Məhkəmə qərarları › İş №2(103)-6134/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6134/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6134/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirkı ilə, Cavabdehin nümayəndəsi Orucova Könül Sovqat qızının iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci 885/2011 saylı qərardadından LPO “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X1 kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə şöbəsinin müdiri Fərid Əliyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC “xxxxxxxxxxxxx” KB-nin cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbə pulunun ödənilməsinə və 1 yönəldilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2011-ci il tarixli saylı qətnamə ilə iddia qismən təmin edilmişdir. Cavabdeh nümayəndəsi Orucova Könül Sovqat qızı tərəfindən xx.xx.2011-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilmiş eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsi 2(002)-885/2011 saylı xx.xx.2020-çi .iil tarixli qərardadla Cavabdeh nümayəndəsi Orucova Könül Sovqat qızı tərəfindən verilmiş müddətin bərpasına dair ərizəni təmin etmişdir. LPO “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X1 kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri X5 Rayon Məhkəməsi 2(002)-885/2011 saylı xx.xx.2020-di' il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və “müddətin bərpa edilməsi” barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 885/2011 saylı xx.xx.2020-ci il tarixli qərardadı faktiki və hüquqi baxımdan əsasızdır, maddi və prosessual normaların tələblərinə zidd olaraq qəbul edilmişdi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-885/18 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-885/18 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin nümayəndəsi iş üzrə qətnaməni rəsmi qaydada 06.03 2020-ci il tarixdə rəsmən almış, bu tarixdən əvvəl həmin qətnamənin ona rəsmi qaydada təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sənəd yoxdur. Beləliklə, prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-885/11 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar