Məhkəmə qərarları › İş №2(103)-614/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-614/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-614/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması nəticəsində ona maddi ziyan vurmuş Cavabdeh vurulmuş maddi ziyana görə 7725 manat, mənəvi ziyana görə 1000 manat, vəkil xidmətlərinə görə 201 manat, işin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8956 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 04 noyabr 2019-cu il tarixdə saat 19:00 radlərində idarə etdiyi "Mersedes Benz E270" markalı, UBB036 dövlət qeydiyyat nişanlı avtomobil ilə Zabrat-Maştağa yolu ilə hərəkətdə olarkən qarşıdan gələn "NazLifan” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu qarşı yola çıxaraq iddiaçının avtomobili ilə toqquşmuşdur. Toqquşmanın təsirindən iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törədən "NazLifan" markalı avtomobilin sürücüsü Cavabdeh adlı şəxsdir. Bundan sonra hadisə ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə hadisəni törətmiş "NazLifan" markalı avtomoboilin sürücüsü Cavabdeh Sabunçu rayon Polis idarəsinin DYPŞ-nin əməkdaşı X3 inzibati tənbeh vermə haqqında 25 dekabr 2019-cu il tarixli TR ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Beləliklə, qanuni qüvvəsini almış inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, Cavabdeh özünün qanunsuz və təqsirli hərəkətləri ilə İddiaçı maddi ziyan vurmuşdur. Bundan əlavə, iddiaçı avtomobili vurulduqdan sonra çox əsəb sarsıntıları keçirmişdir. Belə ki, ibtidai araşdırma dövründə cavabdeh qeyri-səmimilik nümayiş etdirərək avtomobilin vurulmasını başqa şəxsin üstünə atmağa çalışmışdır. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırır ki, İddiaçı avtomobili başqa dövlətdə qeydiyyatda olduğundan Azərbaycanda olma müddəti 90 günlə məhdudlaşdırılmışdır. İddiaçı 07 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, ibtidai araşdırmanın getdiyi dövrdə ölkəni tərk edə bilməməyi və tərk etmə müddətinin bitməsinə az qalması iddiaçıda əlavə narahatçılıqlar yaratmış və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Hesab edir ki, bu səbəbdən Cavabdeh maddi məsuliyyətdən əlavə İddiaçı vurduğu mənəvi zərəri də ödəməlidir və mənəvi zərərin məbləği 1000 manat məbləğində dəyərləndirilir. Beləliklə, Cavabdeh idarə etdiyi avtomobildən istifadə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində özünün qanunsuz hərəkətləri ilə iddiaçıya ümumilikdə 7725 (yeddi min yeddi yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bu ziyan avtomobilin zədələnmiş və istifadə üçün yararsız hala düşmüş ehtiyat hissələrinin alınmasından (4945 manat) və təmir işləri üçün tələb olunan vəsaitdən (2780 manat) ibarətdir. Hesab edir ki, həmin məbləğ də Cavabdeh tam həcmdə tutularaq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı tərəfindən vəkil xidmətlərinə görə 201 (iki yüz bir) manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7525 (yeddi min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh alınaraq, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2 kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN ********* Hesab AZ34CTRE******************** hesaba keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Əşir Səmədov). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04 noyabr 2019-cu il tarixda saat 19:00 radələrində, Zabrat-Maştağa yolu ilə ona məxsus "Nazlifan" mагkаll, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət zamanı iddiaçının idarə etdiyi "Mersedes Benz Е270'' mаrkаlı, Gürcüstan Dövlət qeydiyyat nişanlı avtomobilla toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Toqquşmanın təsirindən cavabdehin avtomobilinə ziyan daymiş, avtomobil istifadəyə yararsız hala düşmüş, hamçinin cavabden özü bədən xasarəti almışdır. Baş vermiş hadisədən sоnrа Cavabdeh Təcili tibbi yardım vasitəsi ilə tibb müəssisəsinə yerləşdirilmişdir. Tibb müəssisəsində cavabdehə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Cavabdeh avtomobilin təmirini üzərinə götürsə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Avtomobilə dəymiş zərərin hesablanmasına dair akt həqiqəti əks etdirmir, məbləğ qat-qat artıq hesablanmışdır. Avtomobilin real bazar dəyəri 7000-8000 manatdır. İddiaçı Gürcüstan vətəndaşıdır. Avtomobilin dövlət qeydiyyat nömrəsi Gürcüstan qeydiyyatıdır. Gürcüstan Respublikasında bu avtomobilin real bazar dəyəri 3000-4000 manat təşkil edir. Real bazar dəyəri 7000-8000 manat olan avtomobilə dəymiş zərər eyni məbləğdə ola bilməz. Avtomobil tam yararsız hala düşsəydi vurulan zərər 7000-8000 manat ola bilərdi. Ekspert rəyinin mötəbər olmamasına səbəb onun ekspertiza tədqiqatına təqdim olmamasıdır. Ekspert iddiaçının mülahizələrinə əsasən rəy vermişdir. Qiymətləndirmə zamanı avtomobil Azərbaycan Respublikasında olmamışdır. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə cavabdehin müdafiəsi üçün imkan yaratmamış, məhkəmə iclasını təxirə salmamış və işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh Aprel Döyüşlərində fəal iştirak etmişdir, Fəxri Fərmanla təltif olunmuşdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İ.Həsənov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin 12.12.2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh barəsində toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 25 dekabr 2019-cu il tarixli TR ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh 04.11.2019-cu il tarixdə saat 19:00 radələrində Zabrat-Maştağa yolunda "NazLifan” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmuş və nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 03.12.2019-cu il tarixli “Avtomobilə dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, "Mercedes Benz E270 CDİ" markalı, U BB 036 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 7725 (yeddi min yeddi yüz iyirmi beş) manat (ehtiyyat hissələri 4945 manat + işçilik 2780 manat = 7725 (yeddi min yeddi yüz iyirmi beş) manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli, 9/605 nömrəli rəyindən görünür ki, 2000-ci il buraxılışlı “Mercedes Benz E270” markalı, UBB 036 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7525,0 manat (dəyişilməli hissələrin qiyməti-4945.0 manat, təmir- bərpa işlərinin qiyməti – 2580.0 manat) müəyyən edilir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri sayır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı ilə cavabdehin avtomobillərinin toqquşması, cavabdehin təqsiri üzündən iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisələndirilməyən halını təşkil edir. Belə ki, iddiaçı özü də həm kollegiya iclasında verdiyi izahatında, həm də apellyasiya şikayətində bu halı mübahisələndirməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyi ilə razılaşmadığını bildirmişdir. Cavabdeh ekspert rəyinin qeyri-mötəbərliyini onunla əsaslandırmışdır ki, ekpert qiymətləndirməni avtomobil olmadan həyata keçirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə işin hallarına əsasən qiymət verərək, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Belə ki, məhkəmənin 2(103)-10762/2021 saylı, 03.12.2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizası Mərkəzinin 9/9317 saylı, 14 fevral 2021-ci il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Avtoservis 888” şirkətinin 03.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz E270” markalı, UBB 036 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7375.0 manat müəyyən edilir. Kollegiya qeyd edir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəylərində müəyyən edilən məbləğlər bir-birindən kəskin fərqlənmədiyindən (7520 və 7375 manat) rəylərin mötəbərliyi kollegiyada şübhə yaratmır. Həmçinin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materialları ilə müəyyən edilmədiyindən, kollegiya hesab edir ki, mübahisənin həllində ekspert rəyi əsas götürülməlidir. Kollegiya qiymətləndirmənin avtomobil olmadan, nəzəri şəkildə aparılmasına onunla aydınlıq gətirir ki, avtomobil ekspertizaya təqdim edilmədiyindən, həmçinin zərər dəymiş ehtiyat hissələrinin siyahısı ilə bağlı qüsur aktı mövcud olduğundan, ekspertiza həmin qüsur aktı əsasında aparılmışdır. Mübahisəli avtomobilin dəyərinin Gürcüstan Respublikasında 3000-4000 manat olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən hal avtomobilə vururlmuş zərərin hər hansı başqa ölkənin qiymətlərinə əsasən hesablanmasına əsas vermir. Zərərin vurulması Azərbaycan Respublikası ərasizində baş vermişdir ki, bu da vurulmuş zərərin məhz Azərbaycan Respublikasında mövcud olan qiymətlər əsasında ödənilməsini zəruri edir. Kollegiya ekspertiza tədqiqatının dəyəri ilə bağlı qeyd edir ki, ekspertizanın keçirilməsi apellyasiya şikayətində cavabdeh tərəfindən xahiş edildiyindən, ekpsertiza xərci olan 100 manat cavabdehdən tutulmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspert rəyi əsasında vurulmuş zərərin məbləği daha az hesablandığından, cavabdehin (apelyatorun) əmlak vəziyyəti, həmçinin iddiaçı tərəfin kollegiya iclasında verdiyi izahatında buna etiraz etməməsinə görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, vurulmuş zərərin məbləği 7375 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, iddiaçının avtomobilinə vurulmuş zərərin həcminin 7325 manat manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-333/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7525 (yeddi min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 7375 (yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar