmuş iddianın təmini tədbiri qismən, yəni Cavabdeh adına olan Abşeron rayonu, Göradil kəndi, Quşçuluq massivində 0.10 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması hissəsində həbsin ləğv edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Çünki, əmlakın üzərində həbsin qalması Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli, 2(103)-846/2020 nömrəli qətnaməsinin icrasına mane olmaqla, X2 ünvan 1 ünvanda 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m. yaşayış, 179.47 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının qarşısını alır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(004)-1083/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6111/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6111/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver