Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6125/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(003)-159/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh 26 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(103)-4804/2022 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qətnamə 28 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən sifarişli poçt vasitəsilə alınmış, lakin qətnamədən şikayət 25 may 2022-ci il tarixdə verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadına əsasən həmin məhkəmənin 11 mart 2022-ci il tarixli 2(003)-159/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehin nümayəndəsinin elektron məhkəmə sistemindəki elektron kabinetə yerləşdirildikdən sonra qətnamədən qanunla müəyyən olunmuş müddətdə şikayət verilmiş, bu zaman hər hansı müddət pozuntusuna yol verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(103)-4804/2022 saylı qərardadına istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(103)-4804/2022 saylı qərardadı 17 iyun 2022-ci il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmiş, qərardaddan qanunla müəyyən olunmuş 10 gün müddətində kassasiya şikayəti verilmədiyinə görə qanuni qüvvəyə minərək iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Belə olan halda cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadından şikayət vermək əvəzinə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə verilməsi yetərli idi. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-159/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6125/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6125/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver