Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6139/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ərizənin etibarsız hesab edilməsi və pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1316/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi) ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş 07 may 2024-cü il tarixli, **********250 nömrəli ərizənin etibarsız hesab edilməsi və cavabdeh "xxxx" MMC-dən 62414,00 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 31 may 2025-ci il tarixdə vəsatət verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq hazırki iş üzrə yenidən təkrar məhkəmə tikinti-texniki, məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1316/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, mülki iş üzrə Azərbaycan Respublikası FHN X3 Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır.Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 97.3, 98.2, 255.0.5, 256.0.2, 258.2; “Məhkəmə Ekspertizası Fəaliyyəti” haqqında Azərbaycan Respublikasinin Qanununun 12-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, belə qənaətə gəlir ki, izahına xüsusi bilik tələb olunan suallar yarandığını nəzərə alıb, işin tam, hərtərəfli və obyektiv araşdırılaraq, düzgün hüquqi nəticəyə gəlinməsi üçün vəsatət qismən təmin edilməli, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilməlidir. Hazırki mülki iş üzrə ilk dəfə ekspertiza keçirildiyindən vəsatət "yenidən təkrar məhkəmə tikinti-texniki, məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi” hissəsində təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı vəkili və nümayəndəsi Vəkil3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(007)-1316/2025 saylı qərardadından şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(007)-1316/2025 saylı iş üzrə icraatın dayandırılmasına dair qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125, 129; Mülki Prosessual Məcəllənin 1, 9, 14, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icraatın dayandırılması barədə qərardad ləğv edilməli və iş üzrə araşdırma davam etdirilməlidir. Ekspertlər qarşısında qoyulmuş suallar ziddiyyətli, natamam olduğundan o cümlədən daşınmaz əmlak təmir olunduğuna və hadisə yeri saxlanılmadığına görə ekspertlərin obyektiv rəy vermələri ağlabatan görünmür. Belə olan halda lüzumsuz vaxt itkisi olacaqdır. Bundan başqa, qərardadda göstərilmişdir ki, guya “mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsinə etiraz etməmiş”dir. Halbuki, ekspertiza keçirilməsinə qəti etiraz etmişdir. Belə olan halda məhkəmə iclas protokolunun da düzgün tərtib edilmədiyi görünür. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə görə məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Hesab edir ki, hazırkı iş üzrə ekspert rəyi deyil, mütəxəsiss rəyi alınsa idi, daha əsaslı və qanuni olardı. Göründüyü kimi, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin belə qərar qəbul etməsi əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi hazırkı məqamda ekspert rəyinə ehtiyac olmadığı halda müvafiq qərar qəbul etmiş, öz qərarını əsaslandırmamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipi təmin edilməmiş, məhkəmə baxışının ümumi müddəalarına əməl olunmamış və məhkəmə aktı qanun pozuntularının baş verdiyi bir şəraitdə qəbul edilmiş, məhkəmə işə baxarkən heç bir sübutdan istifadə etməmiş, qarşı tərəfin fərziyyəsinə əsasən qərar çıxarılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(007)- 1316/2025 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(007)- 1316/2025 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş şikayət geri qaytarılmış, İddiaçı vəkili və nümayəndəsi Vəkil3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(007)-1316/2025 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(007)-1316/2025 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1316/2025 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2025-ci il tarixli 2(1037)-4964/2025 saylı qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2025-ci il tarixli qərardad ləğv edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 02 iyun 2025-ci il tarixli qərardadın “iş üzrə icraatın dayandırılması haqqında” hissəsindən İddiaçı verdiyi şikayətə baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(007)-1316/2025 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti. 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər; 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müzakirə edərək qeyd edir ki, ekspertizanın keçirilməsi ilə bağlı qərardaddan şikayət verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamış, yalnız qərardadın dayandırmaya aid hissəsindən şikayət vermək hüququ müəyyən edilmişdir. Bu hissədə də şikayətin əsasları üzrə işin dayandırılmasını istisna edən hallar müəyyən edilmir. Qeyd edilənlərə görə formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şikayət verən şəxslərin diqqətinə çatdırılmalıdır ki, şikayət sübutetmə vəzifələri ilə və tələb üzrə mahiyyətə qiymət verməklə əlaqəlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1316/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6139/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6139/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver