Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6134/2025 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi ilə, iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “X4” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “xxxx” KB ASC) ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-ci il tarixli ərizədən və ##.##.2021-ci il tarixli ümumi oferta müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 26% olmaqla 5397,58 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün ## ##### 2025-ci il tarixə borclunun banka 5397,58 manat əsas, 594,05 manat faiz, 99,59 manat cərimə, cəmi 6093,92 manat borcu yaranmışdır. Bildirişə əsasən banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
3. ## ### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” KB ASC-yə ## ### 2025-ci il tarixə 5397,58 manat əsas, 766,09 manat faiz, 172,19 manat cərimə, 2,70 manat komisyon haqqı borcu olmaqla, cəmi 6338,56 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5397,58 manat əsas, 766,09 manat faiz, 172,19 manat cərimə, 2,70 manat komisyon haqqı borcu olmaqla, cəmi 6338,56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,39 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh 5397,58 manat əsas, 594,05 manat faiz, 99,59 manat cərimə borcu olmaqla, cəmi 6093,92 manatın və ödənilmiş dövlət rüsumunun 80,17 manatın “X4” ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
7. Qətnamənin əsaslarına görə, cavabdeh Cavabdeh iddiaçı “X4” ASC ilə bağladığı ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 421, 442, 443, 448, 462, 465, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iş materiallarını və aparılmış ödənişləri araşdırmadan 2 il 6 ay bundan öncə mənə hansı məbləğ verilmişdirsə, elə həmin məbləği də əsas borc olaraq göstərmişdir. Halbuki, kifayət qədər ödənişlər edilmişdir və banka borc qalmamalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər (onların nümayəndələri) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
13. ## #### 2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə əsasən tələbkar - “xxxx” KB ASC Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə qeyd olunan məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkar iddiaçı1 ASC-yə satmışdır.
14. ## #### 2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə ## ####### 2025-ci il tarixli, ** nömrəli əlavədə cavabdeh Cavabdeh qarşı olan tələb qeyd olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılarkən ## ###### 2025-ci il tarixdə iddiaçı “xxxx” KB ASC əsl iddiaçı iddiaçı1 ASC ilə əvəz edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, *-**-**-*/*-***/**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən: - Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, ****sAHMb/** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxx” KB ASC-yə borclu aşağıdakı kimi müəyyən edilir, o cümlədən,: - ## ##### 2025-ci il tarixinə: əsas borc üzrə - 5 262.22 manat; faiz borcu üzrə - 584.52 manat; - ## ### 2025-ci il tarixinə: əsas borc üzrə - 5 262.22 manat; faiz borcu üzrə - 766.94 manat.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.
22. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.