Məhkəmə qərarları › İş №2(103)-6143/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6143/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6143/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, cavabdehə 31 akt əsasında 11257,0 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı 11257,0 manat zərəri tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,6 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 11133,18 manat məbləğində borcun, ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə son məbləğin 11257,0 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-223/23 saylı iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmin edilmiş, cavabdehdən 1710,0 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 18,60 manat olmaqla, ümumilikdə 1728,60 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 105,4 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə iddiaçının yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə edildiyini, qaz avadanlıqları üzrə orta günlük iş rejiminin PQ4 qaz sobası və QSSQ (samovar) üzrə hər akt üçün 4 saat (aktların bir neçəsi üzrə hesablama aparılarkən orta günlük iş rejmi 4 saat götürülmüşdür), dəmir soba üzrə isə yalnız qış ayları olmaqla 12 saat olaraq hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab etmiş, yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1159,2 manat (14 x 82,8), cəmi 1710,0 manat məbləğində borc cavabdehə hesablanmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

14. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13.8-1).

19. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

20. İş materiallarında olan aktlardan görünür ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də həmin aktlara ayrı-ayrılıqda hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi 24 saat, 18 saat, 10 saat 4 saat olmaqla müxtəlif olaraq hesablanmalar aparılmışdır. Halbuki, həmin aktların 17 ədədi yaz-yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14 akt isə qış aylarında istifadəyə görə hesablanmışdır. İşdən görünür ki, istehlakçıya məxsus evdə yaz-yay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən (samovar), qış aylarında isə əlavə olaraq dəmir sobadan istifadə olunmuşdur. Belə olan halda yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 17 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə (samovar) görə 324 kub metr (1.2x4x30=144, 1.5x4x30=180), qış aylarında itirilmiş təbii qazın dəyərinin 14 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 828 kub metr (1.2x4x30=144, 1.5x4x30=180,1.4x12x30=504) olmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən Kollegiya yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1159,2 manat (14 x 82,8), cəmi 1710,0 manat məbləğində borcun cavabdehə hesablanması ədalətli və ağlabatan hesab edir.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar