Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6123/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(002)-1323/2021 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 28783.32 manat əsas, 1473.66 manat faiz, 28 40 cərimə və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yolcalıq ərazisi, yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 42000 manat müəyyən edilərək, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(002)-1323/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsi və rəy alınana kimi iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada şikayət verilməsinin mümkünlüyü izah olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu 08 may 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(002)-1323/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 216.05.2021-ci il tarixli (002)-1323/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların məzmununu məhkəmə müəyyən edir. Belə ki, mübahisə predmeti olan mənzilin likvid qiyməti müəyyən edilməli olduğundan, məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və müvafiq rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Buna görə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qeyd edilən mülki iş üzrə icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(002)-1323/2021 saylı qərardadı hazırkı mülki iş üzrə icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6123/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6123/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver