Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6136/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «dəymiş zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2055/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.
2. Abonentin saldosuna görə, Cavabdeh təbii qazdan istifadə ilə əlaqədar İddiaçınə aktlar üzrə 3643,10 manat, əlavə olaraq 2240,80 manat olmaqla, cəmi 5883,90 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 5883,90 manat zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat və ödənilmiş 81.84 manat dövlət rüsumu əvəzi, cəmi 6265.74 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ501BAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, tərəflər arasında imzalanmış müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Bakı X2 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbil qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbil qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən Təbil X1nın pozulması haqqında müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli 090919 saylı akt əsasında 283,30 manat, xx.xx.2016-cı il tarixli 080799 saylı akt əsasında 276,50 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 236,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 36,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 294,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 432,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 161 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 407,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 277,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 85,20 manat, xx.xx.2017-ci iİ tarixli ******* saylı akt əsasında 105,60 manat, xx.xx.2017-ci İl tarixli ******* saylı akt əsasında 137,20 manat, xx.xx.2018-ci i tarixli ******* saylı akt əsasında 736,20 manat, cəmi 3643,10 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehin təbii qazdan istifadə ilə əlaqədar 2240,80 manat borcu qalmışdır. Beləliklə, cavabdehin İddiaçınə ümumilikdə 5883,90 manat borcu qalmaqdadır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2055/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 283,30 (iki yüz səksən üç manat otuz qəpik) manat borc və 40,92 (qırx manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 324,22 (üç yüz iyirmi dörd manat iyirmi iki qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi; ödənilmiş 81,84 manat məbləğində dövlət rüsumunun qalan 40,92 manatın İddiaçınə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş faktlar aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli 090919 saylı akt əsasında 283.30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, məhkəmədə cavabdeh etiraf etdi ki, 2016-cı ilin yanvar ayında Cavabdeh ailə üzvləri tərəfindən sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfin 090919 nömrəli xx.xx.2016-cı il tarixli aktla istehlak olunmuş qaza görə 283,30 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar (xx.xx.2016-cu il tarixli 080799 saylı, xx.xx.2026-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı,xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı) əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar (xx.xx.2016-cu il tarixli 080799 saylı, xx.xx.2026-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı , xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı) üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş və şikayətində göstərib ki, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə və ya iş üçün əhəmiyyətli sübutları yerində müayinə edə bilərdi. Lakin məhkəmə bunları etmədən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh ərizə ilə müraciət edərək ona qarşı olan iddia üzrə 1000 manat həcmində borcun olmasını etiraf etdiyini və həmin hissədə tələbin təmin edilməsinə etiraz etmədiyini, qalan hissədə iddianın rədd edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»:
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2 və 387.2.7 Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa ləğv edilməlidir. 387.3. Bu Məcəllənin 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni tələbin təmin olunmayan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissəsində dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşırdı və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia qismən haqlı sayılırdı.
22. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli, zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin ona təmin edilən məbləğdən artıq miqdarda maddi zərər vurulduğunu göstərsə də, buna dair iş materialında hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
23. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh ailə üzvlərinin 2016-cı ilin yanvar ayında ona məxsus evdə sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etdiklərini bildirib. Məhz onun bu etirafını nəzərə alaraq birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə görə iddianı qismən təmin etmişdir.
24. İşə apellyasiya icraatında baxılarkən cavabdeh ərizə təqdim edərək iddiaya münasibətdə 1000 manat borcunun olmasını etiraf etdiyini, qalan hissəsini isə qəbul etmədiyini bildirdi.
25. Mülki Prosessual Məcəllənin (MPM) 106.3 və 106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
26. İddiaçı isə iddianın təmin edilməyən hissəsini mübahisələndirsə də, şikayətində şikayət xatirinə istifadə olunan ümumi dəlillər göstərmiş və maddi və prosessual hüquq normalarının tətbiqində konkret hansı səhvə yol verildiyini açıqlamamışdır.
27. İddiaçının təqdim etdiyi hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin ona vurduğu maddi ziyan həcmini müəyyən etmək mümkünsüzdür. Çünki, cavabdehin qeyd olunan məbləğdə iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. İddiaçı cavabdehin sayğac vasitəsilə əvvəlki dövrələr üzrə istehlak etdiyi qazın həcminə dair də məhkəməyə sübut təqdim etməyib. Buna görə də, dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X1nın pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
28. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa, iddiaçı “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. O, isə bu barədə yalnız aktlar (bəzi işlərdə mübahisəli ünvana aidiyyəti olduğu bilinməyən fotoşəkillər də təqdim edir) və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əksini əks etdirən tələbnamə təqdim etmişdir. Bu cür sənədlər isə mötəbər hesab edilə və iddianın tam təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdeh də törətdiyi mülki hüquq pozuntusu həcmində öhdəliyi yarana və buna uyğun məsuliyyət daşımalıdır.
29. İddiaçı tələb etdiyi məbləğin 3643,10 manat hissəsini aktlar üzrə maddi zərərin əvəzi, 2240,80 manat hissəsini isə təbii qazdan istifadə ilə əlaqədar yaranmış borc kimi qeyd etmişdir. Ancaq cavabdehin təbii qazdan istifadə ilə əlaqədar 2240,80 manat borcunun yaranmasına, o cümlədən bunun hansı dövrü əhatə etməsinə, bugünədək həmin “borcu” hansı səbəbdən tələb etməməsinə, bununla bağlı hansısa hərəkət və cəhdlər göstərməsinə dair də məhkəməyə heç bir mötəbər sübut təqdim etmir. Bu cür vəziyyətdə təbii qazdan istifadə ilə əlaqədar borc yarandığı da təsdiq olunmadığından həmin hissədə də tələb əsaslı sayılmır.
30. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi tərəfindən kobud prosessual hüquq normalarının pozuntusuna da yol verilmişdir. Belə ki, işdən görünür ki, işə iddiaçının ərizəsi əsasında qiyabi icraat qaydasında baxılması qərara alınmış və iş üzrə 2(003)- 1571/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnamə çıxarılmış və sonradan cavabdehin ərizəsinə əsasən ləğv edilmişdir. Lakin iş materiallarında həmin qiyabi qətnamə aşkar edilməmişdir. Eyni zamanda qiyabi qətnamənin ləğvi barədə ərizənin baxıldı 10 may 2023-cü il tarixli məhkəmə iclas protokolunu nə hakim, nədə məhkəmə iclas katibi imzalamamışdır(bax.i.v.60-82). Bu hallar isə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün müstəqil əsas sayılır.
31. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2055/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh təbii qazdan qanunsuz istifadə ilə əlaqədar maddi zərərin əvəzi kimi 1000 (min) manat və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat olmaqla, cəmi 1060 (min altmış) manat alınaraq İddiaçınə ödənilməli; iddia qalan hissədə təmin edilməməlidir.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2055/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qanunsuz istifadə ilə əlaqədar maddi zərərin əvəzi kimi 1000 (min) manat və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat olmaqla, cəmi 1060 (min altmış) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.