Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6115/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Elçin Cəfərovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair 2(011)-240/2020 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, pilləkən qəfəsinin ortasında quraşdırılan qeyri-qanuni seyf qapısının sökülərək çıxarılması, pilləkən qəfəsinin yarıdan çox bir ərazidə olan və evin giriş qapısına qeyri-qanuni dəhliz uzantısının dəqiq olaraq 2.7 kv.m, h=2.15 ölçüdə sökülərək ilkin vəziyyətə qaytarılması, qeyri-qanuni tikilən həmin dəhliz uzantısının üzərində quraşdırılan su çəninin sökülərək çıxarılması, bu dəhliz uzantısı üzərində evin əsas təxliyə çıxışı qarşısında quraşdırılan kondisionerin sökülərək çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, məhəllə 2316, 1B saylı evin 06-cı blokunun 10-cu və 11-ci mərtəbələri arasında pilləkən qəfəsdə quraşdırılmış seyf qapısı və 11-ci mərtəbənin dəhlizində quraşdırılmış kondisionerin sökülərək çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək, cavabdehlə öz aralarında mübahisənin həllini tapdıqlarından, iddiasından imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-240/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6115/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6115/2020
10.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver