Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6122/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 14988.60 manat zərərin, 200 manat, 30 manat, 44 manat və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş və iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Məhkəmənin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh, qeyd edilən qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etdmiş və şikayətini iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, 06 may 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyrimümkün sayılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 395.1-ci və 395.2-ci maddələrinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. MPM-in 363.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 366.3-cü və 366.4-cü maddələrinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması haqqında qərardadından şikayət hüququ nəzərdə tutulsa da, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələbləri baxımından mümkün hesab edilərək, baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərardadlardan şikayət verilməsi qaydası müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, bu qərardadlar işin sonrakı hərəkətinə mane olan mahiyyətdə də deyildir. Belə olan halda, Nərimanov Rayon Məhkəməsi apellyasiya şikayətinin mümkün hesab edilərək, apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 29.01.2021-ci il tarixli qərardadından şikayət hüququ nəzərdə tutmaqla cavabadeh tərəfindən verilmiş şikayətə baxmaqla və onu Bakı Apellyasiya Məhkəməsinə göndərməklə səhvə yol vermişdir. Odur ki, Cavabdeh şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı, 29 yanvar 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6122/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6122/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver